"Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                     Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL .....                 

"Baykar"la əməkdaşlıq nələri dəyişəcək? - Hərbi ekspertdən mühüm açıqlamalar
Tarix: 11-07-2026, 12:33 | Çap et

Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin "Baykar" şirkətinin İdarə Heyətinin sədri və texniki direktoru Səlçuk Bayraktarla görüşü, eləcə də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə nümayəndə heyətini qəbul etməsi bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı diqqət çəkən hadisələrdən olub.

Mövzu ilə bağlı Moderator.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb.

– Vüqar Mustafayev və Səlçuk Bayraktarın görüşünü Azərbaycan–Türkiyə müdafiə sənayesi əməkdaşlığı baxımından necə qiymətləndirirsiniz?

– Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uzun illərə söykənən möhkəm təmələ malikdir. Qardaş ölkə ilə hərbi və hərbi-texniki sahədə əlaqələrimiz davamlı şəkildə inkişaf edir. Mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi və birgə müzakirələr bu əməkdaşlığın daha da güclənməsinə xidmət edir.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin "Baykar" rəhbəri Səlçuk Bayraktarla, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə nümayəndə heyəti ilə keçirdiyi görüşlər göstərir ki, tərəflər gələcək layihələri birlikdə planlaşdırır və strateji istiqamətləri koordinasiya edirlər. Bu, müdafiə sənayesində əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir.

– "Baykar" şirkəti ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın müdafiə sənayesinə hansı texnoloji və strateji üstünlüklər qazandıra bilər?

– "Baykar" bu gün dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Onun istehsal etdiyi pilotsuz uçuş aparatları və digər yüksək texnologiyalı məhsullar bir çox ölkələr tərəfindən istifadə olunur. Türkiyənin NATO üzvü olması şirkətin beynəlxalq standartlara uyğun məhsullar istehsal etməsinə də əlavə üstünlük yaradır.

Bu şirkətlə əməkdaşlığın genişlənməsi Azərbaycan mütəxəssislərinin yeni texnologiyalarla tanış olmasına, peşəkar bilik və bacarıqlarının artırılmasına, müasir istehsal və idarəetmə təcrübəsinin mənimsənilməsinə mühüm töhfə verir. Təsadüfi deyil ki, "TEKNOFEST" kimi beynəlxalq texnologiya festivalı da Azərbaycanda keçirilib.

– Bu əməkdaşlıq yerli müdafiə sənayesinin inkişafına və kadr hazırlığına hansı töhfələri verə bilər?

– Birgə fəaliyyət yerli müdafiə sənayesinin inkişafına ciddi təkan verir. Eyni zamanda, Azərbaycan mütəxəssislərinin peşəkarlığının artırılmasına, yeni texnologiyaların mənimsənilməsinə və müasir çağırışlara uyğun kadr potensialının formalaşmasına şərait yaradır.

– İnnovativ texnologiyalar və pilotsuz uçuş aparatları gələcəkdə regionun təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?

– Artıq 2016-cı ildən Azərbaycan Respublikası bu texnologiyaların gücündən istifadə edir.İlk vaxtlar Azərbaycan Respublikası daha çox xarici dövlətlərdən(İsrail,Türkiyə və s.) alınmış innovativ texnologiyalardan və pilotsuz uçuş aparatlarından istifadə olunub. Sonrakı mərhələlərdə isə artıq biz yerli istehsal olunan pualardan, həm kəşfiyyat, həm də zərbə dronlarından istifadə olunub. Bu təcrübə bu gün dünyada geniş yayılmış təcrübələrdəndir. Belə ki, Rusiya-Ukrayna müharibələri ərzində Ukraynanın istifadə etdiyi dron zərbələri müharibənin gedişatına çox ciddi şəkildə təsir edib. Əlbəttə,dron zərbələri regionda təhlükəsizlik mühitinə təsiredici faktorlardan biri və ən önəmlisidir. Bu gün qonşu ölkələrimiz də bu sahəyə çox diqqətlə yanaşırlar. Gələcəkdə hadisələr necə olacağı dünyada və regionda baş verən proseslərin gedişindən asılı olacaqdır.İndidən bu barədə fikir bildirmək çətindir, amma ümumi aspektdən çıxış etdikdə 21-ci əsr texnologiyalar və pualar əsridir. Bu səbəbdən də dünyada bu sahələrə xüsusi maraq mövcuddur.

– Sizcə, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yaxın illərdə hansı yeni birgə layihələrin həyata keçirilməsi daha real görünür?

– Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycan və Türkiyə arasında birgə müdafiə sənayesi layihələrinin sayı daha da artacaq. Çox sayda layihələr mövcuddur ki, birgə işlənir. Bunu da qeyd etmək vacibdir ki, bu layihələr mahiyyəti daha çox hərbi sahə olduğuna görə bu mövzuda geniş məlumat verilmir, amma Azərbaycan və Türkiyə arasında çox ciddi və perspektivə hesablanmış layihələr həyata keçirilir. Birgə layihələrin məqsədi regionda sülhün və əmin amanlığın təminatıdır. S. Bayraktarın Azərbaycan Respublikasına səfəri və Müdafiə Nazirliyi ilə görüşləri məhz yeni layihələrin həyata keçirilməsinə sübutdur. Bu görüşlərdə yeni layihələrin həyata keçirilməsində hansı dəyişikliklər olacağı, necə həyata keçiriləcəyi bir daha dəqiqləşdirilir, tərəflərin gücü, imkanları nəzərə alınır. Ən əsas məqam isə burada geosiyasi və geostrateji məsələlərin nəzərə alınmasıdır.Bu layihələrin həyata keçirilməsində dövlət büdcəsində olduqca vəsaitlər ayrılır və bu ayrılan vəsaitlərin özünü doğrultması üçün mütləq həmin layihələr mükəmməl olmalıdır. Bu səbəbdən də bu sahədə mütəxəssislərimiz birgə peşəkar fəaliyyət göstərirlər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
DGK aparat rəhbəri QANUNLARI BİLMİR? - NARAZILIQ VAR...
Bu gün, 06:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru