400 manat əmək haqqı alan müəllimə maaş kartının vaxtı bitdiyi üçün "Kapital Bank"a yaxınlaşır. Yeni kartını alır və bankda ona "sizə 10 min manat kredit düşür, istəyirsiz" sualı ilə qarşılaşır... Əslində müəllimə deyir, mın istəmirdim, bir də görüb ki, pul artıq kartındadır. Beləcə bank vətəndaşa 10 min kredit ayırıb və pul kart hesabına yüklənib.
Bir neçə gün sonra vətəndaş xəbər tutur ki, kartından nə az nə çox düz 7 min manat qeybə çəkilib. Dərhal banka müraciət edən başı bəlalı adama bankdan bildirilib ki, polisə ərizə vermək lazımdır. Vətəndaş da deyildiyi kimi, polisə müraciət edib, ərizə yazıb və sairə. 7 min manatı kartından qeybə çəkilən vətəndaş bildirir ki, məsələ 5 aydır araşdırılır, hələlik nəticə yoxdur. Bu öz yerində...
Daha maraqlı məqamlar var qarşıda, ona görə səbrli olun.
Bu vaxt ərzində "Kapital Bank" vətəndaşa hər gün zəng edir ki, krediti ödəyin. Vətəndaş da bildirir ki, pulu o xərcləməyib, sistemdən yoxa çıxıb, araşdırın görək pul hara qeyb olub. Bankçılar da bilmirlər pul necə buxarlanıb, kimin qurbanı olub. Deyəsən biri deyib ki, Belarusa gedib. Beləliklə, prosses təxminən 5 ay çəkib. Bu aylar ərzində bank işçiləri vətəndaşa pulun hara qeyb olduğunu əsaslandıra bilməyib. Üstəlik vətəndaş bankdan kart çıxarırşı da ala bilmir, daha doğrusu, vermirlər.
Əvəzində bank kreditin ödənilməsini dayanmadan tələb edir, faizləri ilə birğə...
Hələ bu da son deyil.
İki gün öncə vətəndaşa bəlli olur ki, kartı bank tərəfindən bloklanıb. Banka yaxınlaşır və səbəblərini soruşur. Səbəb bəlli deyil və sairə...
Bununla da bitmir...
Kapital Bankdan deyirlər ki, onun 400 manatlıq əmək haqqından bank özü 328 manat tutacaq. 400 manatdan 328 manat tutmaq da Allah tərəfi səliqəli, insaflıdır. Qalan 72 manata rahat yaşamaq olar. Ancaq kart blokdadır, 72 manatın aqibəti də bəlli deyil. Ortada nə məhkəmə qərarı var, nə məcburi icra haqqında qərar var, nə də 7 min hara qeyb oldu deyən. Adamlar oturduğu yerdə bəlaya düşüblər. Hə, deyim ki, bu aylar ərzində 7000 manat inkişaf edərək 8400 manat olub.
Beləliklə, 7 min manatı kartdan qeyb olan gənc ailə aylardır "Kapital Bank"ın qapısında qalıb, əmək haqqı kartı da bloklanıb,
Ədil Hüseynov - "Bizimesr"









