Göyçayda fermerlər ÇƏTİN DURUMDA - "Bir budaqda üç nar var, üçü də çürükdür..."
Tarix: 1-10-2024, 09:19 | Çap et
 Nar və xurma istehsalçılarının bir çoxu builki mövsümdə məhsuldarlığın az olmasından şikayətçidirlər. Fermerlər deyirlər ki, hava şəraiti səbəbindən meyvələr ağacda xarab olub.
Göyçaylı fermer Nadir İsayev bildirib ki, xəstəlik səbəbindən xurmalar ağacda çürüməyə başlayıb.
“Bir balaca külək əsən kimi xurma tut kimi töküldü. Ağacda qalan məhsullar da zaydır, uzun müddətdir belə vəziyyətlə qarşılaşmamışdım”, – fermer bildirib.
Şikayətçi deyib ki, tanıdığı bir çox fermer də zərərlə üzləşib: “Şıxbəy kəndində yaşayan yaxınlarımın bağında da vəziyyət belədir. Bu il gözümüzü xurmadan gələcək gəlirə dikmişdik, o da beləcə zay oldu”.
Fermerlər hesab edirlər ki, bağlarda xəstəlik hava şəraiti və dərmanın keyfiyyətsizliyindən artıb.
Göyçayın nar bağlarında da məhsuldarlıq az olub. Rayonun Bığır kəndindən fermerlər narların ağacda çürüdüyünü deyirlər.
“Bir budaqda üç nar var, üçü də çürükdür. Elə fermer var ki, 50-60 faiz məhsulu xarab olub. Qoyulan xərci güclə çıxaracağıq. Halbuki ötən il qazancımız yaxşı olub”, – fermer Sahib Musayev deyib. Onun sözlərinə görə, may-iyunda havanın soyuq keçməsi, ardınca intensiv yağışlar, sonra istilik xəstəliyin əmələ gəlməsinə səbəb olub. Qurda, ziyanvericilərə qarşı dərmanlar kömək etməyib.
Fermerlər deyirlər ki, dərmanlar keyfiyyətsiz olduğundan işə yaramır, xərcləri artsa da, qazancları get-gedə azalır:
“Tək xurma, narda deyil, əksər sahələrdə vəziyyət belə oldu. Dərmanların keyfiyyətinə kim cavabdehdir, tərkibi necə yoxlanılır? Hamı narazıdırsa, deməli, problem var. Yoxlama aparılmalıdır, dərmanın keyfiyyətinə nəzarət olunmalıdır”.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə Meydan TV-yə deyib ki, məhsuldarlığın az olması, meyvə bağlarına xəstəlik düşməsi yalnız hava şəraiti ilə əlaqələndirilməməlidir.
“Bunu məhz hava şəraiti ilə əlaqələndirmək istəyənlər var. Bu sahə ilə peşəkarlar məşğul olmalıdırlar. Keçmişdə də quraqlıq, şaxtalı hava, yaxud yağışlar olub. Bunun qarşısını aqrotexniki qaydalarla almaq mümkündür”, – Məhərrəmli deyib.
Ekspertin sözlərinə görə, aqrotexniki qaydalara düzgün riayət edilsə, bitki stress amillərə dözümlü olar. Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə məşğul olanların təxminən 95 faizinin bu sahədən anlayışı yoxdur. Fermerlər ata-babalarının təcrübəsindən yararlanırlar. Halbuki dövr dəyişib:
“Meyvəçilik, o cümlədən bostançılıqda hava şəraitini bəhanə gətirib gözləmək olmaz. Torpaqda lazımı qədər meneral maddələr olarsa, bitki normal inkişaf edir, stress amili olmur”.
V.Məhərrəmli qeyd edib ki, nar əkilmiş ərazilər artsa da, nar ixracı təxminən iki dəfə azalıb:
“Hər dəfə çıxışlarında deyirlər ki, narçılığın genişlənməsi nəzərdə tutulub. Bəs ixrac niyə azalıb? Məhsuldarlıq niyə azalıb, keyfiyyət niyə aşağı düşüb? Amma iki-üç il əvvəl həm məhsuldarlıq, həm də keyfiyyət yüksək olub. Fermerlər peşəkarlardan məsləhət almalıdırlar. İqlim dəyişib, yanaşma da dəyişməlidir. Dəyişən iqlim şəraitinə uyğun yanaşma olmalıdır”.
Ekspert hesab edib ki, fermerlər aqronomla müqavilə bağlamalıdırlar, mütəxəssis sahələrə baxış keçirərək məsləhətlər verməlidirlər. Əks halda artan xərclərin qarşılığında qazanc əldə etmək mümkün olmayacaq.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kreditlərlə bağlı təhlükəli vəziyyət yarandı – Ekspertdən həyəcan təbili
Bu gün, 07:57 |
|
|
|
| • Venesuela hakimiyyəti Maduronun azad olunması üçün xüsusi komissiya yaradıb
Bu gün, 07:55 |
|
|
|
| • “Rus Evi”, saxlanılan rusiyalılar və köhnə yanaşma: Moskva yenə güc dili ilə danışır? - NƏ BAŞ VERİR?
Bu gün, 07:52 |
|
|
|
| • Şəbnəm Tovuzlunun kənddəki bu hərəkəti mübahisə yaratdı - "Dilənçi kimi..."
Bu gün, 07:48 |
|
|
|
| • Paşinyan Erməni kilsəsinə qarşı hərəkətə başladı - Ermənistan KİV
Bu gün, 07:44 |
|
|
|
| • "10 ildir ki, bu məhkəmə qərarı icra edilmir..." - GİLEY
Bu gün, 07:30 |
|
|
|
| • Qaynayan dünyada qorunan maraqlar... - nə qədər çətin olsa da...
Bu gün, 07:26 |
|
|
|
| • İki diplomlu rektorla bağlı ŞOK FAKT - elmi dərəcəsi yox imiş...
Bu gün, 07:16 |
|
|
|
| • Eşqi Bağırovun ildırımsürətli yüksəlişi - Təhsil idarəçiliyi olmayan şəxsin karyerasındakı CAVABSIZ SUALLAR
Bu gün, 07:12 |
|
|
|
| • İcra xidməti işinin öhdəsindən gəlmirsə... - AXI NİYƏ?..
Bu gün, 07:08 |
|
|
|
| • Zelenski bu dəli Trampla danışıq aparmağa məcburdur... - ÇÜNKİ...
Bu gün, 07:04 |
|
|
|
| • "Bu gün baş verənləri anlamaq üçün 50 il keçmişə qayıtmaq lazımdır" - partiya sədri
Bu gün, 06:58 |
|
|
|
| • Trampın popkorn yeyərək izlədiyi QƏTL HADİSƏSİ... - öldürülən BEYNƏLXALQ HÜQUQDUR!
Bu gün, 06:52 |
|
|
|
| • Ayaz Musayev araşdırmadan narazılıq edir... - 7 aydır ki...
Bu gün, 06:45 |
|
|
|
| • ABŞ-nin Venesueladakı hərbi əməliyyatı zamanı çoxlu Kuba vətəndaşı ölüb - Tramp belə deyir...
Bu gün, 06:22 |
|
|
|
| • Dünya birjalarında neft ucuzlaşıb - 19 dekabr 2025-ci ildən bəri ilk dəfə...
Bu gün, 06:19 |
|
|
|
| • Maskdan Ermənistana inanılmaz hədiyyə - AÇIQLAMA
Dünən, 23:31 |
|
|
|
| • Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır - Tramp HƏDƏLƏDİ
Dünən, 23:28 |
|
|
|
| • Trampın İran ssenarisi: Azərbaycan və Türkiyəyə ciddi təsir göstərəcək - AKTUAL
Dünən, 17:08 |
|
|
|
| • Rusiyada azərbaycanlı blogerə ŞOK İTTİHAM - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
| • Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı - Məsələ ondadır ki...
Dünən, 17:02 |
|
|
|
| • İranda elita dəyişir - Maduro ssenarisi olmayacaq
Dünən, 15:59 |
|
|
|
| • Millerin həyat yoldaşı Qrenlandiyanın ABŞ bayrağının rənglərində xəritəsini paylaşıb - FOTO
Dünən, 15:52 |
|
|
|
| • Maduro əməliyyatı yeni dünya nizamının dönüş nöqtəsidir - Bundan belə qayda yoxdur, güc var
Dünən, 14:00 |
|
|
|
| • Tramp əslində bunu hədəfləyir... - ŞƏRH
Dünən, 13:56 |
|
|
|
| • “Venesuela hadisəsi beynəlxalq hüququn iflasını göstərdi” - deputat
Dünən, 13:48 |
|
|
|
| • Azərbaycanda avtomobillər BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Dünən, 13:43 |
|
|
|
| • Rus işğalına səs verən Venesuala “haqqını” aldı!
Dünən, 13:02 |
|
|
|
| • "Hüquq hüquqdur, yoxdursa, sənin üçün də yoxdur..." - Maduronun həbsinə ən obyektiv qiymət...
Dünən, 12:59 |
|
|
|
| • Neftimiz qurtarır: Bu qarışıq dünyada NƏ EDƏCƏYİK? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:30 |
|
|
|
| • Keçən il 37 nəfərə elmlər doktoru adı verilməsindən imtina edilib
Dünən, 12:25 |
|
|
|
| • İranda etirazlar: Xalq çürümüş molla rejimini istəmir - Detallar
Dünən, 12:20 |
|
|
|
| • Faytonçu Nazim efirdə dalaşdığı jurnalistlə barışıb? – Özü aydınlıq gətirdi
Dünən, 11:28 |
|
|
|
| • Maduronun həbsindən sonra... - "Daha da ayıq-sayıq olmağımız gərəkdir..."
Dünən, 11:26 |
|
|
|
| • İranda aksiyalar zamanı toqquşmalar nəticəsində daha 3 nəfər ölüb - “Fars” agentliyi
Dünən, 11:20 |
|
|
|
| • 'AVANT' fürsət gözləyirdi: Daha bir neçə ağac kəsildi... - NARAZILIQ VAR...
Dünən, 11:18 |
|
|
|
| • Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb - Sean Duffi AÇIQLADI
Dünən, 10:36 |
|
|
|
| • AQTA bu xəstəlik mənbəyini görmür? - DİQQƏT, təhlükə var..!
Dünən, 10:08 |
|
|
|
| • Biri getdi, qaldı ikisi… – Sabiq nazirdən Maduro haqda açıqlama
Dünən, 10:02 |
|
|
|
| • "Starlink" Venesuelaya bir ay pulsuz rabitə xidmətləri göstərəcək
Dünən, 09:59 |
|
|
|
| • Mikayıl Cabbarov bacarmadı: ƏKSİNƏ... BATIRDI! - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 09:57 |
|
|
|
| • Güney Azərbaycan nədən SUSQUNDUR... - "Bu o demək deyil ki..."
Dünən, 09:32 |
|
|
|
| • Zaur Mikayılov büdcə pullarını DƏDƏ MALI BİLİR? - BU NƏDİ BELƏ?
Dünən, 09:23 |
|
|
|
| • Dövlətə məxsus daha bir qurumda CİDDİ GERİLƏMƏ - TƏFƏRRÜAT
Dünən, 09:14 |
|
|
|
| • ABŞ-nin Venesueladakı hərbi əməliyyatı beynəlxalq qaydalara təhdid kimi qiymətləndirilir - "Global Times" qəzeti
Dünən, 09:08 |
|
|
|
| • Məktəblər bağlana bilər: xəstəlik sürətlə artır - “Distant təhsilə keçilməsə…”
Dünən, 09:06 |
|
|
|
| • ABŞ qitəni “təmizləyir” - Növbədə bu ölkələrdir!
Dünən, 09:00 |
|
|
|
| • Pentaqon rəhbəri ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyat keçirəcəyini istisna etməyib
Dünən, 08:58 |
|
|
|
| • Masallı elə bil avtopilot rejimindədir: Başçı gözə dəymir... - VİDEOFAKT
Dünən, 06:45 |
|
|
|
| • “Temu” Azərbaycan bazarından “çıxarılır”? - GƏLİŞMƏ
Dünən, 06:31 |
|
|
|
|