Bu ilin yanvar-noyabr aylarında "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC xaricə 36 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
- "DİA-AZ" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon dollar və ya 30,6% azalma deməkdir.
Ötən ilin müvafiq dövründə şirkətin ixracatı 51,9 milyon dollar olmuşdu.








