Rəhbərlik işi düzgün tənzimləyə bilmir deyə... - BU NƏDİ BELƏ?

""SOCAR "Azneft" İstehsalat Birliyinin rəhbərliyinin diqqətinə: "Siyəzənneft" NQÇİ-nin Yeraltı Təmir Briqadasının rəisi Əfqan Quliyevin işçilərin məzuniyyət qrafikini düzgün tənzimləməməsi nəticəsində qaldırıcı maşinist Rəhimov Azər Əzizağa oğlu artıq 9 gündür işsiz (boşdayanma) vəziyyətində saxlanılır..." "DİA-AZ " xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib.

O daha sonra müraciətini belə davam etdirir: "Ona nə başqa sahədən işçi ayrılır, nə də müvəqqəti olaraq digər sahədə işləməsinə şərait yaradılır. Nəticədə aylıq əmək haqqı təxminən 1200 manata düşmüş, maddi vəziyyəti ağırlaşmışdır. Bu hal rəhbərliyin əməyin düzgün təşkili üzrə vəzifələrinin yerinə yetirilməməsi hesab olunur.
Məzuniyyətlərin planlaşdırılmasının düzgün aparılmaması nəticəsində işçinin işləyə bilməməsi və gəlirinin azalması əmək hüquqlarının kobud şəkildə pozulmasıdır.
Xahiş edirəm, məsələ təcili araşdırılsın, pozulmuş əmək hüquqları bərpa edilsin və məsul şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülsün.."