"Bəndə cəzasından qaçırsınız... hələlik qaçırsınız... Qorunursunuz... (Nepotizm!!) Vallah Allah cəzasından qaça bilməyəcəksiniz!!!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Teymur Ağayev adlı sosial şəbəkə istifadəçisinin paylaşımını ictimailəşdirən NHMT sədrinin postunda belə deyilir:
" "Bahar Energy Operating" şirkətinin “prezidenti” əziz finansist , ölkəmizdə neft hasilatını gorbagor qoyan hasilat üzrə vitse-prezident Babək Hüseynovun özü kimi əziz dostu, Anar Əliyev Cənabları, həm vitse-prezidentin müavini həmdə BEOC-un prezidenti kimi ən azı 2 yerdən yaxşı əməkhaqqı alır. Bu adamı əvvəl qoydular Layihələr İdarəsinə rəis, gorbagor elədi oranı, sonra instituta direktor, oranıda əlbəttəki gorbagor elədi, indidə BEOC a prezident, oranıda gorbagor etmək üzrədir. İşlətməyi bacarmırlar, "Schlumberger"ə milyonlarla pul tökürlərki xahiş edirəm gəl bizim yerimizə işlə. Yerli mütəxəssislər, şirkətlər qaldığı, iş tapa bilmədiyi halda, bunlar xarici şirkətə milyonlar ötürürlər, hasilat isə hələ də 0. Hələ "Big 4" dedikləri konsultinq şirkətləri nə qədər milyonlar alırlar bunlardan bir biləsiniz, rəqəmlərə inanmaq çətindir.
Hələ bütün bunlar azmış kimi, hörmətli finansist cənab Babək Hüseynov amerikadan olan köhnə iş yerindən (HESS Corporation) amerikan dost tanışlarını səhmləri 100% SOCAR-a məxsus olan Bahar Energy Operating Company-yə yüksək vəzifələrə təyin elətdirir. Cənab Sean Werner, BEOC-da vitse prezidentdir. Əməkhaqqısı 100 minlərlədir. Öz ölkəmizdə savadlı, istedadlı kadrlara iş tapılmadığı halda, bu finansist amerikan dostunada burada yaxşı vəzifə verib, xalqın pullarını dədə malı kimi ona-buna verir..."






