"Hörmətli cənab Prezident İlham Əliyev! Sizin göstərişlərinizə yerlərdə əməl olunmur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Fariz Quliyev qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: Siz yəqin ki, bundan xəbərdar deyilsiniz!
Bu faktdır ki, Naxçıvanın Şahbuz rayonunda onlarla Qazi, Veteran ailəsi icra hakimiyyətindən narazıdır.
Səbəb isə çox sadə və aydındır.
Millətin yaşaması üçün nəinki şərait yaradılmır, hətta buna mane olurlar.
Fərz edin ki, kimsə 100 illik ata həyətində nəsə qurub-yaratmaq istəyir. ,
O saat rayon rəhbərliyi hücuma keçərək mane olur.
Bax budur əsl problem.. Xahiş edirəm, bu məsələyə diqqət yetirin, tədbir görülməsi üçün müvafiq göstərişləri verin".






