Azərbaycan xalqı nadir hallarda ayağa qalxıb və tarixin gedişatına təsir göstərib.
General Polad Həşimovun da şəhid olması Azərbaycan xalqını yerindən tərpətdi, sinir uclarına toxundu.
Küçələr doldu, daşdı. Xalqın hökümətdən savaş tələb etməsi dünyada nadir hadisələrdən idi.
Lakin bu, uzun illər üstü məğlubiyyət travması ilə örtülmüş milli kimliyin üsyanı idi.
Azərbaycan xalqı, meydanlara çıxan yüzminlərlə şəxs bilə - bilə ki, müharibənin itkiləri, şəhidləri olacaq, buna getdi və bütün ictimai dəstəyi dövlət üçün nümayiş etdirdi.
Polad Həşimov xalqın generalı idi, rütbəsini səngərdə almışdı, səngərdə də, Azərbaycan torpaqlarının müdafiəsi naminə qanını qurban dedi.
Azərbaycan xalqı onun itkisinə ağlasa da, göz yaşları içində yetişən qisas hissini boğmadı, azadlıq savaşındakı enerjiyə ötürdü.
Şəhid generaldan sonra, şəhid polkovnik, mayor, kapitan, leytenant, gizir, əsgər və hətta mülki vətəndaşlar da şəhid oldu, lakin onların bu müqəddəs zirvədəki yeri əbədi qalibiyyətlə möhkəmləndi.
Qəbriniz nurla dolsun, səngərlərdə şəhid abidəsi ucaldan insan!
Müəllif: Əziz Əlibəyli - Mənbə: "DİA-AZ"






