"Kəmaləddin müəllim (Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov nəzərdə tutulur -red) ağıllı adamdır, biznesinə təhlükələrə çevik reaksiya verir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bir vaxtlar Londondan qızılqumlu ərəb sahillərinə, Dubayın göz qamaşdıran ultralüks süni adalarına üz tutmuşdu. İndi vəziyyət dəyişib, Palm Jumeiradakı villalarının həndəvərinə raket düşür. Və o neçə illər əvvəl tərk etdiyi İngiltərəyə yenidən qayıdır. Onun intuisiyası o qədər güclüdür ki, Yaxın Şərqdə amansız müharibənin başlamasını gözləməyib. Elə ötən ilin yayındakı 12 günlük müharibə ona siqnal olub. Bundan sonra Londona dönməyin zamanı gəldiyinə qəti qərar verir. Ötən ilin iyulunda o, Londondakı çin restoranlarından birini alıb, eyni zamanda yeni biznes platformaları yaradıb..."








