
Nigar Vadim qızı Xubanova-Mahmudzadə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru təyin edilib.
"DİA-AZ" xəbər verir ki, bu barədə səhmdarların Ümumi Yığıncağı qərar qəbul edib.
Nigar Xubanova-Mahmudzadə 2026-cı ilin iyunundan bu şirkəti icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən şəxs kimi fəaliyyət göstərib.
Qeyd edək ki, 2026-cı ilin aprelində “Xalq Kapital”ın əvvəlki icraçı direktoru Fərəc Axundov vəzifəsindən ayrılmış, onun yerinə Fəridə Laçınova müvəqqəti icraçı təyin edilmişdi. Fərəc Axundov 2024-cü ildən şirkətə rəhbərlik edirdi.
Bundan əvvəl şirkətin Müşahidə Şurasının rəhbərliyində də dəyişiklik edilmişdi. Səhmdarların Ümumi Yığıncağının qərarı ilə Elxan Ağayev Müşahidə Şurasının sədri təyin olunaraq Xəzər Bağırlını əvəz etmişdi.
“Xalq Kapital İnvestisiya Şirkəti” 2017-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 420 min manatdır və kapitalının 100%-i “Xalq Bank” ASC-yə məxsusdur.























