"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… .....                     Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? .....                     "2000 manat bu xərci qarşılayacaqmı?!." .....                     Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? .....                     Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU .....                     “O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” .....                     Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... .....                     "Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı .....                     "Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” .....                     Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." .....                     "Çünki o daşlarda, o qayalarda onların qanı var..." .....                     Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ .....                     Peşə Təhsilində küləvi narazılıq .....                     Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR .....                     Daha bir TENDER HOQQABAZLIĞI .....                     Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general .....                     Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib .....                     Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı .....                     12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı .....                     Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR .....                     İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ .....                     Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi .....                     Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər .....                     “MİDA”dan 23 milyonluq layihə .....                     “Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” .....                     Elgizin yeni verilişi efirə çıxdı .....                     İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı .....                     Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur .....                     “Capital Partners İnvestisiya Şirkəti”nin .....                     Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: .....                     "Təcavüz" kimi görünən xəndək və: .....                     “Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb .....                     Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib .....                     Şikayətçilərin pulunu qaytarır? .....                     Xalq artisti işsiz qalıb: .....                     Qarabağ canisi olan general Ermənistandan imtina etdi .....                     Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib .....                     BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb .....                     Anar Məmmədli və Anar Abdullayevə .....                     Vüsal kimləri qınadı? .....                 

Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Tarix: Bu gün, 06:52 | Çap et

Peşə Təhsili üzrə Dövlət Agentliyinin ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

"DİA-AZ" Bizimesr.media-ya istinadən bildirir ki, Agentliyin rəsmi sosial hesabında yaydığı məlumatda qeyd olunur ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Yəni, artıq müsahibə bitib və cavablar bəllidir…

Lakin bu paylaşımın ardınca müsabiqədə iştirak edən, amma hələ də nəticələri barədə cavab ala bilməyən şəxslərin narazılığı diqqət çəkib. Paylaşımın şərh bölməsində iştirakçılar Agentliyə suallar ünvanlayıblar. Onlar müsabiqənin nəticələri, cavabların nə vaxt açıqlanacağı və müraciətlərə hansı formada cavab veriləcəyi ilə bağlı məlumat istəyiblər.

Belə ki, şərhlərin birində yazılır…

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi, sizdən suallarıma cavabı necə, hansı formada ala bilərəm? Nə zəngə, nə mesaja cavab verilir!”

Digər iştirakçılar da nəticələrin nə zaman açıqlanacağı ilə bağlı suallar veriblər. Amma Agentlikdən heç bir cavab verilməyib.

Müsabiqədə neçə nəfər iştirak edib, neçə nəfər uğur qazanıb?

Narazılığın əsas səbəblərindən biri də Peşə Təhsili üzrə Dövlət Agentliyinin müsabiqə ilə bağlı ətraflı statistikanı açıqlamamasıdır. Agentliyin neçə nəfəri müsabiqənin növbəti mərhələsinə keçirdiyi, neçə nəfərin uğurlu nəticə əldə etdiyi, hansı peşə təhsili müəssisələrinə neçə müəllim və istehsalat təlimi ustasının qəbul olunduğu barədə ictimaiyyətə ətraflı məlumat verilmir.

Müsabiqədə iştirak edən şəxslər isə nəticələrin şəffaf şəkildə açıqlanmasını və verilən sualların cavablandırılmasını istəyirlər.

Məlumata görə, müsahibə mərhələsindən çox az sayda şəxsin uğurlu nəticə əldə etdiyi, boş qalan yerlərə isə müqavilə əsasında işə qəbul prosesinin davam etdiriləcəyi bildirilir.

Müqavilə ilə işə qəbul məsələsi də narazılıq doğurur

Peşə təhsili sistemində müqavilə əsasında işə qəbul son illərdə daha aktiv xarakter alıb. İddialara görə, direktorlar Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərlə razılaşdırılmış şəkildə boş ştat yerlərinə birillik müqavilə ilə şəxsləri işə qəbul edirlər.

Bu məsələ uzun illərdir narazılıqlarla qarşılanır. Müsabiqədə iştirak edən, yüksək bal toplayan və müsahibəyə dəvət olunan, lakin sonda “qəbul edilmədi” cavabı alan şəxslərin kənarda saxlanıldığı, bunun əvəzində isə ümumiyyətlə peşə təhsili sisteminə aid olmayan, imtahanda iştirak etməyən və təcrübəsi olmayan şəxslərin birillik müqavilə ilə işə qəbul edildiyi ilə bağlı faktlar mövcuddur. İddialara görə, müqavilə ilə işə qəbullar bəzi direktorlarla əvvəlcədən razılaşdırılır və müxtəlif yollarla həyata keçirilir. Bu iddiaların aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir. Müqavilə ilə işə qəbul edilən şəxslərin kimliyi, onların direktorlarla və Agentliyin rəhbər şəxsləri ilə hansı qohumluq, yaxınlıq, dostluq və digər əlaqələrinin olub-olmaması da araşdırılmalı məsələlərdəndir. Əgər bu iddiaları Agentliyin özü araşdıra bilmirsə, digər aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.

Məlumata görə, artıq müqavilə əsasında işə qəbul prosesi başlayıb və boş qalan yerlərə kütləvi şəkildə müqavilə ilə işə qəbul həyata keçiriləcək.

Peşə mərkəzlərində texniki işçilərlə bağlı da iddialar var

Bununla yanaşı, iddialara görə, bir sıra peşə təhsili mərkəzlərində çoxsaylı texniki işçilər də işə qəbul edilib. İddialarda həmin şəxslərin bir qisminin direktorların və Peşə Təhsili üzrə Dövlət Agentliyində çalışan rəhbər şəxslərin qohumları, dostları və yaxınları olduğu bildirilir. Bu, peşə təhsili sistemində işə qəbul prosesinin şəffaflığı ilə bağlı ciddi problemlərin mövcudluğunu göstərən faktlar hesab olunmalıdır.

Məhz bu faktlar imtahan və müsabiqə prosesinin formal keçirilməsi ilə bağlı sualları da gündəmə gətirir. İmtahanda iştirak edib yüksək nəticə göstərən şəxslərin işə qəbul edilməməsi, digər tərəfdən isə müsabiqədə iştirak etməyən şəxslərin müqavilə əsasında işə götürülməsi ilə bağlı iddialara aydınlıq gətirilməlidir.

Yeni rəhbərlik köhnə problemləri aradan qaldıra bilmədi?

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının fəaliyyəti ilə bağlı da narazılıqlar səsləndirilir. Mövcud iddiaların araşdırılmaması və işə qəbul prosesinin şəffaflığı ilə bağlı sualların cavabsız qalması isə peşə təhsili sistemində əvvəlki problemlərin yeni rəhbərlik dövründə də davam etdiyini göstərir.

İndi əsas sual budur – Peşə Təhsili üzrə Dövlət Agentliyi müsabiqənin nəticələri ilə bağlı tam statistikanı nə vaxt açıqlayacaq və iştirakçıların cavabsız qalan suallarına niyə aydın cavab verilmir?









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hər dəfə deyirəm ki, susum, danışmayım, nəyimə lazımdır… - ...Amma alınmır!"
Bu gün, 08:05
Ukrayna qurban verilir, yoxsa həqiqi sülh? - AKTUAL
Bu gün, 08:02
"2000 manat bu xərci qarşılayacaqmı?!." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:00
Hökümət ailə (kiçik) təsərrüfatlarına niyə qənim kəsilib? - ETİRAZ VAR!
Bu gün, 07:52
Biləsuvarın icra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU - MÜRACİƏT
Bu gün, 07:48
“O qayaları yazan insanlar düşünsünlər ki, 5-6 il əvvəl Şuşaya gələ bilirdilər?” - Polad Həşimovun anası
Bu gün, 07:37
Təhsil nazirliyinin şübhəli TENDER ORTAQLARI... - Əmrullayevin ilginc DEPOT MMC SEVDASI
Bu gün, 07:34
"Bakı Kondisioneri" ASC-nin 855 min manatdan çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:29
"Erməni mallarının Azərbaycana gəlməsi sülhə aparan yoldurmu?..” – Tofiq Zülfüqarovdan AÇIQLAMA
Bu gün, 07:14
Keşləni yenə su basdı: "İcra başçımız Coşqun Cəbrayılov söz vermişdi ki..." - vətəndaş yenə də Allahın ümidinə qalıb...
Bu gün, 07:11
"Çünki o daşlarda, o qayalarda onların qanı var..." - deputat
Bu gün, 07:04
Qalmaqallı “Kayu”nun LİSENZİYASI YOX İMİŞ - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
Peşə Təhsilində küləvi narazılıq - Müqavilə ilə kimlər və necə işə götürülür?
Bu gün, 06:52
Tikinti dələduzları BUNA GÖRƏ MEYDAN SULAYIR - Tanınmış hüquqşünas ÇAĞIRIŞ ETDİ
Bu gün, 06:42
Daha bir TENDER HOQQABAZLIĞI - Qalib YAP-ın təşkilat sədrinin oğludur...
Bu gün, 06:35
Şuşada Azərbaycan Ordusunu “mühasirəyə alın” deyən general – 84 yaşında pasportunu təhvil verib Rusiyaya qayıtdı
Bu gün, 06:24
Tramp “Bombardier” təyyarələrinin ABŞ-də satışının dayandırılmasını tələb edib - KİV
Bu gün, 06:18
Bakıda mənzil almaq adı ilə dələduzluq edən saxlanıldı
Dünən, 18:10
12 il əvvəl boşandığı keçmiş arvadının maşınını yandırdı - TƏFƏRRÜAT
Dünən, 18:06
Əli Mirəliyevdən İlhamə Quliyevanın oğulluğu haqda ŞOK AÇIQLAMALAR - “Nə ölüsü, nə də dirisi...”
Dünən, 18:02
İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ - FOTO
Dünən, 18:01
Nazir Abid Şərifovun qardaşı oğlunu təqaüdə göndərdi - FOTO
Dünən, 17:56
Vətəndaşı “borc bataqlığına” sürükləyən kreditlər - BELƏ HARA GEDİRİK?
Dünən, 17:49
“MİDA”dan 23 milyonluq layihə
Dünən, 17:44
“Rus bazasını çıxarmaq, Azərbaycan Ordusuna “gəl” deməkdir” - Tevanyan
Dünən, 17:29
Elgizin yeni verilişi efirə çıxdı
Dünən, 17:26
İrəvanın dəyişikliyi Moskvanı təşvişə saldı – Hakimiyyətə onlar gələ bilər
Dünən, 17:23
Başıma açmadığı oyun qalmamışdı, indi özü həbsxanada zəhərlənməkdən qorxur - Saakaşvili
Dünən, 17:21
“Capital Partners İnvestisiya Şirkəti”nin dövriyyəsi 3 dəfə azalıb
Dünən, 17:19
Ərzaq qıtlığı olmayacaq, amma BAHALAŞMA GƏLİR: - İqtisadçıdan PROQNOZ
Dünən, 17:16
"Təcavüz" kimi görünən xəndək və: - “Sputnik”in qorxusu...
Dünən, 17:14
“Bank Avrasiya”nın səhmdarının tərkibindən daha bir şirkət ayrılıb - DETALLAR
Dünən, 17:12
Ermənistanın Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Türkiyəyə çıxışı çətinləşib - Ortada Rusiya faktoru var
Dünən, 17:11
Şikayətçilərin pulunu qaytarır? - Nigar Fərhaddan YENİ XƏBƏR
Dünən, 17:08
Xalq artisti işsiz qalıb: - “Deyirlər ki, bunun ömrü qurtarıb”
Dünən, 17:04
Qarabağ canisi olan general Ermənistandan imtina etdi - “İravunk”
Dünən, 16:55
Merts partiyasının seçkilərdə dramatik məğlubiyyətə uğradığını etiraf edib - KİV
Dünən, 16:51
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb - TƏFƏRRÜAT
Dünən, 16:48
Anar Məmmədli və Anar Abdullayevə HÖKM OXUNDU
Dünən, 16:41
Vüsal kimləri qınadı? — "Başqa şeylərə pul xərcləyirlər, amma..."
Dünən, 16:39
Tanınmış aktyor AYNA-dan GİLEYLƏNDİ - FOTO
Dünən, 16:37
İşə adını hər gün yazmadığı üçün fəhləyə qrup halında hücum etdilər - CƏZA
Dünən, 16:32
Putin Paşinyanı son görüşə çağırır? - Görünəni odur ki...
Dünən, 16:28
“Əliyev və Paşinyan çoxdan razılaşıb” - Badalyan
Dünən, 16:18
Ət bazarında nə baş verəcək? - “600 kiloqram çəki göydən düşmür”
Dünən, 16:16
Putinlə 3 saat danışıb Zelenski ilə görüşə getdilər – “Böyük sülh” imzalanır?
Dünən, 16:09
Yəmən Silahlı Qüvvələri əks-hücumda: - Ölkəyə nəzarət bərpa edilir
Dünən, 16:06
Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir? - AKTUAL
Dünən, 16:00
Turist ölkədən necə ayrılmalıdır? - Novella Cəfəroğlu mühüm mesaj verdi
Dünən, 15:55
Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb - AZAL
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru