Ermənistanda 2 yeni “Rus evi” açılacaq .....                     Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır .....                     Rusiya Ermənistanda daha iki Rus Evi açır .....                     “Bu, ədalətli deyil!” .....                     İcra Hakimiyyəti bir milyonluq gül alır .....                     “Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” .....                     TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib .....                     Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? .....                     Telli aparıcıları yıxıb-sürüdü: .....                     Prokuror müğənni qardaşını öldürənə .....                     Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? .....                     "Boğulurdum, hələ belə ağrı görməmişdim" .....                     Bakıda qızını bıçaqlayan qadına hökm oxundu .....                     208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək .....                     Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: .....                     Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı .....                     Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib .....                     Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat .....                     Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi .....                     AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? .....                     "Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." .....                     Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib .....                     YAP-ın VIII Qurultayına hazırlıq .....                     Bir evi bir neçə nəfərə satan iş adamına .....                     16 il sonra qayıtdılar, trendi alt-üst etdilər .....                     "Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir .....                     “SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub .....                     Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... .....                     "Öz şəhərimizi niyə yazaq ki?" .....                     "Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında .....                     Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı .....                     Ankara strateji muxtariyyəti gücləndirir .....                     Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi .....                     Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi .....                     Azərbaycanda “buzov pulu” artırıldı .....                     Azərbaycanda yeni qurumun yaradılması .....                     Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU .....                 

“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Tarix: Bu gün, 15:03 | Çap et

Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov səhhəti ilə Musavat.com-a danışıb.

Müsahibəni təqdim edirik:

– Əbdül bəy, necəsiniz, özünüzü hazırda necə hiss edirsiniz?

– Təşəkkür edirəm. Mən dünən bütün günü xəstəxanada analizlər vermişəm. Müxtəlif prosedurlar idi. Sabah da qastroskopiya, endoskopiya edəcəklər, mədə-bağırsaqlarımı-filan yoxlayacaqlar. Özü də yaş faktoru var da, qızım. Havalar da belədir, bronxum belədir... Ondan sonra, nə bilim, prostat belə... Təzyiq də göz qabağındadır. Nəsə belə, arzuolunmaz bir durumdayam. Keç-keçdir... Amma hələlik yaşayırıq da. Nəfəs gedir-gəlir, çalışıram, vuruşuram, yaşayıram. Bütün texniki aparatura deyir ki, analizlərim normaldır. Bilmirəm, məni aldadırlar, ya yalandan deyirlər normaldır. Amma mən normal deyiləm axı, özüm görürəm.

– Müalicənizi davam etdirməniz üçün maddi yardıma ehtiyacınız varmı? Bundan əvvəl dəstək üçün çağırış etmişdiniz...

–...Pensioner adamam da, qızım. Sadəcə, prezident təqaüdü alıram, min neçə manat. Onu da uşaqlarımla pay-püş edirik, onlar da işsizdirlər deyə. Özümə qalsa, aldığım pensiya müalicəmə də, yoldaşıma da bəs edər. Amma uşaqlarımın ikisi də işsizdir, ona görə problem yaranır. O ki, qaldı məni kiminsə yadına salması, heç yada salan da, salam verən də olmadı.
Sağ olsun, müraciət edən kimi Heydər Əliyev Fondu analiz prosedurlarımı etdirir. O da haradasa 1000 manata yaxın çıxır. Amma sonra müalicə məsələsi var axı. O necə olacaq, bilmirəm...

– Ümumiyyətlə, həkimlər sizə hansı diaqnozları qoyublar?

– Faktiki olaraq, dörd xəstəlikdən müalicə alıram. Birincisi bronxdur, ikincisi mədə-bağırsaq problemidir, üçüncüsü parkinsondur, əl-ayağımda yüngül əsmə əmələ gəlib, dördüncüsü prostatdır. Yəni dördü də bir-birinə əks olan xəstəliklərdir. Zamanında günlərlə çəkilişlərdə olmaqdan, əməkdən, zəhmətdən canımız yavaş-yavaş tükənib, indi yavaş-yavaş canımdan çıxır. Cavan vaxtlarımızda deyirdim ki, onu da çəkək, bunu da edək. Demə, yavaş-yavaş ölümümüzə fərman hazırlayırmışıq. İndi də gəlib bu vəziyyətə düşmüşəm, kömək edən də yoxdur.

– Milli Məclisin Mədəniyyət Komitəsi var. Həmin komitənin üzvü olan deputatlardan və yaxud komitənin sədri Polad Bülbüloğludan sizə hər hansı reaksiya oldumu?

– Nə Mədəniyyət Nazirliyindən xəbər var, nə də Milli Məclisin Mədəniyyət Komitəsindən. Polad Bülbüloğlunun da başı qarışıb evlənməyə. Poladın nəyinə lazımdır? Polad heç nazir olanda kimə yaxşılıq etmişdi ki, indi kimə nə yaxşılıq etsin?! Umar yerdən küsərlər, deyərlər. Ona görə də müraciət ediləsi nə yer, nə də adam var. Yenə sağ olsun Heydər Əliyev Fondu. Müraciət edən kimi müayinələrimə kömək olurlar. Amma müalicələrimin necə olacağı bəlli deyil. Ağrıyıram deyə belə qəmli danışıram. Amma bu o demək deyil ki, kimdənsə nəsə dilənirəm.

– Bəs Kino İttifaqından heç olmasa mənəvi dəstək göstərən, sizinlə maraqlanan oldumu?

– Kino İttifaqının öz problemləri ilə məşğuldur. Bu saat xəstə-xəstə ittifaqa gedirəm. Sentyabrın 11-i biz ittifaqın konfransını keçirib, sədr seçəcəyik. İttifaq indi idarəolunmaz bir vəziyyətdədir. Bu saat Ədliyyə Nazirliyi, Ali Məhkəmə, prokuror orada istintaq edirlər. Şəfiqə Məmmədova da hələ tam səlahiyyətli sahib deyil. Bütün səlahiyyətləri rəhmətlik Rasim Balayev Əli İsa Cabbarova vermişdi. İnşallah, Şəfiqə xanım təsdiq olunandan sonra görək, nə kömək olacaq. İmkanlı dostlar var. Amma bilmirəm utanırlar, ya onlara deyən, xəbər edən yoxdur, ya cəsarətsizlikdir. Nədir bilmirəm, mənimlə maraqlanan yoxdur.

– Polad Bülbüloğludan söz düşmüşkən, sizin 82 yaşınız var, onun da 81. İndi görürsünüz ki, o evlənir, sizin dediyiniz kimi cavan adam kimi bal ayında gəzir, siz isə xəstəliklə mübarizə aparırsınız. Sizcə, bunun səbəbi insanın özündədir? İnsan vaxtında özünə yaxşı baxmır, yoxsa bu, ümumiyyətlə, genetik, yaşayış şəraiti məsələsidir?

– İkimiz də mübarizə aparırıq. Polad eşq-məhəbbət uğrunda, mən də sağlamlıq uğrunda. Biz kənd uşaqları gəlib şəhərdə formalaşana kimi, zəhmət çəkənə kimi, özümüzə gün ağlayana kimi canımız da gedir, vaxtımız da, yaşımız da gedirdi. Onlar isə hazıra nazir olublar, şəhər içində böyüyüblər, maşallah. Biz zarafatla deyirdik, bunlar qoğulla-moğulla böyüyüblər. Fərq ondandır. İndi adam var 82 yaşında, 52 yaşın həsrətindədir, adam var 50 yaşında, 60 yaşında dünyasını dəyişir.

– Əbdül bəy, sonuncu sualım olacaq. Hazırda sizin ən böyük ehtiyacınız nədir?

– Ən böyük ehtiyacım mənəvi, maddi dəstəkdir. Həm maddi, həm mənəvi dəstək. Vəssalam!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda 2 yeni “Rus evi” açılacaq - KİV
Bu gün, 15:59
Türkiyə Rusiya ilə yeni razılaşma imzalayır -“Blumberq”
Bu gün, 15:29
Rusiya Ermənistanda daha iki Rus Evi açır
Bu gün, 15:16
“Bu, ədalətli deyil!” - Ekspert parklanma ödənişlərinə etiraz edir
Bu gün, 15:13
İcra Hakimiyyəti bir milyonluq gül alır - DETALLAR
Bu gün, 15:11
“Polad məhəbbət uğrunda mübarizə aparır, mən isə...” – Şeyx Əbdüldən SƏS-KÜYLÜ açıqlamalar
Bu gün, 15:03
TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib
Bu gün, 14:55
Dövlət Vergi Xidmətində maaş artımı niyə gecikir? - GÖZLƏRİ YOLDADIR
Bu gün, 13:12
Telli aparıcıları yıxıb-sürüdü: - “Quyruğunu basanın başından basacağam”
Bu gün, 13:07
Prokuror müğənni qardaşını öldürənə 19 il CƏZA İSTƏDİ
Bu gün, 13:04
Xırdalan və Bakıda 79 min manatlıq dələduzluq: Qurbanlar necə aldadılıb? - TƏFƏRRÜAT
Bu gün, 12:58
"Boğulurdum, hələ belə ağrı görməmişdim" - İnfarkt keçirən İlham Mirzəyev
Bu gün, 12:57
Bakıda qızını bıçaqlayan qadına hökm oxundu
Bu gün, 12:52
208 səhifəlik “Xütbələr” kitabının bir ədədinin çapı 23 manata başa gələcək - AY, MAŞALLAH...
Bu gün, 12:48
Erməni deputatdan Kərki ilə bağlı AÇIQLAMA: - “Paşinyan bu kəndi...”
Bu gün, 12:47
Paşinyanın “açıqlaması” Qazaxıstanı qarışdırdı - “Mən Tokayev deyiləm ki...”
Bu gün, 12:41
Armen Qriqoryan Baş Qərargah rəisi təyin olunur - “İravunk”
Bu gün, 12:39
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 12:35
Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq - belə deyirlər...
Bu gün, 12:32
“Xalq Kapital İnvestisiya Şirkəti”ndən “Azərpoçt”a yeni təyinat - DOSYE
Bu gün, 12:27
Keçmiş bankir “SOCAR Petroleum”-dakı vəzifəsindən ayrılıb - FOTO
Bu gün, 12:23
“Xalq Kapital İnvestisiya Şirkəti”də yeni icraçı direktor təsdiqləndi - BUNDAN SONRA...
Bu gün, 12:18
AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
Bu gün, 12:16
"Ya gəlin məhsulunuzu düz-əməlli təhvil verin, ya da..." - NARAZILIQ VAR...
Bu gün, 12:09
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib - FOTOLAR
Bu gün, 12:03
YAP-ın VIII Qurultayına hazırlıq BAŞLANDI
Bu gün, 11:59
Bir evi bir neçə nəfərə satan iş adamına HÖKM OXUNDU
Bu gün, 11:57
16 il sonra qayıtdılar, trendi alt-üst etdilər - VİDEO
Bu gün, 11:36
"Ehdiparfum"un videosunu yayanları bu cəza gözləyir - ŞOK detallar
Bu gün, 11:35
“SOS” MMC-nin növbə rəisi həbs edildi: 20 min manatı qumarda uduzub - TƏFƏRRÜAT
Bu gün, 11:27
Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 11:18
"Öz şəhərimizi niyə yazaq ki?" - REAKSİYA
Bu gün, 11:09
"Qazaxlı Alik"in oğlu yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 11:05
Azərbaycanın da qatıldığı Köçəri Oyunlarında nəticələr qarışdı - QALMAQAL
Bu gün, 10:56
Ankara strateji muxtariyyəti gücləndirir - Montrödən Akkuyuya
Bu gün, 10:54
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Bu gün, 10:52
Dövlət Komitəsinin sədri ona yüksək vəzifə verdi - FOTO
Bu gün, 10:44
Azərbaycanda “buzov pulu” artırıldı – 50-250 manat veriləcək
Bu gün, 10:42
Azərbaycanda yeni qurumun yaradılması TƏKLİF OLUNUR
Bu gün, 10:38
Bakıya uçan daha bir təyyarə havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:34
Rusiya azərbaycanlıları adından sensasion çağırış – Sluçkiyə səs istəyənlər kimdir?
Bu gün, 10:29
Qonşuda benzinin qiyməti ikiqat artırıldı
Bu gün, 10:27
Putindən Ermənistanla bağlı sərt qərar - PAST
Bu gün, 09:56
“Erməni evində Azərbaycan işığı” xəbəri aranı qatdı - GƏLİŞMƏ
Bu gün, 09:55
Bu xanımlara yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:53
General-mayor Anar İsmayılova ağır itki üz verib
Bu gün, 09:27
“Baku Electronics” müştərinin qanına susayıb? - BU NƏDİ BELƏ?
Bu gün, 09:25
Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
Bu gün, 09:18
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Bu gün, 09:07
Putin görüş ərəfəsində Paşinyana qarşı nələr planlaşdırır?.. - "2-3 il referendum keçirməyə yol verilməyəcək..."
Bu gün, 08:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru