"Mən bildirmək istəyirəm ki, Lənkaran regional qaz istismar idarəsində yeyinti var..." "DİA-AZ" xəbər verir ki, bu ittihamı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşdığı müraciətində SOCAR Azəriqaz İstehsalat Birliyi Lənkəran regional qaz istismar idarəsində çalışan işçilərdən biri səsləndirib.
Müraciətdə daha sonra deyilir: "Masallı xidmət sahəsini vəzifəli şəxs (ad,soyadını yazmıram) pis günə qoyub. Belə ki, (...) əhaliyə artıq yükləmələr edir və deyir mənə heç kim heç nə edə bilməz. O qədər arxayındır, deyir, məni heç kim işdən çıxarda bilməz. Qanunsuz qaz çəkilişi edib, qarşılığında rüşvət alır və sayğacların yerdəyişməsinə görə pul alır. Arxasında isə vəzifəli şəxs (....) durur..."
Qeyd edək ki, səslənən bu ittiham barədə NHMT sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əlaqədar qurum və şəxslərə müraciət edərək bildirib:
"Əgər barəsində ittiham səslənən bu vəzifəli şəxs kiminsə qohumu deyilsə, bəlkə araşdırasınız? Axı yazılanlar düz də ola bilər?!."








