" "Casio Azərbaycan"dan online sifarişlə kreditə məhsul almışam. Məhsul gəlib çatandan sonra gəlib çatdığı dəqiqədən qaytarma və ya dəyişdirmə ilə bağlı mağazaya bildirdim..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Xəyyam Həsənov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Çatdığı andan etibarən bildirdim, həmən dəqiqədən. Mağaza telefonla danışan xanım bildirdiki rəhbərlik icazə vermir malı dəyişdirməyə ya qaytarmağa. Dəfələrlə bildirdim ki, ən azından dəyişdirək, istehlakçı hüquqlarımızı bilirik, antiinhisara şikayət eləyəcəmi dedim. Dediki lap yaxşı nə gözəl şikayət edin.
Müştərilə bu cür davranan, rəhbərliyin qanunu ölkə qanundan üstün tutan bu mağazanı tövsiyə etmirəm..."








