ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər .....                     “Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi .....                     ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU .....                     “Ermənistanda zəhərli ideologiya hələ də qalır” .....                     Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir .....                     Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? .....                     Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir .....                     Azad Rzayevin şirkəti dövlətə borclandı .....                     Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər .....                     Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? .....                     44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır .....                     Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” .....                     Onları teatrın dedi-qodusu ayırdı... .....                     Bayramovun "sərəncamı" icra olunacaqmı? .....                     AzəriQaz-da rəhbərlik də PİYADA QALIB .....                     Ukrayna və Rusiya arasında HAVA DURUMU... .....                     Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... .....                     "Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." .....                     "Filiala getdim və nəticə yoxdur..." .....                     "Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı .....                     Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... .....                     Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... .....                     İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? .....                     “Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb .....                     DİA-AZ-da təmir gedir... .....                     Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? .....                     Binəqədidə TİKİNTİ XAOUSU... .....                     Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi .....                     Ülvi KİMİ "QILINCLADI? .....                     Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                 

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Tarix: Bu gün, 08:16 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində ciddi əks-səda doğuran növbəti bəyanatında Kərki barədə danışıb. O, açıq şəkildə bildirib ki, Kərki Azərbaycan ərazisidir və Ermənistan ora iddia edə bilməz. Bununla belə, o, Gədəbəyin Başkənd kəndini də dilinə-dodağına bulaşdırıb. “Mən Tiqranaşen haqqında heç nə deməmişəm, Kərki haqqında danışmışam. Seçkiqabağı dövrdə anklavlar haqqında da danışmışam və bunda yeni bir şey yoxdur… Biz dedik ki, Ermənistanın ərazisi 29.743 kvadrat kilometrdir və Kərki və digər anklavlar bu hesablamaya daxil edilməyib. Lakin Artsvaşen (yəni Gədəbəy rayonundakı Başkənd) hesablamaya daxil edilib və daxildir”, - Paşinyan deyib.

Ermənistanın Baş naziri bu erməni budaq cümlələri ilə nə demək istəyir?

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

Onun sözlərinə görə, Paşinyanın Kərki barədə fikirləri təqdirə layiqdir, amma onun Kərki qarşılığında Başkəndi dilə gətirməsi Azərbaycanla Ermənistan arasında yeni gərginlik ocağı yarada bilər:

“Məsələ burasındadır ki, istər Kərki, istərsə də Başkənd Azərbaycan əraziləri olub və sovet hakimiyyəti illərində erməni maxinasiyaları ilə problemli hala gətirilib. Ermənistan əgər Azərbaycanla münasibətləri tənzimləmək istəyirsə, sovet imperializminin region dövlətləri üçün qurduğu bu tələdən imtina etməlidir. Əks halda, bu gün olmasa belə, sabah iki dövlət arasında növbəti hesablaşmalar başlaya bilər”.

Heydər Oğuz xatırladıb ki, Ermənistanla Azərbaycan sərhədləri 1921-ci ildə Cənubi Qafqaz ölkələri, Rusiya və Türkiyə arasında bağlanmış Qars müqaviləsi ilə müəyyənləşdirilib:

“Qars müqaviləsində isə Kərki kəndi Azərbaycanın protektoratlığı altına keçən Naxçıvan vilayətinin ərazisi kimi göstərilib. Müqavilədə Naxçıvanın inzibati əraziləri bu şəkildə təqdim olunur: “Naxçıvanın ərazisi Urmiya kəndi – oradan düz xətlə Arazdəyən stansiyasına (onu Ermənistan Sosialist Sovet Respublikasına saxlamaqla) – sonra düz xətlə 3142 qərbində Daşburun dağına – Daşburun dağının şərq ayırıcı xətti (4108) – Cəhənnəm dərəsi çayından "bulaq" yazısının cənubu – Bağarsıq dağının gədik xətti ilə (6607 və ya 6587) və oradan əvvəlki İrəvan dairəsinin və Şərur-Dərələyəz qəzasının inzibati sərhədi ilə gedir – 6629 yüksəkliyi – Kömürlü dağı (6839 və ya 6930) – oradan 3080 yüksəkliyi – Sayat dağı (7868 – Qurdqulaq kəndi) Qamesur dağı (8160) – 8022 yüksəkliyi – Kükü dağ (10282) və əvvəlki Naxçıvan dairəsinin inzibati sərhədinin şərqindən keçir”.

Heydər Oğuzun iddiasına görə, müqavilənin bu bəndində adı çəkilən Kömürlü dağ Kərkinin tam yanında yerləşir:

“Kərki kəndi isə hazırkı Sədərək rayonundan 10 km aralıdadır. Əslində, Qars müqaviləsində Kərki anklav kimi yox, Şərura bitişik ərazi kimi göstərilib. Onun indi anklav vəziyyətə salınması da məhz erməni fitnəsi sayəsində baş verib. Tarixi sənədlər sübut edir ki, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Kərki kəndinin ətrafında yerləşən 900 hektardan artıq ərazi Ermənistana verilib. Nəticədə kənd Azərbaycanın bir neçə eksklavından biri olub. Həmin ərazilərin Ermənistana verilməsi haqqında protokolu isə o zaman Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində işləyən iki erməniəsilli şəxs – Qadakçiyan və İsaakyan imzalayıb.

Sözsüz ki, bu ermənilərin imzaladığı sənədlər Qars müqaviləsinin tələblərini pozduğuna görə hüquqi akt sayıla bilməz. Ən azı ona görə ki, bir dövlətin əraziləri xalqın birbaşa iştirakı olmadan başqasına hədiyyə oluna bilməz. Fikrimcə, rəsmi Bakı bu amilləri nəzərə alıb beynəlxalq müstəvidə məsələ qaldırmalı və Kərkinin ətraf ərazilərini də geri qaytarmağa çalışmalıdır. Əks halda, Azərbaycanın ərazilərindən 10 km kənarda yerləşən Kərkidə məskunlaşmaq və onu yenidən bərpa etmək mümkün olmayacaq.

O ki qaldı Gədəbəyin Başkənd kəndinə, bənzər müsibətlər bu yaşayış məntəqəsinin də başına gətirilib. Ermənistan sərhədlərindən 20 km aralıda, Azərbaycan ərazisində yerləşən Başkənd 18 fevral 1929-cu il tarixində Cənubi Qafqaz MİK-nin fərmanına əsasən Ermənistana verilib və inzibati cəhətdən Ermənistan SSR-in Krasnoselsk rayonuna tabe edilib. Göründüyü kimi, hər iki kənd sovet imperializminin anti-türk siyasəti nəticəsində Azərbaycandan ayrı salınıb. Bu isə o fərmanların legitimliyini şübhə altına alır”.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın indiki hakimiyyəti guya Rusiyanın imperialist siyasətinə qarşı çıxır, onunla bütün əlaqələrini kəsməyə çalışır:

“Eyni zamanda rəsmi Bakı da özünü Sovet Azərbaycanının varisi hesab etmir. Rus imperializminin caynağından qurtulmağın ən qısa yolu isə onun öz imperialist maraqlarına uyğun şəkildə yürütdüyü inzibati ərazi siyasətindən imtina etməkdir. Hətta ərazisindəki rus qoşunlarını çıxarmaqda maraqlı olduğunu gizlətməyən Nikol Paşinyan SSRİ-nin regionla bağlı məkrli siyasətinin ətəyindən yapışıb fırlanmamalı, regional sabitliyə zərbə vuran tələblərdən vaz keçməyi bacarmalıdır. Əks təqdirdə, onun mübarizəsinin səmimiliyi inandırıcı görünməyəcək.

Cəmiyyətimizdə bəzən “anklava qarşı anklav” tezisi irəli sürülür, Başkənd qarşılığında Kərkidən vaz keçməyimizin mümkünlüyündən danışılır. Prinsipcə, Nikol Paşinyanın da könlündən keçən elə budur. O, 2024-cü ildə etdiyi bir çıxışında belə demişdi: “Bizim məntiqimiz belədir: anklav anklava dəyişdirilməlidir. Onların nəzarəti altında olan onlarda, bizim nəzarət etdiyimiz isə bizdə qalır”.

Heydər Oğuz isə bu formulla razılaşmağın mümkün olmadığına inanır. Onun fikrincə, əvvəla, Başkəndə qarşı Kərki mübadiləsi heç bir məntiqlə izah oluna bilməz:

“Çünki Başkənd də bizimdir, Kərki də. Belə çıxır ki, biz eynilə sovet hakimiyyəti illərində olduğu kimi ermənilərin könlü şad olsun deyə öz torpağımızı öz torpağımıza dəyişməliyik. Özü də ermənilərin xeyrinə.

İkincisi, Kərkinin geostrateji və geoiqtisadi əhəmiyyəti heç nə ilə kompensasiya edilə bilməz. Kərki Ermənistanın şimalı ilə cənubu arasında tam mərkəzdə yerləşən ərazidir. Onun bizim nəzarətimizdə olması erməni işğalçılığının kökünün kəsilməsinin əsas qarantıdır. Əks halda, biz İrəvandan Qarakilsəyə, Gorusa, Qafana və Mehriyə gedən yolda “strateji şlaqbaum” yaradıb Ermənistanı haqqa dəvət edə bilərik.

Digər tərəfdən, Kərki həm də İrandan Gürcüstana və Avropaya gedən yolda “strateji şlaqbaum”a çevrilə bilər. Bu da bizim əlimizdə İrana qarşı da gücümüzə güc qatan siyasi “kozır”ımızdır.

Ən mühüm məsələlərdən biri də Kərkinin yeraltı zənginliyi ilə əlaqədardır. Belə ki, bu kənd Qızıldaş adlanan dağ silsiləsinin tam ətəklərində yerləşir. Bəzi iddialara inansaq, Qızıldaşda zəngin qızıl yataqları var. Azərbaycan özünün bu təbii sərvətini heç kimə verməməlidir və verməyəcək də.

Məlumdur ki, ermənilər Kərkinin Azərbaycana qaytarılması fikrinə birmənalı yanaşmırlar. Paşinyan bütün anklavların geri qaytarılmasına müsbət baxsa da, erməni radikalları ona qarşı çıxır, Kərkinin heç bir halda Azərbaycana qaytarmayacaqlarını vurğulayırlar. Bəs, Paşinyan bu ekstrimist qüvvələrlə bacarmasa, nə olacaq?

Ermənilər bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşmasa, öz sözünü demək haqqı Azərbaycan ordusuna keçəcək. Açığı, Azərbaycan ordusu Kərki əməliyyatına çoxdan hazırdır. Sirr deyil ki, 2018-ci ildə Naxçıvandakı Əlahiddə Ordu birləşmələri hərəkətə keçib Şərur rayonunun Günnüt kəndini və ətraf əraziləri işğaldan azad etmişdi. Həmin əməliyyat zamanı 11 min hektar ərazimiz erməni banditlərindən təmizlənmişdi. Təbii ki, bu əməliyyatının əsas məqsədlərindən biri də Kərki üzərindəki yüksəklikləri nəzarət altına almaq idi. Günnüt kəndi Kərkidən 3-4 km aralıda yerləşir. Faktiki olaraq, Günnütü nəzarət altına almaq Kərkiyə gedən yolu önəmli əngəllərdən arındırmaq mənasına gəlirdi”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ-də xarici dövlət qulluqçularının uşaqlarına vətəndaşlıq verilməsi məhdudlaşdırıla bilər - KİV
Bu gün, 08:47
“Alkagesta” və Rusiyanın kölgə donanması: Aİ limanlarına gedən gizli neft dəhlizi - ARAŞDIRMA
Bu gün, 08:41
ADSEA-nın bu idarəsi TƏFTİŞ OLUNDU - Rafiq Aslanovun taleyi həll olunur
Bu gün, 08:37
“Ermənistanda zəhərli ideologiya hələ də qalır” - FAKT BUDUR!
Bu gün, 08:32
Rəşad İsmayılovun şəxsi biznesinə görə meşələr məhv edilir - BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Lombard biznesindən milyonlar qazanan Fərman Quliyev kimdi? - İTTİHAM VAR...
Bu gün, 08:25
Paşinyan hökuməti Rusiyadakı “şahinlərin” qəzəbindən ehtiyat edir - İNCƏLƏMƏ
Bu gün, 08:22
Azad Rzayevin şirkəti dövlətə borclandı - 248 min manatdan çox...
Bu gün, 08:20
Parisdəki kosmik sammit Makron üçün ən uğursuz sammit ola bilər - "Politico"
Bu gün, 08:18
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir? - ŞƏRH
Bu gün, 08:16
44 günlük müharibədən 6 il sonra Ermənistanın gizli itkiləri üzə çıxır – prezident yeni rəqəmi dedi
Bu gün, 08:15
Qəbul imtahanlarına indi də PİSA yeniliyi: “Çox absurd olar” - Ekspert deyir ki...
Bu gün, 08:13
Onları teatrın dedi-qodusu ayırdı... - “Həyatda mənimki gətirmədi”
Bu gün, 08:05
Bayramovun "sərəncamı" icra olunacaqmı? - GƏLİŞMƏ
Bu gün, 08:00
AzəriQaz-da rəhbərlik də PİYADA QALIB - İDDİA
Bu gün, 07:54
Ukrayna və Rusiya arasında HAVA DURUMU... - Görünəni odur ki...
Bu gün, 07:10
Bizdə ölənlərin sayı niyə bu qədər çoxdur... - ÇÜNKİ...
Bu gün, 07:07
"Azərbaycan “demokrafik quyuya” düşür-düşəcək..." - partiya sədri
Bu gün, 07:03
"Filiala getdim və nəticə yoxdur..." - GİLEY
Bu gün, 07:00
"Şirbala"nın "Nazlısı"nın faciəvi həyatı - ANIM
Bu gün, 06:49
Kirayə ev bazarında SÜNİ BAHALAŞMA... - TƏBİİ MÜDAXİLƏ tələb edir!
Bu gün, 06:39
Dəlillər bizi mütləq ali bir Zəkaya aparır... - AKTUAL
Bu gün, 06:36
İndi deyirlər ki, müalicən neçəyə başa gəldi? - REPLİKA
Bu gün, 06:32
“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçiminin uğurla başa çatdığı açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 00:14
DİA-AZ-da təmir gedir...
Dünən, 17:16
Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH
Dünən, 17:01
Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...
Dünən, 13:11
Paşinyan Azərbaycana qarşı döyüşən şəxsə yüksək vəzifə verdi - KİV
Dünən, 13:09
Ülvi KİMİ "QILINCLADI? – "Birdəfəlik yox olurlar"
Dünən, 13:05
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Dünən, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Dünən, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Dünən, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Dünən, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Dünən, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Dünən, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Dünən, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Dünən, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Dünən, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Dünən, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Dünən, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Dünən, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Dünən, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Dünən, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Dünən, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Dünən, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Dünən, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Dünən, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Dünən, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Dünən, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru