"PwC Azərbaycan" şirkətində yeni təyinatlar olub.
"DİA-AZ" şirkətə istinadən xəbər verir ki, Emin Kərimov Hüquq praktikasının rəhbəri, Cavid Həsənzadə isə "Strategy&" Azərbaycan praktikasının rəhbəri təyin edilib.
Emin Kərimov - korporativ hüquq, birləşmə və satınalmalar (M&A), investisiyalar, kapital bazarları və beynəlxalq sövdələşmələr sahəsində təxminən 20 illik peşəkar təcrübəyə malikdir.
Cavid Həsənzadə isə strategiya, korporativ maliyyə, sövdələşmələr, qiymətləndirmə və rəhbər vəzifələrdə 15 ildən artıq peşəkar təcrübəyə malikdir.









