Azərbaycanlı biznesmen ticarət mərkəzini alıb.
Lent.az xəbər verir ki, söhbət “Qazprombank-invest” MMC-nin balansında olan “Qorod Kosino” ticarət mərkəzindən gedir.
Qeyd olunur ki, “Qazprombank-invest” MMC-ni Azərbaycanın “AF Holding” şirkətinin təsisçisi Azay Möhnətovun oğlu Aqil Möhnətova məxsus “Afkap” MMC alıb.
Ümumi sahəsi 130 min kvadratmetr olan “Qorod Kosino” ticarət mərkəzi 2021-ci ilin sonunda açılıb. Obyektin developeri TEN qrupu olub. Qrup bir il əvvəl layihəyə tərəfdaş qismində “Qazprombank-invest”i cəlb edib.









