Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı .....                     Bakı ilə İrəvan arasında Araik söhbəti .....                     Qlobal əxlaqın “hakimi” .....                     MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb .....                     Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... .....                     Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü .....                     Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü .....                     Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     5 şirkət fəaliyyətini dayandırır .....                     Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib .....                     Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! .....                     “ABŞ Zəngəzura qoşun yeridir...” .....                     Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər .....                     Elgizin verilişi bu tarixdə başlayacaq .....                     Türkmənistan Prezidenti Ermənistana səfər edəcək .....                     Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi .....                     "PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR .....                     Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı .....                     "Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" .....                     70 MİLYON, YOXSA 7 MİLYARD? .....                     Röya Ayxan 80 milyon manata ev alıb? .....                     Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? .....                     İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... .....                     “Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” .....                     Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü .....                     Putin “səfərbərlik olmayacaq” dedi .....                     Paşinyanın sözləri İrəvanı qarışdırdı: .....                     Zelenski Putinlə bu ölkədə görüşə hazırdır .....                     "Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" .....                     Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? .....                     “Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib .....                     AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək .....                     “Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək .....                     Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu .....                     Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? .....                     İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb .....                     Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı .....                     Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq .....                     İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub .....                 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Tarix: Bu gün, 12:13 | Çap et

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.

 Dövlət qurumlarının mühafizəsi məsələsi ilk baxışdan sıradan təhlükəsizlik proseduru kimi görünə bilər. Hansısa idarənin qarşısında polis əməkdaşlarının dayanması çoxları üçün adi mənzərədir. Lakin söhbət hər hansı obyektin qapısında post saxlamaqdan deyil, bunun nə üçün edildiyindən və dövlət büdcəsinə hansı qiymətə başa gəldiyindən gedəndə məsələ artıq tamam başqa məna kəsb edir.

Çünki dövlət büdcəsi sonsuz resurs deyil. Büdcədən ayrılan hər manatın arxasında cəmiyyətin ödədiyi vergilər, dövlətin gəlirləri və nəticə etibarilə vətəndaşın pulu dayanır. Buna görə də dövlət qurumlarında həyata keçirilən hər bir xərc yalnız “qanunidirmi?” sualı ilə deyil, həm də “zəruridirmi və səmərəlidirmi?” sualı ilə qiymətləndirilməlidir.

Məhz bu prizmadan baxanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin silahlı polis mühafizəsi ilə bağlı ortaya çıxan məlumatlar ciddi suallar doğurur.

Bu istiqamətdə "Yenixeberorg.com"a daxil olan məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mühafizəsinin təmin olunması üçün hər il təxminən 80 min manata yaxın vəsait ödənilir. Bu ödənişin Baş Mühafizə İdarəsinin Yasamal Mühafizə Şöbəsinə həyata keçirildiyi bildirilir.

80 min manat isə sadəcə mühasibat sənədindəki rəqəm deyil. Bu, bir il ərzində dövlət büdcəsindən konkret bir təhlükəsizlik xidmətinə yönəldilən kifayət qədər ciddi vəsaitdir.

Burada istər-istəməz ən sadə, eyni zamanda ən narahatedici sual meydana çıxır:

QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar?

Bu sualın ortaya çıxması üçün heç bir sensasiya yaratmağa ehtiyac yoxdur. Sadəcə qurumun statusuna və fəaliyyətinə nəzər salmaq kifayətdir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi strateji enerji obyekti deyil, hərbi müəssisə deyil, kritik infrastruktur obyekti deyil. Qapısından hər gün böyük insan kütlələrinin keçdiyi nəhəng ictimai xidmət mərkəzi də deyil. Qurumun əsas fəaliyyət istiqaməti qeyri-hökumət təşkilatlarına qrant paylamaq və forumlar keçirməklə bağlıdır.

Üstəlik, dövlət idarəçiliyinin sürətlə elektronlaşdığı bir dövrdə əvvəlki illərlə müqayisədə dövlət qurumlarına fiziki müraciətlərin də azalması qaçılmazdır. QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.

Əgər burada xüsusi təhlükə varsa buyurub açıqlasınlar. Əgər konkret təhlükəsizlik riski mövcuddursa, bu riskin hansı meyarlarla müəyyənləşdirildiyi və silahlı mühafizənin niyə məhz ən uyğun vasitə hesab edildiyi izah edilsin.

Əgər belə bir təhlükə yoxdursa, onda dövlət büdcəsindən hər il 80 min manatın bu məqsədlə xərclənməsinə nə ehtiyac var?

Məsələni daha maraqlı edən başqa bir müqayisə də var.

Ölkədə külli miqdarda maddi sərvətin saxlanıldığı və kommersiya baxımından daha böyük risklərlə üzləşə bilən obyektlər - o cümlədən bahalı mağazalar, qızıl-zinət əşyaları satılan obyektlər və bəzi banklar - müxtəlif texniki təhlükəsizlik sistemlərindən istifadə edir. Siqnalizasiya, mərkəzləşdirilmiş mühafizə sistemləri və digər texnoloji həllər belə obyektlərin təhlükəsizliyinin təmin edilməsində geniş tətbiq olunur.

Belə olan halda təbii sual yaranır:

Əgər yüksək maddi dəyərə malik kommersiya obyektlərinin təhlükəsizliyinin təmin olunmasında texniki vasitələr yetərli hesab edilirsə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qapısında silahlı polisə hansı xüsusi təhlükə səbəb olur?

Bəlkə də ictimaiyyətin bilmədiyi ciddi təhlükə var. Əgər belədirsə, məsələ daha da ciddidir.

Yox, əgər ortada xüsusi təhlükə yoxdursa, onda bu mühafizənin illərlə davam etməsi artıq dövlət vəsaitlərinin səmərəliliyi baxımından araşdırılmalı məsələdir.

Çünki söhbət təkcə bir qurumun girişində dayanan bir-iki polis əməkdaşından getmir. Söhbət bir ildə 80 min manat, bir neçə ildə isə yüz minlərlə manat vəsaitin hansı əsasla xərclənməsindən gedir.

Daha böyük problem isə odur ki, bu yanaşma yalnız bir qurumla məhdudlaşmaya bilər. Müxtəlif dövlət və digər qurumların polis mühafizəsinə götürülməsi praktikası geniş yayılıbsa, artıq ayrı-ayrı obyektlərin deyil, bütövlükdə bu sistemin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi zərurəti yaranır.

Məhz burada Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür.

Dövlət vəsaitinin qənaətlə və məqsədyönlü xərclənməsi yalnız maliyyə intizamı məsələsi deyil. Bu, dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir.

Çünki büdcə vəsaiti hər hansı qurumun “xərcləyə biləcəyi pul” deyil. Bu, cəmiyyətin puludur və cəmiyyətin həmin pul barədə sual vermək haqqı var:

QHT-lərə Dövlət Dəstəyi Agentliyi hara, silahlı polis mühafizəsi hara?

QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar və bu qorunmanın qiyməti niyə hər il 80 min manatdır?

"Yenixeberorg.com"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı biznesmen bu ticarət mərkəzini aldı - FOTO
Bu gün, 12:58
Bakı ilə İrəvan arasında Araik söhbəti - Simonyan NİYƏ gəlir?
Bu gün, 12:55
Qlobal əxlaqın “hakimi” – Bu səlahiyyəti Britaniya mediasına kim verib?
Bu gün, 12:52
MİDA bu rayonlarda mənzillərin qiymətini kəskin qaldırıb – Son qiymətlər
Bu gün, 12:49
Azərbaycandan qaça bilmiş separatçı generalların sərvəti müzakirə mövzusuna çevrildi... - TƏFƏRRÜAT
Bu gün, 12:43
Limanda dispetçer iş yoldaşını zibil qutusuna görə döydü – QƏRAR
Bu gün, 12:41
Azərbaycan ərazisində erməni şairin heykəli: özləri götürdü – FOTO
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:26
5 şirkət fəaliyyətini dayandırır - SİYAHI
Bu gün, 12:25
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib – XƏRCLƏRİ 3 QAT AZALDIB
Bu gün, 12:21
Azərbaycanın beynəlxalq axtarışa verdiyi qaçaqmalçı Ukraynada TUTULDU
Bu gün, 12:17
QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....
Bu gün, 12:13
“ABŞ Zəngəzura qoşun yeridir...” – Rusiyadan Gümrü HƏMLƏSİ
Bu gün, 12:09
Plastik cərrah siyahısında yoxdurlar, amma əməliyyat edirlər – Saxta cərrahlar yenə İŞ BAŞINDA
Bu gün, 12:07
Elgizin verilişi bu tarixdə başlayacaq
Bu gün, 12:01
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək - KİV
Bu gün, 11:55
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
Bu gün, 11:51
"PwC Azərbaycan"da komanda dəyişir: YENİ TƏYİNATLAR - FOTOLAR
Bu gün, 11:48
Erməni katolikosun bu fikirləri İrəvanı qarışdırdı - Görün nələr deyib...
Bu gün, 11:44
"Kayu" uşaq bağçasında şiddət iddiası: "Uşağın gözünü partladıblar" - Qarşı tərəf DEYİR Kİ...
Bu gün, 11:39
70 MİLYON, YOXSA 7 MİLYARD? – Mehdiyevin “yığdıqları” milyonlarla ölçülə bilməz...
Bu gün, 11:28
Röya Ayxan 80 milyon manata ev alıb? - AÇIQLAMA
Bu gün, 11:25
Fərid Əhmədovun vətəndaş qəbulunda NƏ BAŞ VERİB? - İDDİA
Bu gün, 11:21
İranda Çağrı adlı azərbaycanlı uşağa, nəhayət, 6 ildən sonra doğum haqqında şəhadətnamə verildi... - FOTO
Bu gün, 11:12
“Tibb Universitetində rüşvətə görə rektor bir neçə müəllimi işdən çıxardı; eyni kafedrada işləyirdik..” - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Kişi sevgilisini “WhatsApp”da başqa oğlanla yazışdığına görə döydü – MƏHKƏMƏ
Bu gün, 11:06
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bu gün, 11:02
Paşinyanın sözləri İrəvanı qarışdırdı: - Tiqranyandan sərhəd xəbərdarlığıq
Bu gün, 11:00
Zelenski Putinlə bu ölkədə görüşə hazırdır
Bu gün, 10:52
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Bu gün, 10:43
Müharibə də yoxdur, ordu bu qədər itkini necə verib? - Ermənistan Müdafiə Nazirliyində qarşıdurma
Bu gün, 10:39
“Brand Credit BOKT”da rəhbərlik dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:37
AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək
Bu gün, 10:35
“Azinşaat Servis” ASC-də rəhbərlik yenidən seçiləcək - DETALLAR
Bu gün, 10:34
Restoranda qısqanclıq zəəminində sevgilisini döyən evli kişiyə hökm oxundu
Bu gün, 10:32
Moskva-İrəvan gərginliyi: liderlərin fikirləri niyə toqquşdu? - qarşıdurma iki səviyyədə inkişaf edir
Bu gün, 10:30
İranda iqtisadi böhran ən kritik səviyyələrindən birinə çatıb – “The Jerusalem Post”
Bu gün, 10:28
Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:23
Putinlə görüşdən sonra Paşinyandan xəbərdarlıq - Sizin belə bir haqqınız yoxdur, işinizlə məşğul olun
Bu gün, 10:14
İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTO
Bu gün, 09:56
Bakıya qarşı yeni ittifaq mesajı? - NƏ BAŞ VERİR?
Bu gün, 09:36
Bütün ermənilər Azərbaycan yanacağından istifadə edir - DETALLAR
Bu gün, 09:34
Bakıya qarşı Cekson-Venik düzəlişi - ABŞ-la ticarətdə daha bir əngəl
Bu gün, 08:48
Dünya bazarlarında neftinin qiyməti 96 dollara çatıb
Bu gün, 08:46
Sertifikatlaşdırmadan keçməyən müəllimlərdən birinə 18, digərinə isə cəmi 6 saat dərs yükü... - BU NƏDİ BELƏ?
Bu gün, 08:38
Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Bu gün, 08:35
Kitabxana əməkdaşlarının attestasiyası narazılıq yaratdı... - İKT sualları niyə verilib?
Bu gün, 08:28
BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bu gün, 08:19
Putin qərar verə bilmir, Paşinyan məsuliyyəti üzərinə götürmür - Görünəni odur ki...
Bu gün, 08:10
ŞƏT parıltısı altında boşluq - Bu qurum Azərbaycana nə verir?
Bu gün, 08:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru