“Azərpoçt”da böyük kadr dəyişikliyi .....                     “Azərbaycan ərazisindən Ukrayna dronları buraxılır” .....                     “Paşinyanı Bakıda gül-çiçəklə qarşılayacaqlar” .....                     "Kredit Servis" BOKT nizamnamə kapitalını azaldıb .....                     Azərbaycanlıların olduğu növbəti gəmiyə .....                     Araik Arutyunyan Ermənistan hökuməti ilə vidalaşdı .....                     “Azercell” gizli şəkildə qiymətləri qaldırdı .....                     Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən .....                     Çətin günlər keçirən ƏMƏKDAR ARTİST: .....                     Bıçağı çıxarıb sinəsinə vurdu .....                     Yayın kabusu: .....                     Bazar günü hökumət istefa verəcək .....                     Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır .....                     Naxçıvan Talıbovdan sonra... .....                     Xalq artisti İstanbula aparıldı: .....                     Paşinyan Ermənistanda qida məhsullarının keyfiyyətini tənqid edib .....                     Nazir xanımı ilə festivalı izlədi .....                     Şərq küləyi əsəcək .....                     “Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...” .....                     Ağır cinayətlərdə ittiham edilən qardaşlardan birinə bəraət, .....                     İranlı aparıcıdan ölkəmizlə bağlı həyasız yanaşma: .....                     “İdrak”da güllələnən müəllim işdən çıxdı .....                     Ermənistan tomat idxalını dayandırıb, .....                     Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ... .....                     Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq .....                     Azərbaycan Gürcüstandan 226, .....                     Emil Balayev “Dinamo” ilə oyunda zədəsini simulyasiya etdi ki, əvəzlənsin .....                     Fariz Əmirov direktor müavini təyin edildi .....                     KTM-nin doğum evi barpa olunacaq .....                     “102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş... .....                     Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır .....                     “Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi .....                     Bakının sınıq-salxaq, kondisionersiz avtobusları .....                     Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktor dəyişikliyi gözlənilir .....                     “Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” .....                     Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: .....                     Azərbaycan neftinin qiyməti 98 dolları ötüb .....                     İsa Qəmbər 33 ildən sonra Qarabağa getdi .....                     Yeni qaynar nöqtə: Xəzər... .....                 

Naxçıvan Talıbovdan sonra... - NƏ DƏYİŞİB..? NECƏ DƏYİŞİB..?
Tarix: Bu gün, 12:46 | Çap et

“2022-ci il dekabrın 21-i Naxçıvan üçün siyasi baxımdan dönüş nöqtəsi oldu. Həmin gün 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov vəzifəsindən istefa verdi. Beləliklə, Naxçıvanda 27 il davam edən siyasi idarəçilik dövrü başa çatdı. Amma Talıbovun gedişi sadəcə bir şəxsin vəzifədən ayrılması deyildi. Əsas dəyişiklik Naxçıvanda idarəetmə sisteminin özündə baş verdi. Talıbov dövründə Naxçıvanın siyasi idarəçiliyində Ali Məclisin sədri xüsusi çəkisi olan əsas fiqur idi. 2022-ci ilin dekabrından sonra isə Bakı ilə Naxçıvan arasındakı idarəetmə mexanizmini yenidən quran addımlar atıldı.

Talıbovun istefasından cəmi bir gün sonra – dekabrın 22-də Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəliyinin yaradılması barədə Əsasnamə təsdiqləndi. Sənədə əsasən, nümayəndəlik Prezident Administrasiyasının struktur bölməsi kimi müəyyənləşdirildi və onun rəhbərinin birbaşa Prezidentə tabe olduğu təsbit edildi. Nümayəndəliyə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət etmək, Naxçıvanın ictimai, sosial və iqtisadi vəziyyəti barədə Prezidentə mütəmadi hesabatlar təqdim etmək kimi səlahiyyətlər verildi.

Başqa sözlə, Naxçıvanda idarəçilik artıq yalnız muxtar respublikanın daxili siyasi strukturları üzərindən qurulan modeldən çıxaraq Prezident Administrasiyası ilə birbaşa əlaqələndirilən nəzarət mexanizminə keçdi. Talıbov dönəminin əsas xüsusiyyətlərindən biri hakimiyyətin Naxçıvan daxilində yüksək dərəcədə mərkəzləşməsi idi.

Onun istefasından sonra isə müxtəlif dövlət strukturlarının səlahiyyətləri yenidən bölüşdürülməyə başladı. Burada ən diqqətçəkən məqam odur ki, səlahiyyətli nümayəndəlik ayrıca bir idarəetmə pilləsi kimi meydana çıxdı.

Bu modeldə Ali Məclis qanunverici orqan kimi qalır, hökumət icraedici funksiyaları həyata keçirir, Prezidentin səlahiyyətli nümayəndəliyi isə Prezidentin Naxçıvandakı siyasətinin icrasına və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarət edən mexanizm rolunu daşıyır.

Beləliklə, əvvəlki dövrdə bir siyasi mərkəzin ətrafında cəmlənən idarəçilikdən daha çox institusional və çoxpilləli idarəetmə mexanizminə keçid baş verdi.
“Rəsmi statistik məlumatlarda Naxçıvanda əhalinin rifah halının yaxşılaşmasından və iqtisadi artımdan bəhs olunsa da, real vəziyyət tamamilə fərqlidir. İşsizlik, gələcəyə ümidsizlik, Naxçıvana gediş-gəlişin işgəncəyə çevrilməsi, xəstəxanaların yetərli səviyyədə tibbi xidmət göstərə bilməməsi və s. kimi problemlər adi həyat normasına çevrilib”.

Əslən Naxçıvandan olan siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.

Onun iddiasına görə, Zəngəzur dəhlizi kimi mühüm projelərdə çalışan fəhlələr belə, 5 aydır maaş ala bilməməkdən gileylənirlər: “Bu yaxınlarda diqqətimi bir şikayət cəlb etmişdi. “AzVirt” şirkətinin Ordubad rayonundakı Salamməlik stansiyası ərazisində həyata keçirdiyi tikinti işlərində çalışan fəhlələr aylarla maaş ala bilmədiklərini bildirirdilər. Ən ciddi şikayətlərdən biri də Vasif Talıbovun dövründən qalma iməcliklər bu gün də davam edir, bəzən qızmar günəş altında işləməyə məcbur edilən vətəndaşların səhhətində problemlər yaranır. Onların şikayətləri sosial media orqanlarında açıq şəkildə dilə gətirilir”.

Onun sözlərinə görə, Naxçıvanda son zamanlar işdən azad olunan məmurların etiraz etməsi məntiqsizdir: “Sanki bu vəzifələr onların dədə-baba mallarıdır və heç kim onları yerlərindən tərpədə bilməz. Halbuki vəzifələrdə işlədikləri zaman hansısa faydalı əməlləri ilə yadda qalmayan bu məmurların işdən çıxarılan kimi şirə-aslana çevrilməsi Naxçıvana xarakterik hal olmadığından bu davranışların arxasında Vasif Talıbov komandasının dayandığı iddia olunur”.

Onun dediyinə görə, Naxçıvan xəstəxanalarında da vəziyyət ürəkaçan deyil: “Muxtar respublika xəstəxanasının işçilərinin iddialarına görə, bu tibb ocağına yeni direktor təyin olunan Səxavət Məmmədzadə işə başlayandan onları faktiki iş saatından iki qat artıq işlədirlər, amma maaşlarını artırmaq barədə düşünən yoxdur. Səxavət həkim heç kimlə görüşüb şikayətlərini dinləmək belə istəmir. Açıq şəkildə tibb işçilərinə “mənim üstümə şikayətə gəlməyin” deyir. Ondan əvvəl bu xəstəxanaya baş həkim rəhbərlik edirdi. Kollektivin içindən çıxdığından işçilərlə salam-əleykümü var idi. İşçilər rahatlıqla dərdlərini ona deyə bilirdilər. Səxavət həkim xəstəxanaya ayaq qoyandan sonra bu yarımçıq ünsiyyət də kəsilib”.

Heydər Oğuz bildirib ki, insafən, Səxavət həkim xəstəxanaya bəzi avadanlıqlar da gətirib:
“Onun gətirdiyi KT aparatı həm köhnədir, həm də 3 aydır ki, qurulmasını gözləyir. MRT cihazı uzun müddət işləmədikdən sonra axır ki, təmir olunub. Bu səfər isə MRT-ni işlədən Heyran xanım işdə tapılmır. Xəstələr Heyran xanımı axtaranda rəhbərlikdən “məzuniyyətdədir” cavabını alırlar. Naxçıvanda isə cəmi 3 yerdə MRT aparatı var. Biri Referans klinikasında, digəri Diaqnostika Mərkəzində, bir başqası isə Naxçıvan şəhərindən 60-70 km aralıda yerləşən Şərur rayonundadır. Başqa yerdə MRT aparatı yoxdur. Belə çıxır ki, naxçıvanlı xəstələr gah MRT cihazının xarab olması, ya da onu işlədənin məzuniyyətə çıxması səbəbindən ya zəhmət çəkib 70 km məsafə qət etməli, ya da ümumiyyətlə müayinə olunmamalıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərpoçt”da böyük kadr dəyişikliyi - Kimlər təyin olundu?
Bu gün, 14:27
“Azərbaycan ərazisindən Ukrayna dronları buraxılır” - “EADaily”in yalanı
Bu gün, 14:22
“Paşinyanı Bakıda gül-çiçəklə qarşılayacaqlar” - Edmon Marukyan
Bu gün, 14:18
"Kredit Servis" BOKT nizamnamə kapitalını azaldıb
Bu gün, 14:16
Azərbaycanlıların olduğu növbəti gəmiyə dron HÜCUMU
Bu gün, 13:17
Araik Arutyunyan Ermənistan hökuməti ilə vidalaşdı
Bu gün, 13:14
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
Bu gün, 13:10
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq
Bu gün, 13:08
Çətin günlər keçirən ƏMƏKDAR ARTİST: - "Üç ay yeriyə bilmədim"
Bu gün, 13:02
Bıçağı çıxarıb sinəsinə vurdu - Yol üstündə "makler"i öldürənin MƏHKƏMƏSİ
Bu gün, 13:00
Yayın kabusu: - Nə üçün dönərdən uzaq durmalıyıq?
Bu gün, 12:57
Bazar günü hökumət istefa verəcək - Paşinyan
Bu gün, 12:51
Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia
Bu gün, 12:48
Naxçıvan Talıbovdan sonra... - NƏ DƏYİŞİB..? NECƏ DƏYİŞİB..?
Bu gün, 12:46
Xalq artisti İstanbula aparıldı: - "Müalicələr düzgün aparılmayıb"
Bu gün, 12:34
Paşinyan Ermənistanda qida məhsullarının keyfiyyətini tənqid edib - "İnterfaks"
Bu gün, 12:32
Nazir xanımı ilə festivalı izlədi - FOTO
Bu gün, 12:31
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
“Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...” - Elçin Cəlilovun qızı atasının məzarının görüntüsü haqda...
Bu gün, 12:23
Ağır cinayətlərdə ittiham edilən qardaşlardan birinə bəraət, digərinə isə 3,6 il həbs cəzası verildi
Bu gün, 12:17
İranlı aparıcıdan ölkəmizlə bağlı həyasız yanaşma: - “Cırtdan Azərbaycan…”
Bu gün, 12:12
“İdrak”da güllələnən müəllim işdən çıxdı - Vakansiya AÇDILAR
Bu gün, 12:10
Ermənistan tomat idxalını dayandırıb, məhdudiyyət Aİİ ölkələrinə də şamil ediləcək
Bu gün, 12:01
Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ... - AMMA NECƏ...
Bu gün, 11:59
Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq - Kəşfiyyat AÇIQLAMASI
Bu gün, 11:44
Azərbaycan Gürcüstandan 226, Rusiyadan isə 211 manata qoyun alır
Bu gün, 11:40
Emil Balayev “Dinamo” ilə oyunda zədəsini simulyasiya etdi ki, əvəzlənsin - Kenan Piriçin meneceri
Bu gün, 11:34
Fariz Əmirov direktor müavini təyin edildi - ƏMR
Bu gün, 11:31
KTM-nin doğum evi barpa olunacaq - Hazırlıqlara başlanılıb...
Bu gün, 11:28
“102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş...
Bu gün, 11:25
Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır - FOTO
Bu gün, 11:21
“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Bakının sınıq-salxaq, kondisionersiz avtobusları – AYNA isə deyir ki…
Bu gün, 11:14
Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ - NARAZILIQ VAR...
Bu gün, 11:09
Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktor dəyişikliyi gözlənilir - belə deyirlər...
Bu gün, 10:51
“Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” - Rəşid Mahmudovdan İLGİNC AÇIQLAMA
Bu gün, 10:44
Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: - Qısqanc ər arvadını döydü
Bu gün, 10:41
Azərbaycan neftinin qiyməti 98 dolları ötüb
Bu gün, 10:35
İsa Qəmbər 33 ildən sonra Qarabağa getdi - FOTOLAR
Bu gün, 10:32
Yeni qaynar nöqtə: Xəzər... - Tehran-Kiyev gərginliyi regionu təhdid edir
Bu gün, 10:29
Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:27
Musa Xudiyev “Azərpoçt”un rəhbərinə müşavir təyin edildi - DOSYE
Bu gün, 10:21
Bayramov daha bir baş həkimi işdən çıxardı - BUNDAN SONRA...
Bu gün, 10:14
Avqustun 2-də Ermənistan qarışacaq - yekramos.org
Bu gün, 10:10
Keçmiş deputat Naxçıvanda vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 10:06
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO
Bu gün, 09:57
Dünya bazarlarında neft ucuzlaşıb
Bu gün, 09:15
"Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: - BORCU QALDI
Bu gün, 09:00
Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
Bu gün, 08:58
Sevgi yazışmaları faciə ilə nəticələndi: - Uşaqlarının anasını xüsusi amansızlıqla boğaraq öldürdü
Bu gün, 08:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru