"5 gündür Xəzər rayonu Albalılıq qəsəbəsində (Ağəmi Rəhimov və Xəzər küçəsi) su gəlmir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında sahibkar Elvin Bayramlı paylaşıb.
Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir:
"Yayın bu vaxtında olduqca çətindir. Ümid edirəm "Azərsu" (ADSEA) rəhbərliyi nəsə edəcək. Rayonun su üzrə cavabdeh şəxsləri kömək etmədi..."



















