“Azercell” gizli şəkildə qiymətləri qaldırdı .....                     Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən .....                     Çətin günlər keçirən ƏMƏKDAR ARTİST: .....                     Bıçağı çıxarıb sinəsinə vurdu .....                     Yayın kabusu: .....                     Bazar günü hökumət istefa verəcək .....                     Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır .....                     Naxçıvan Talıbovdan sonra... .....                     Xalq artisti İstanbula aparıldı: .....                     Paşinyan Ermənistanda qida məhsullarının keyfiyyətini tənqid edib .....                     Nazir xanımı ilə festivalı izlədi .....                     Şərq küləyi əsəcək .....                     “Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...” .....                     Ağır cinayətlərdə ittiham edilən qardaşlardan birinə bəraət, .....                     İranlı aparıcıdan ölkəmizlə bağlı həyasız yanaşma: .....                     “İdrak”da güllələnən müəllim işdən çıxdı .....                     Ermənistan tomat idxalını dayandırıb, .....                     Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ... .....                     Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq .....                     Azərbaycan Gürcüstandan 226, .....                     Emil Balayev “Dinamo” ilə oyunda zədəsini simulyasiya etdi ki, əvəzlənsin .....                     Fariz Əmirov direktor müavini təyin edildi .....                     KTM-nin doğum evi barpa olunacaq .....                     “102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş... .....                     Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır .....                     “Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi .....                     Bakının sınıq-salxaq, kondisionersiz avtobusları .....                     Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ .....                     Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktor dəyişikliyi gözlənilir .....                     “Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” .....                     Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: .....                     Azərbaycan neftinin qiyməti 98 dolları ötüb .....                     İsa Qəmbər 33 ildən sonra Qarabağa getdi .....                     Yeni qaynar nöqtə: Xəzər... .....                     Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək .....                     Musa Xudiyev “Azərpoçt”un rəhbərinə müşavir təyin edildi .....                     Bayramov daha bir baş həkimi işdən çıxardı .....                     Avqustun 2-də Ermənistan qarışacaq .....                     Keçmiş deputat Naxçıvanda vəzifəyə təyin olunub .....                     Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı .....                 

Emil Balayev “Dinamo” ilə oyunda zədəsini simulyasiya etdi ki, əvəzlənsin - Kenan Piriçin meneceri
Tarix: Bu gün, 11:34 | Çap et

“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo Minsk” klubuna 2:4 hesabı ilə məğlub olmasından sonra komandanın qapıçısı Kenan Piriçin meneceri Admir Husariçin Azərbaycan qapıçıları ilə bağlı səsləndirdiyi fikirlər futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. O, sosial şəbəkədə etdiyi paylaşımda xüsusilə Emin Balayev və Rza Cəfərovu sərt tənqid edib, Piriçin ehtiyatda qalmasını haqsız qərar adlandırıb.

Məsələ ilə bağlı Teleqraf-a danışan Admir Husariç səsləndirdiyi fikirlərin səbəbi, Kenan Piriçin hazırkı vəziyyəti və “Neftçi”də baş verənlərlə bağlı məsələlərə aydınlıq gətirib.

– Bildirmisiniz ki, qapıçı Emil Balayev və Rza Cəfərov “Neftçi”ni məhv etdilər, Azərbaycan qapıçıları 4-cü liqa səviyyəsindədirlər. Piriçi onların yanında Boeing 747-ə bənzədərək haqsız yerə komandadan uzaqlaşdırıldığını iddia edirsiniz. Paylaşımlarınız birmənalı qarşılanmadı…

– Bu, mənim şəxsi fikrimdir. 27 ildir futbol meneceri kimi çalışıram. Bundan əvvəl Premyer Liqada gənclər akademiyasının rəhbəri olmuşam, daha sonra isə 4 il Belçikanın “Gent” klubunda skaut kimi fəaliyyət göstərmişəm. Buna görə də futbolçunun keyfiyyətini tanımaq və qiymətləndirmək təcrübəm var. Mən düşünürəm ki, onlar Piriçi qəsdən kənarlaşdırıblar. Bu, mənim fikrimdir və mənim belə düşünməyə haqqım var.

– “Azərbaycan qapıçıları” deyərkən konkret “Neftçi”nin qapıçılarını nəzərdə tuturdunuz, yoxsa bunu bütün qapıçılara şamil edirsiniz?

– Mən ümumilikdə bütün Azərbaycan qapıçılarını nəzərdə tuturdum. Xüsusilə Konfrans Liqasının son oyununda çıxış edən iki qapıçını vurğuladım. Hesab edirəm ki, Kenan onlardan iki səviyyə üstündür.

Çünki o, “Neftçi”yə gəlməzdən əvvəl Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında, o cümlədən qrup mərhələlərində çıxış edib. Həmin turnirlərdə ən yaxşı qapıçılar sırasında yer alıb. Daha sonra Kipr çempionatının ən yaxşı qapıçısı seçilib və Türkiyə Super Liqasının “Antalyaspor” klubuna transfer olunub. Belə karyeraya malik qapıçını ehtiyatda saxlamaq, əvəzində isə karyerasında geriləyən qapıçılara üstünlük vermək mənə görə məntiqli deyil.

Azərbaycan futbolunun və milli komandanın səviyyəsinə baxanda, UEFA və FIFA reytinqlərində 4-cü səbətdə yer alması mənim haqlı olduğumu göstərir.

- Sizin bu açıqlamanız tənqiddən çox təhqir kimi qarşılandı…

- "Neftçi”nin bütün azarkeşlərinə və din qardaşlarıma salamlarımı çatdırıram. Ümid edirəm ki, fikirlərimə görə məndən inciməzlər. Hər zaman açıq danışan və tənqidi yanaşan insan olmuşam. Bu yanaşmanı həm təmsil etdiyim futbolçulara, həm də digərlərinə qarşı göstərirəm.

– Piriçin komandadan qəsdən uzaqlaşdırıldığını iddia edirsiniz. Nəyə əsasən belə düşünürsünüz?

– Klub rəhbərliyindən heç kim onu çağırıb əsas qapıçı mövqeyindən niyə uzaqlaşdırıldığını izah etməyib. Sevinirəm ki, klubdakı bəzi oyunçular Kenanı dəstəkləyir. Onlar da bu vəziyyətə təəccüblənirlər və Piriçin niyə meydana çıxmadığını özləri üçün də anlaşılmaz hesab edirlər. Kenan da bu vəziyyətdən çox məyusdur. O, çox yaxşı və tərbiyəli oğlandır. Susur və işini görür.

– Ötən mövsüm “Neftçi”nin əsas qapıçısı olduğu halda necə oldu ki, ehtiyata düşdü?

– “Qarabağ”la 1:5 hesablı məğlubiyyətdən sonra baş məşqçi onunla danışıb. Deyib ki, psixoloji baxımdan onu bir oyunluq dincəlməyə göndərir və sonra yenidən əsas heyətə qaytaracaq. Hətta məşqçi Kenanın liqanın ən yaxşı qapıçısı olduğunu söyləyib. Amma sonradan onu qapıya qaytarmadı.

– Səbəb böyükhesablı məğlubiyyət və buraxılan 5 qol ola bilərdi?

– Xeyr. Kenan həmin oyunda buraxılan qolların heç birində günahkar deyildi. Həmin matçda səhvləri mərkəz və cinah müdafiəçiləri etmişdilər.

– Ola bilərmi ötən mövsümün ikinci yarısında buraxılan qollar, daha sonra Emil Balayevin səhvsiz oyunu Yuri Vernidubun qərarlarını dəyişdi?

– Mən belə düşünmürəm. Əksinə, “Dinamo Minsk”lə oyunda məhz qapıçının səhvləri nəticəyə təsir etdi. Mən və agentliyimizdə çalışan skaut “Neftçi”nin bütün oyunlarını detallı şəkildə izləyir və təhlil edirik.

Əgər Kenan həmin oyunda qapıda olsaydı, nəticə fərqli olardı. Məncə, Balayev buraxılan qolda günahkar idi. Hətta bundan sonra guya zədəsini simulyasiya etdi ki, fasilədə əvəzlənsin.

– Bəs cavab görüşündə Piriçə şans veriləcəyinə inanırsınız?

– İndi görəcəyik ki, klub necə reaksiya verəcək. Həmin qapıçılarla bağlı hansısa qərar veriləcəkmi və Piriç yenidən qapıya qaytarılacaqmı? Balayevin və Cəfərovun bu qədər zəif çıxışlarından sonra Piriçin yenidən qapıya qayıtması real və məntiqlidir. Şans verilməsə, məşqlərini davam etdirəcək və öz vaxtını gözləyəcək.

– Kenan Piriçin səviyyəcə üstün olduğunu düşünürsünüzsə, nə üçün Azərbaycana transferinə razılıq verdiniz və hazırkı taleyi ilə barışmısınız?

– Biz “Antalyaspor”dan maaşların ödənilməməsinə görə ayrıldıq. FIFA-ya müraciət etdik və məhkəmə işini qazandıq. “Neftçi”ni seçməyimizin iki səbəbi var idi. Birincisi, “Qarabağ”la birlikdə Azərbaycanın ən böyük klublarından biri olması, ikincisi isə yaxşı maliyyə şərtləri. “Neftçi”yə gəlməzdən əvvəl AEK Larnakadan da təklifimiz var idi. Amma onların maliyyə təklifi “Neftçi”nin təklifindən iki dəfə aşağı idi. Futbol biznesdir və ilk növbədə maliyyə amilini nəzərə almaq lazımdır.

– Bütün bunlardan sonra futbolçu “Neftçi”dən ayrılmağı düşünür? Ümumiyyətlə, təkliflər olub?

– Təklif olmayıb. Çünki hamı bilir ki, onun 2027-ci ilə qədər qüvvədə olan müqaviləsi var.

Əgər gələcəkdə transfer haqqını ödəyə biləcək bir klub ortaya çıxsa, əlbəttə ki, danışıqlar apararıq. Amma bu, yalnız “Neftçi”nin razılığı ilə mümkündür.

– Klub rəhbərliyi ilə bu məsələni müzakirə etmisiniz?

– Hazırda bu məsələ ilə bağlı kimlə danışmalı olduğumuzu bilmirik. Kenanı “Neftçi”yə gətirəndə mənimlə klubun idman üzrə müşaviri Kamil Məmmədov əlaqə saxlamışdı. Bütün detalları onunla razılaşdırmışdıq. İndi isə klubda futbolçularla bağlı kimin məsul şəxs olduğunu bilmirəm.

Mənə belə məlumat çatıb ki, klubdakı vəziyyət dəyişib və Kamil Məmmədov artıq futbolçularla bağlı əvvəlki kimi qərar verən şəxs deyil. Mənim üçün də aydın deyil ki, hazırda klubda bu məsələlərə kim cavabdehdir.

– “Dinamo Minsk”lə cavab oyununda “Neftçi”nin mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?

– Hesab edirəm ki, “Neftçi” daha keyfiyyətli komandadır. Düzgün taktika ilə oynasa, geridönüş edib növbəti mərhələyə yüksələ bilər. Amma əsas problem müdafiənin son xəttidir. Bakıdakı ilk oyunda etdikləri səhvləri təkrarlamamalıdırlar. Ümid edirəm ki, “Neftçi” növbəti mərhələyə yüksələcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azercell” gizli şəkildə qiymətləri qaldırdı - SİYAHI
Bu gün, 13:10
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq
Bu gün, 13:08
Çətin günlər keçirən ƏMƏKDAR ARTİST: - "Üç ay yeriyə bilmədim"
Bu gün, 13:02
Bıçağı çıxarıb sinəsinə vurdu - Yol üstündə "makler"i öldürənin MƏHKƏMƏSİ
Bu gün, 13:00
Yayın kabusu: - Nə üçün dönərdən uzaq durmalıyıq?
Bu gün, 12:57
Bazar günü hökumət istefa verəcək - Paşinyan
Bu gün, 12:51
Oliqarx İsmayılovun oğlu məhkəmələri uduzdu, indi də vəkili hücumdadır – Fidan Abbasovaya qarşı 150 min manatlıq iddia
Bu gün, 12:48
Naxçıvan Talıbovdan sonra... - NƏ DƏYİŞİB..? NECƏ DƏYİŞİB..?
Bu gün, 12:46
Xalq artisti İstanbula aparıldı: - "Müalicələr düzgün aparılmayıb"
Bu gün, 12:34
Paşinyan Ermənistanda qida məhsullarının keyfiyyətini tənqid edib - "İnterfaks"
Bu gün, 12:32
Nazir xanımı ilə festivalı izlədi - FOTO
Bu gün, 12:31
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:25
“Paylaşmaqla düz etmirlər, bizi qınayırlar ki...” - Elçin Cəlilovun qızı atasının məzarının görüntüsü haqda...
Bu gün, 12:23
Ağır cinayətlərdə ittiham edilən qardaşlardan birinə bəraət, digərinə isə 3,6 il həbs cəzası verildi
Bu gün, 12:17
İranlı aparıcıdan ölkəmizlə bağlı həyasız yanaşma: - “Cırtdan Azərbaycan…”
Bu gün, 12:12
“İdrak”da güllələnən müəllim işdən çıxdı - Vakansiya AÇDILAR
Bu gün, 12:10
Ermənistan tomat idxalını dayandırıb, məhdudiyyət Aİİ ölkələrinə də şamil ediləcək
Bu gün, 12:01
Ceyhun Cəlilov TƏDARÜK İÇİNDƏ... - AMMA NECƏ...
Bu gün, 11:59
Ermənistan Rusiyaya arxa çevirsə, nələr olacaq - Kəşfiyyat AÇIQLAMASI
Bu gün, 11:44
Azərbaycan Gürcüstandan 226, Rusiyadan isə 211 manata qoyun alır
Bu gün, 11:40
Emil Balayev “Dinamo” ilə oyunda zədəsini simulyasiya etdi ki, əvəzlənsin - Kenan Piriçin meneceri
Bu gün, 11:34
Fariz Əmirov direktor müavini təyin edildi - ƏMR
Bu gün, 11:31
KTM-nin doğum evi barpa olunacaq - Hazırlıqlara başlanılıb...
Bu gün, 11:28
“102”yə zəng edib oğurlandığını dediyi pul telefonun arxasında imiş...
Bu gün, 11:25
Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır - FOTO
Bu gün, 11:21
“Zımbırtı.az”ın admininə 8 sutka həbs verildi - TƏFƏRRÜAT
Bu gün, 11:16
Bakının sınıq-salxaq, kondisionersiz avtobusları – AYNA isə deyir ki…
Bu gün, 11:14
Zaur Mikayılovun ABSURD su idarəçiliyi SİSTEMİ - NARAZILIQ VAR...
Bu gün, 11:09
Bərdə Rayon Mərkəzi Xəstəxanasında direktor dəyişikliyi gözlənilir - belə deyirlər...
Bu gün, 10:51
“Narkomanlar Maştağadakı psixiatriya xəstəxanasında yatmır” - Rəşid Mahmudovdan İLGİNC AÇIQLAMA
Bu gün, 10:44
Telefon zəngləri ailədə mübahisəyə səbəb oldu: - Qısqanc ər arvadını döydü
Bu gün, 10:41
Azərbaycan neftinin qiyməti 98 dolları ötüb
Bu gün, 10:35
İsa Qəmbər 33 ildən sonra Qarabağa getdi - FOTOLAR
Bu gün, 10:32
Yeni qaynar nöqtə: Xəzər... - Tehran-Kiyev gərginliyi regionu təhdid edir
Bu gün, 10:29
Dövlət Agentliyi media nümayəndələrinə təlim keçmək üçün 87 min manat xərcləyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:27
Musa Xudiyev “Azərpoçt”un rəhbərinə müşavir təyin edildi - DOSYE
Bu gün, 10:21
Bayramov daha bir baş həkimi işdən çıxardı - BUNDAN SONRA...
Bu gün, 10:14
Avqustun 2-də Ermənistan qarışacaq - yekramos.org
Bu gün, 10:10
Keçmiş deputat Naxçıvanda vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 10:06
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO
Bu gün, 09:57
Dünya bazarlarında neft ucuzlaşıb
Bu gün, 09:15
"Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: - BORCU QALDI
Bu gün, 09:00
Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
Bu gün, 08:58
Sevgi yazışmaları faciə ilə nəticələndi: - Uşaqlarının anasını xüsusi amansızlıqla boğaraq öldürdü
Bu gün, 08:55
BU NƏDİ BELƏ: Vüsal Nəsirli Prezidentə BOY GÖSTƏRİR? - Prezidentin qovduğu kadra OPERATİV ETİMAD NƏ DEMƏK?
Bu gün, 08:52
Gürcülərin QARIN AĞRISI: Niyə Türk dilində danışırsan... - TƏFƏRRÜAT
Bu gün, 08:44
Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar - Qorxulan oldu
Bu gün, 08:37
İsrail F-35 qırıcısı səviyyəsində döyüş pilotsuz təyyarəsi hazırlamaq istəyir - baş tutsa, bizə də sata bilər...
Bu gün, 08:34
SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR... - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
İrəvanın mövqeyi bəllidir... Top Putindədir... - GƏLİŞMƏ
Bu gün, 08:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru