"Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: .....                     Kino İttifaqında “ağlamalı” vəziyyət .....                     Sevgi yazışmaları faciə ilə nəticələndi: .....                     BU NƏDİ BELƏ: Vüsal Nəsirli Prezidentə BOY GÖSTƏRİR? .....                     Gürcülərin QARIN AĞRISI: Niyə Türk dilində danışırsan... .....                     Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar .....                     İsrail F-35 qırıcısı səviyyəsində döyüş pilotsuz təyyarəsi hazırlamaq istəyir .....                     SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR... .....                     İrəvanın mövqeyi bəllidir... Top Putindədir... .....                     Radikal ateizm nə qədər təhlükəlidir? .....                     Sakinlər 5 gündür SU TAPA BİLMİR .....                     Bakının tarixini beləcə MƏHV ETDİLƏR.... .....                     BƏLİ: Bloqer jurnalist deyil... .....                     MİLLİ ÇIXIŞ YOLU... .....                     Partiya ADY-dən rəsmi qaydada ŞİKAYƏT EDİB .....                     Rusiyanın Azərbaycanla bağlı planı alınmadı .....                     Biz bir dəfə bunu etmişik... .....                     Müharibələr davam edir... .....                     Əmrullayevin kantoru nə etmək istəyir? .....                     Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏR .....                     Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ .....                     “Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki, .....                     Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? .....                     Tehranın Azərbaycana qarşı media savaşı: “Niyə?” sualı açıq qalır... .....                     Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı .....                     Nigar Camal təcili əməliyyat olundu .....                     Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi .....                     Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır .....                     Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı .....                     Rusiyanı xilas etməyin ancaq bir yolu var .....                     Paşinyandan Trampla arasını vuran qadınla bağlı ilginc qərar .....                     Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal .....                     DSMF illik 540 min manata ofis icarəyə götürüb .....                     Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək .....                     Azərkosmos-un müştəri sayı azalsa da, .....                     Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..." .....                     “Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı .....                     Rusiyada 13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA .....                 

Radikal ateizm nə qədər təhlükəlidir? - və yaxud TƏHLÜKƏ OLUB, NƏ EDƏCƏK...
Tarix: Bu gün, 07:55 | Çap et

TƏBİƏTİN VƏHDƏTİ VƏ İFADƏNİN AZADLIĞI: BİR QAZİNİN İNTELLEKTUAL SÜRGÜNÜ
XXI əsrin ilk rübünü geridə qoyduğumuz bu dövrdə bəşəriyyət kosmosun dərinliklərini fəth etməkdən, süni intellektin hüdudsuz imkanlarından danışır. Lakin bizim coğrafiyada zamanın çarxları sanki tərsinə fırlanır: insan fəsadı, düşüncə qəfəsləri və dogmatik qəliblər hələ də azad ruhun ən böyük qəniminə çevrilməkdədir.
Bu günlərdə sosial media məkanında, xüsusilə TikTok platformasında özünəməxsus debatları, Quran ayələrinə gətirdiyi rasional şərhləri və rəqiblərini məntiq süzgəcindən keçirməsi ilə tanınan "Çevik" ləqəbli bloqer, qazi Məqsəd Bağırovun İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə 10 "sutka" müddətinə həbs edilməsi sadəcə hüquqi bir prosedur deyil. Bu, azad düşüncənin dogmatizm divarına çırpılaraq sındığı növbəti intellektual faciədir.
MƏN KİMƏM?!
Mən nə bir ateistəm, nə də Çevikin irəli sürdüyü bütün tezislərin, xüsusilə "Mütləq bir Yaradıcı yoxdur" ideyasının tərəfdarıyam. Mən bir panteist olaraq (deist də deyilə bilər), kainatın hər zərrəsində, təbiətin harmoniyasında, Spinozanın təbiri ilə desək, elə Təbiətin özü olan o Ali Zəkanı və Yaradıcı Qüvvəni görür və hiss edirəm.
Bu yanaşma - deizm və panteizm prinsiplərinə söykənən bu baxış bucağı, tarixdə Spinoza və Eynşteyn kimi dahi mütəfəkkirlərin də müdafiə etdiyi, təbiətlə yaradıcını bir və vəhdətdə görən fəlsəfi bir mövqedir.
Məqsədimiz heç də bir insanın hər söylədiyini mütləq həqiqət kimi cəmiyyətə sırımaq və ya onun dini inkar edən dünyagörüşünü müqəddəsləşdirmək deyil. Məqsədimiz çərçivədən çıxmayan, kiməsə fiziki zərər yetirməyən fikir və ifadə azadlığının fundamental haqq olduğunu müdafiə etməkdir. Çünki Volterin əsrlər əvvəl dediyi o sarsılmaz aforizm bu gün bizim mənəvi manifestimiz olmalıdır:
"Sizin fikirlərinizlə razı deyiləm, lakin onları azadca ifadə edə bilməniz üçün canımdan keçməyə hazıram!"
Məsələyə dövlət və hüququn mövqeyindən baxış: haqlı tərəfi sosial konformizmə məcbur etmə
XXI əsrdə hər bir insanın dünyagörüşünə hörmətlə yanaşılmalıdır və artıq anlamaq lazımdır ki, "Allah yoxdur" demək fərdi azadlıq çərçivəsində sadəcə bir fikir ifadəsidir. Bəs niyə bu cür fikirlər cəmiyyətdə və hüquqi müstəvidə təhqir və ya hüquq pozuntusu kimi qəbul edilir? Bu məsələnin arxasında fəlsəfi, sosioloji və hüquqi fərqliliklər dayanır.
Bəzi kəsimlər (daha çox dövlət və hüquq) bunu belə təfsir edir:
1. Sosial platformalar (məsələn, TikTok) akademik debat meydanı deyil. Məntiqi və elmi səviyyədə aparılan müzakirələr hüquqi problem yaratmır. Lakin geniş kütlələrə xitab edən canlı yayımlarda əhalinin əksəriyyətinin emosional və dini həssaslıqları nəzərə alınmadıqda, bu proses fəlsəfi debatdan çıxıb ictimai asayişi pozma riskinə çevrilir. Dövlət qurumları bu məsələyə arqumentlərin keyfiyyəti baxımından deyil, kütləvi narazılıq və ya münaqişə potensialı baxımından yanaşırlar, buna məcburdurlar;
2. Dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda qanun fərdi inancı qoruduğu kimi, cəmiyyətin ümumi mənəvi dəyərlərini və daxili sabitliyini də qorumağı hədəfləyir. Sərhəd harada başlayır? Şəxsin öz fikrini deməsi (ateist olduğunu bəyan etməsi) qanunla qadağan deyil. Lakin qarşı tərəfin müqəddəs saydığı dəyərləri hədəf alaraq (hətta bu, Quran ayələri ilə məntiqli sübut şəklində olsa belə) onun inanc sistemini kütləvi şəkildə sarsıtmağa çalışmaq, hüquqda "dindarların hisslərini təhqir etmək" və ya "ictimai mənəviyyata hörmətsizlik" kateqoriyasına salına bilir;
3. Təhqirin subyektiv qavrayışı: "Allah yoxdur" ifadəsi bir ateist üçün sadəcə elm-fəlsəfi tezisdir. Lakin radikal dindar və ya dərin inancı olan kütlə üçün bu, onların varlıq səbəbinin, müqəddəsliyinin yox sayılması, yəni birbaşa mənəvi təhqirdir. Qanunvericilik bu emosional reaksiyaların kütləvi daxili iğtişaşa və ya qarşıdurmaya çevrilməməsi üçün preventiv (qabaqlayıcı) addım atır.
Yəni qısaca olaraq desək, qazi-bloqerin həbsini yuxarıda sadaladığımız 3 təfsirlə əlaqələndirirlər. Lap sən doğru desən belə, çoxluq narazı qalıbsa, deməli, günahkarsan. Bu, haqlı olan tərəfi psixoloji basqı altında sosial konformizmə məcbur etmək cəhdidir.
XXI əsrin ruhunda Tanrını axtarmaq: Azad Düşüncə "nəcis" ola bilərmi?
Məsələnin ən ağrılı tərəfi odur ki, bu gün "Allah yoxdur" deyən bir insan cəmiyyətə açıqca hörmətsizlik etməkdə və ictimai mənəviyyatı təhqir etməkdə ittiham olunaraq barmaqlıqlar arxasına göndərilir. Bəs ədalət tərəzisi niyə həmişə birtərəfli işləyir? Əgər biz bu gün teoloji mətnlərin orijinalına müraciət etsək, qarşılaşdığımız mənzərə bizi dərin bir linqvistik və mənəvi paradoksa aparacaq.
Gəlin, İslam teologiyasının ən fundamental iddialarından birinə, Tövbə surəsinin 28-ci ayəsinə baxaq. Ayənin orijinal ərəb mətni belə səslənir: إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ ("İnnəməl-müşrikunə nəcəs").
Əsrlərdir ki, bu ayənin yaratdığı humanitar və mənəvi böhranı ört-basdır etmək üçün tərcüməçilər və şərqşünaslar diplomatik manevrlərə əl atırlar. Azərbaycan şərqşünaslıq məktəbinin böyük nümayəndələri olan Ziya Bünyadov və Vasim Məmmədəliyev də öz tərcümələrində orijinaldakı نَجَسٌ (nəcəs) sözünü dilimizə "murdar" kimi çevirmişlər. Bu, sadə bir söz dəyişikliyi deyil, mətndəki aqressiyanı gizlətmək cəhdidir. Çünki "murdar" sözü dilimizdə mücərrəd, sonradan qazanılmış bir xarakteri, keyfiyyəti və ya mənəvi çirkinliyi ifadə edən bir sifətdir. Dilçilik və məntiq qanunlarına görə, sifət obyekti yox, onun xüsusiyyətini bildirir və onu hər cür teoloji manipulyasiya ilə yozmaq mümkündür.
Lakin orijinal mətndə işlədilən نَجَسٌ (nəcəs) sözü bir sifət deyil, birbaşa məsdərdir, yəni ismin özüdür. Ərəb dilinin fonetik və qrammatik strukturunda bu ifadə "onlar çirklidirlər" mənasına gəlmir, birbaşa "onlar nəcisliyin (poxun) özüdürlər" mənasına gəlir. Yəni hökm obyektin xarakterinə deyil, birbaşa o insanın bioloji substansiyasına, varlığına ünvanlanıb. Tərcüməçilər bu acı həqiqəti ört-basdır etmək istəsələr də, eyni ayənin mötərizə daxilində verdikləri izahatda — "çünki onlar su başına çıxdıqdan sonra özlərini yuyub təmizləməzlər" cümləsi ilə əslində bu ittihamın mənəvi yox, birbaşa fiziki-bioloji bir aşağılama olduğunu etiraf etmiş olurlar.
İndi sual olunur: mən bir panteist olaraq, Təbiəti Tanrı ilə vəhdətdə görürəm və İslam qaydalarına görə "Allaha şərik qoşduğum üçün" müşrik hesab olunuram. Deməli, bu müqəddəs elan edilən kitaba görə, mən substansiya olaraq "nəcis" adlandırılıram və bu, "dini etiqad azadlığı" kimi qəbul olunur. Lakin mən eyni linqvistik məntiqlə çıxıb "İnnəməl müsliminə nəcəs" desəm, bu gün məni də həbsə atacaqlar. Budurmu XXI əsrin bərabərlik və ədalət prinsipi? Din öz kitabında fərqli düşünəni ən ağır bioloji ifadə ilə aşağılaya bilər, amma fərqli düşünən insan "Allah yoxdur" deyəndə bu, ictimai mənəviyyata təhqir sayılır? Bu, sivilizasiya tarixində ən böyük ikiüzlülük və ikili standartdır.
Tövbə-28 və Məkkə basqını: teoloji asimmetriya və Çevikin 10 "sutka"sı
Teoloji sistemlərin bu cür sərt və kəskin hökmlərinin real həyatın, elmin və peşəkarlığın qarşısında necə sabun köpüyü kimi sönməsini görmək üçün uzaq tarixə getməyə ehtiyac yoxdur. Sözügedən Tövbə surəsinin 28-ci ayəsinin davamında qəti bir inzibati və coğrafi qadağa qoyulur: "Ona görə də bu ildən sonra Məscidülhərama (Kəbəyə) yaxınlaşmasınlar". Bu, tarixdə ilk ideoloji seqreqasiya (ayrı-seçkilik) aktıdır və bu gün də Səudiyyə Ərəbistanında qeyri-müsəlmanların Məkkəyə giriş qadağası kimi tətbiq olunur.
Lakin tarix 1979-cu ilin noyabr ayında bütün bu dogmatik sistemi iflasa uğratdı. Cüheyman əl-Uteybinin rəhbərliyi altında radikal terrorçular Kəbəni işğal edib minlərlə insanı girov götürəndə Səudiyyə ordusu hərbi çarəsizlik içində boğulurdu. Dualar, teoloji hökmlər və dindar əsgərlərin gücü o böhranı həll etməyə yetmədi. Onlara müasir texnologiya, taktika və peşəkarlıq — yəni Fransanın xüsusi təyinatlı jandarm qrupu (GIGN) lazım idi.
Bəs Tövbə 28-in "nəcis" elan etdiyi, Kəbəyə girişi qəti qadağan olan fransız komandoları müqəddəs məkana necə daxil oldular? Səudiyyə krallığı və ruhaniləri inanılmaz bir ikiüzlülüyə əl ataraq, fransız hərbçilərinə formal olaraq bir kağız parçası üzərində Kəlmeyi-Şəhadət oxutdurub, onları kağız üstündə "müsəlman" elan etdilər. Hamı bilirdi ki, bu hərbçilər xristian, ateist və ya deistdirlər; əməliyyat bitən kimi öz evlərinə qayıdacaqdılar. Amma teoloji iddia özünün qondarma qadağasını qorumaq üçün bu teatrı qəbul etdi. Kəbəni və dindarların canını xilas edən şey ayələr yox, o "nəcis" sayılan fransızların gətirdiyi kimyəvi qazlar, müasir silahlar və hərbi zəka oldu. Bu tarixi fakt sübut edir ki, həyat, insan təhlükəsizliyi və elm hər zaman dogmatik hökmlərdən üstündür. Sistem sıxışanda öz müqəddəs qaydalarını bir gecədə silib atır, lakin gücü çatanda azad insanı fikrinə görə 10 "sutka" həbs etməkdən çəkinmir.
Məntiqin sərhədi, inancın qəzəbi: Qazi Çevik Bir niyə həbs olundu?
Virtual məkanlarda baş tutan debatlarda Çevik Bir qarşı tərəfi hər zaman məntiqlə, elmlə və ən əsası, dindarların öz qaynaqları, öz Quran ayələri ilə susdururdu. Onun gətirdiyi arqumentlər qarşısında intellektual acizlik yaşayan, cavab verməyə elmi bünövrəsi olmayan kütlə isə dərhal öz daxili instinktlərinə — söyüşə, təhqirə və aqressiyaya keçirdi. Təəssüf ki, hüquq-mühafizə orqanları debatın mahiyyətinə və intellektual tərəfinə deyil, çoxluğun yaratdığı o aqressiv dalğanı yatırtmağa fokuslandılar. Arqument gətirən tərəf cəzalandırıldı, söyüş söyən kütlənin isə emosiyaları sığallandı. Bu, sivilizasiya tarixində hər zaman rast gəlinən acı bir mənzərədir: lap doğru desən belə, çoxluq narazı qalıbsa, sistem səni qurban verir.
Amma unudulan və tapdalanan daha böyük, mənəvi bir həqiqət var. Məqsəd Bağırov sadəcə bir bloqer, sadəcə ekran arxasında oturan bir internet istifadəçisi deyil. O, bu torpaq üçün, bu Vətən üçün, bizim bu gün azad nəfəs ala bilməyimiz üçün canını ortaya qoymuş, qanını axıtmış, bədənini fəda etmiş bir QAZİDİR!
Bir anlıq düşünün: savaşın o vahiməli günlərində, mərmilərin yağış kimi yağdığı səngərlərdə Məqsəd Bağırov irəli atılarkən heç kim ondan sormurdu ki, sən Allaha inanırsan, yoxsa panteistsən? Heç kim ona "sən gələcəkdə fərqli düşünəcəksən" deyib səngərdən qovmurdu. O, Müqəddəs Vətən naminə sağlamlığını elə o müqəddəs torpaqlarda qoyub gəldi.
Hər hansı bir kitabın, əsrlər əvvəl yazılmış hansısa teoloji hökmün gücü çatarmı ki, bu Vətən üçün tökülən qanı aşağılasın? Vətəni qoruyan o qazi ruhu hər bir teoloji mülahizənin fövqündə durur. Dünən Qarabağ dağlarında düşmən qarşısında "Çevik" olan, bu gün isə intellektual meydanda eyni cəsarətlə vuruşan bir qazinin fanatik kütlənin incik emosiyalarına qurban verilərək barmaqlıqlar arxasına məhkum edilməsi bu cəmiyyətin mənəvi dəyərlərinə vurulan ən böyük ziyandır
NƏTİCƏ
Biz dünyəvi bir dövlətdə yaşayırıq. Dünyəvilik isə sadəcə kağız üzərində yazılmış bir termin deyil, çoxluğun təzyiqinə qarşı azlığın hüquqlarını qorumaq qalxanıdır. Əgər bir cəmiyyət XXI əsrdə fəlsəfi plüralizmi qəbul edə bilmirsə, arqumentə qarşı arqument qoya bilməyib qanunun dəyənəyinə sığınırsa, o cəmiyyətin tərəqqi perspektivi sual altında qalır.
Çevik Birin "Allah yoxdur" deməsi mənim panteist inancımı sarsıtmır, əksinə, məni daha da dərindən düşünməyə vadar edir. Fərqli düşünmək cinayət deyil. Azadlıq yalnız hamı üçün bərabər olduqda azadlıqdır. Qazi Çevik Birin azadlığı, əslində, bizim hər birimizin azad düşüncəsinin və bəşəri ləyaqətinin azadlığıdır. Onun tökdüyü qan qarşısında mənəvi borcumuz var. Bu millət öz qazisini dogmaların istəyinə qurban verməməlidir.
***
Yüz il öncə M.Ə. Sabir yazırdı:
"Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....
Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların
Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!"
Dünyəvi dövlətin və qanunun fundamental vəzifəsi vətəndaşını bu qorxu ilə üz-üzə qoymaq deyil, hər bir fərdin, inancından və dünyagörüşündən asılı olmayaraq, hüquq və təhlükəsizliyini təmin etməkdir. Qanun fərqli düşünən vətəndaşı sıxışdırmaq üçün bir alətə çevrilməməli, əksinə, cəmiyyəti Sabirin təsvir etdiyi o qaranlıq qorxulardan xilas edən ən güclü təminat olmalıdır. VƏSSƏLAM!
Fərəməz Novruzoğlu - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: - BORCU QALDI
Bu gün, 09:00
Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
Bu gün, 08:58
Sevgi yazışmaları faciə ilə nəticələndi: - Uşaqlarının anasını xüsusi amansızlıqla boğaraq öldürdü
Bu gün, 08:55
BU NƏDİ BELƏ: Vüsal Nəsirli Prezidentə BOY GÖSTƏRİR? - Prezidentin qovduğu kadra OPERATİV ETİMAD NƏ DEMƏK?
Bu gün, 08:52
Gürcülərin QARIN AĞRISI: Niyə Türk dilində danışırsan... - TƏFƏRRÜAT
Bu gün, 08:44
Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar - Qorxulan oldu
Bu gün, 08:37
İsrail F-35 qırıcısı səviyyəsində döyüş pilotsuz təyyarəsi hazırlamaq istəyir - baş tutsa, bizə də sata bilər...
Bu gün, 08:34
SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR... - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
İrəvanın mövqeyi bəllidir... Top Putindədir... - GƏLİŞMƏ
Bu gün, 08:14
Radikal ateizm nə qədər təhlükəlidir? - və yaxud TƏHLÜKƏ OLUB, NƏ EDƏCƏK...
Bu gün, 07:55
Sakinlər 5 gündür SU TAPA BİLMİR - GİLEY
Bu gün, 07:36
Bakının tarixini beləcə MƏHV ETDİLƏR.... - MALƏSƏF...
Bu gün, 07:29
BƏLİ: Bloqer jurnalist deyil... - yada Şuşa forumu düşür...
Bu gün, 07:25
MİLLİ ÇIXIŞ YOLU... - REPLİKA
Bu gün, 07:17
Partiya ADY-dən rəsmi qaydada ŞİKAYƏT EDİB - CAVABSA YUBANIR...
Bu gün, 07:07
Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - AKTUAL
Bu gün, 07:01
Biz bir dəfə bunu etmişik... - "Qarabağ"la...
Bu gün, 07:00
Müharibələr davam edir... - ABŞ PUL QAZANIR...
Bu gün, 06:54
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Bu gün, 06:40
“Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki, biz Səmədin uşaqlarıyıq”
Bu gün, 06:24
Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? - Ekspert DANIŞDI
Bu gün, 06:18
Tehranın Azərbaycana qarşı media savaşı: “Niyə?” sualı açıq qalır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:01
Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı - BELƏ HARA GEDİRLƏR?
Bu gün, 05:57
Nigar Camal təcili əməliyyat olundu - FOTO
Bu gün, 05:53
Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi - QALMAQAL
Bu gün, 05:51
Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır - "AXİOS"
Bu gün, 05:47
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - FOTO
Bu gün, 05:45
Rusiyanı xilas etməyin ancaq bir yolu var - Medvedev
Dünən, 18:14
Paşinyandan Trampla arasını vuran qadınla bağlı ilginc qərar
Dünən, 18:10
Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal
Dünən, 17:49
DSMF illik 540 min manata ofis icarəyə götürüb
Dünən, 17:33
Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu
Dünən, 17:31
Ermənistan ordusunda nə baş verir? - Paşinyandan açıqlama
Dünən, 17:22
Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək - Ermənistan mediası
Dünən, 17:15
Azərkosmos-un müştəri sayı azalsa da, “dollarda olan” gəlirləri kəskin artıb
Dünən, 17:14
Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..." – Növbə savaşı necə bitəcək?
Dünən, 17:01
“Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı – ŞİRKƏT KİÇİLİB
Dünən, 16:55
Rusiyada 13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA - TƏFƏRRÜAT
Dünən, 16:45
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? – Maraqlı statistika
Dünən, 16:42
Paşinyanın partiyasının qapalı iclasından detallar - KİV
Dünən, 16:40
Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq - Paşinyan
Dünən, 16:33
Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir - Yeni bəyanat
Dünən, 16:22
ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib - KİV
Dünən, 16:17
İşdən çıxarılan yüzlərlə kitabxanaçı NƏ ETSİN? - Hüquqi yollar açıqlandı
Dünən, 16:09
AYNA-nın TENDER GÜZGÜSÜ də ƏYRİ GÖSTƏRİR... - DƏLİXANADIR, VALLAH...
Dünən, 15:59
Dayılarına ev almaq üçün "BOT" yaratdı, MİDA-nın sisteminə müdaxilə etdi
Dünən, 15:52
İranın Azərbaycanda gizli şəbəkəsi: “sığınacaq”ları ifşa edildi – İki qurum hərəkətə keçdi
Dünən, 15:33
İştirakım və xəbərim olmadan Sumqayıt ASAN xidmətdə adıma sənədlər tərtib olunub - ÜLVİ MEHDİYEVƏ MÜRACİƏT
Dünən, 15:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru