Ötən gün iranlı aparıcı Azərbaycana qarşı həyasızlıqla yanaşı, həm də başından yekə sözlər işlədib.
Tribuna.az xəbər verir ki, bu yekəbaşlığı İranın “Channel One” TV kanalının aparıcısı Şəhram Humayun edib.
O, İranın silahlanmasına dəstək verərək, bunun vacib olduğunu bildirib. Daha sonra isə mövzunu Azərbaycan və BƏƏ-nin üzərinə gətirib. O deyib: “Əgər hərbi təchizatı olmasa, sabah bu cırtdan Azərbaycan, o BƏƏ, bəzilərinin dediyi kimi, iki qəpiklik ölkələr belə bizə buynuz göstərər! Qardaşım, müxalifik? Bəli, İrana müxalifik. Amma ölkənin hərbi qüdrəti hakimiyyəti qorumaq üçün deyil, ölkəni qorumaq üçündür”.
P.S. Bu yekəbaşlar illərdir “cırtdan” dedikləri Azərbaycandan həmişə qorxublar. Çünki Azərbaycan hər zaman bu şovnistlərin gözünə mil kimi batıb. Onun müstəqilliyi, suverenliyini bərpa etməsini heç bir şəkildə həzm edə bilməyiblər.
Bu gün bu əxlaqsızların “iki qəpiklik ölkə” deyimi isə içlərinin yandığından irəli gəlir. Ona görə ki, Azərbaycan gücləndikcə, böyüdükcə və inkişaf etdikcə bu cür yaramazların dərdi də artır. Əslində, onlar özlərinə verdiklər qiyməti başqalarının adına çıxarırlar. Çünki dəyərləri iki qəpikdən də aşağıdır.


















