Bayramov daha bir baş həkimi işdən çıxardı .....                     Avqustun 2-də Ermənistan qarışacaq .....                     Keçmiş deputat Naxçıvanda vəzifəyə təyin olunub .....                     Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı .....                     Dünya bazarlarında neft ucuzlaşıb .....                     "Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: .....                     Kino İttifaqında “ağlamalı” vəziyyət .....                     Sevgi yazışmaları faciə ilə nəticələndi: .....                     BU NƏDİ BELƏ: Vüsal Nəsirli Prezidentə BOY GÖSTƏRİR? .....                     Gürcülərin QARIN AĞRISI: Niyə Türk dilində danışırsan... .....                     Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar .....                     İsrail F-35 qırıcısı səviyyəsində döyüş pilotsuz təyyarəsi hazırlamaq istəyir .....                     SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR... .....                     İrəvanın mövqeyi bəllidir... Top Putindədir... .....                     Radikal ateizm nə qədər təhlükəlidir? .....                     Sakinlər 5 gündür SU TAPA BİLMİR .....                     Bakının tarixini beləcə MƏHV ETDİLƏR.... .....                     BƏLİ: Bloqer jurnalist deyil... .....                     MİLLİ ÇIXIŞ YOLU... .....                     Partiya ADY-dən rəsmi qaydada ŞİKAYƏT EDİB .....                     Rusiyanın Azərbaycanla bağlı planı alınmadı .....                     Biz bir dəfə bunu etmişik... .....                     Müharibələr davam edir... .....                     Əmrullayevin kantoru nə etmək istəyir? .....                     Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏR .....                     Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ .....                     “Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki, .....                     Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? .....                     Tehranın Azərbaycana qarşı media savaşı: “Niyə?” sualı açıq qalır... .....                     Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı .....                     Nigar Camal təcili əməliyyat olundu .....                     Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi .....                     Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır .....                     Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı .....                     Rusiyanı xilas etməyin ancaq bir yolu var .....                     Paşinyandan Trampla arasını vuran qadınla bağlı ilginc qərar .....                     Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal .....                     DSMF illik 540 min manata ofis icarəyə götürüb .....                     Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu .....                     Ermənistan ordusunda nə baş verir? .....                 

Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
Tarix: Bu gün, 08:58 | Çap et

Bəyanatda AKİ-də yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı konfransın tarixini müəyyənləşdirmək üçün iclas keçiriləcəyi bildirilib:

“Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvlərinin nəzərinə! Azərbaycan Kinematoqrafçılar İttifaqının düşdüyü böhran vəziyyətin müzakirəsi və Konfransın keçirilmə tarixinin təyin edilməsi üçün İdarə Heyətinin iclası iyulun 30-u saat 15:00-da AKİ-də keçiriləcək. Ünvan: Bülbül prospekti 30”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Buna səbəb mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarların Ədliyyə Nazirliyində təsdiqlənməyib. Keçirilən qurultayın nəticələrinə əsasən, rejissor Əli İsa Cabbarovun AKİ-nin yeni sədri seçildiyi elan olunsa da, bir sıra tanınmış kino və incəsənət xadimləri səsvermənin legitimliyini qəbul etməmişdilər.

Bəs AKİ-də kino böhranı necə həll oluna bilər? İttifaqın əsas problemi nədən ibarətdir? Ölkədə yaxşı filmlərin çəkilmədiyi bir dövrdə AKİ-də nəyi bölüşə bilmirlər?

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov məsələ ilə bağlı Musavat.com-a danışıb: "Məlum olduğu kimi, mayın 26-da ittifaq konfrans keçirdi, guya sədr də seçdilər. Lakin Ədliyyə Nazirliyi bunu təsdiq etmədi, konfransda qəbul olunan bütün rəsmi sənədləri qeyri-qanuni saydı. Bəs indi nə istəyirlər? Üstəlik, ittifaqda çox ciddi qanun pozuntularına da yol verilib. Hesablama Palatası apardığı yoxlamalar zamanı çoxsaylı qanun pozuntuları aşkar edib və materialları hüquqi qiymət verilməsi üçün prokurorluğa göndərib. Yaxşı olardı ki, bu qədər həngamədən sonra məruzə ilə çıxış edib baş verənlərə aydınlıq gətirəydilər, bununla da vəziyyət sakitləşərdi. Amma görünən odur ki, onlar yenidən konfrans keçirmək istəyirlər. Hətta gediblər Şəfiqə Məmmədovanın yanına. Şəfiqə xanım da onlara deyib ki: “Gedin müalicə alın, ağlınız yerində deyil””.

Şeyx Əbdül bu gün keçiriləcək iclasda iştirak etməyəcəyini deyib. O, həmçinin kino xadimlərinin də ittifaqın bütün tədbirlərini boykot etdiyini deyib: "Qeyri-legitim konfransda, qeyri-legitim tədbirdə niyə iştirak etməliyik? O ki qaldı ittifaqda bu böhranı necə aradan qaldırmaq olar, sədr olmağı haqq etməyənlər, iddia irəli sürənlər başa düşməlidirlər ki, bir araya gəlməlidirlər. O qədər təkəbbürlü, o qədər özlərindən razıdırlar ki... Halbuki kinoya heç bir xidmətləri olmayan adamlardır. Sadəcə, nə vaxtsa kiçik sənədli işlər, verilişlər hazırlayıblar.

Beləliklə, kino ictimaiyyəti bir araya gəlməlidir. Daha sonra Kinostudiya bərpa olunmalıdır. Kinostudiyanın bərpasında peşəkar, nüfuzlu, tanınan, şəxsiyyəti olan kino xadimləri iştirak etməlidirlər. Camaat içində, ictimaiyyətdə, dövlət yanında tanınmayan, qəbul olunmayan adamlar necə iş görə bilərlər? Nəyi düzəldə bilərlər? Bunlar heç özlərini düzəldə bilmirlər. Kinonu necə düzəldəcəklər? Bütün bu qarşıdurmalar, çox təəssüflər olsun ki, şəxsi qərəzdən yaranıb. Bu, şəxsi ambisiyalardan irəli gələn məsələdir. Allah rəhmət eləsin, Rasim Balayevin xəstə olmasından sui-istifadə etdilər və elə bildilər ki, bu vəziyyət həmişə belə davam edəcək.

Rasim Balayev dünyasını dəyişəndən sonra isə sədr olmaq istədilər. Ataların bir sözü var: iştah diş altındadır. Gördülər ki, belə bir şərait yaranıb, səs çıxaran da yoxdur. Dedilər, elə sədr də olarıq, buranı çapıb-talayarıq, kinostudiyanı da dağıdarıq. Nəticədə isə çox böyük qarşıdurma və parçalanma yaratdılar".

Rejissor Əli İsa Cabbarov isə bu gün keçiriləcək iclasla bağlı Musavat.com-a açıqlamasında deyib: "Hüquqi baxımdan təşkilatın sədri olmalıdır. Bu, elementar hüquqi tələbdir. İlk 40 gün ərzində mərhum Rasim Balayevin hüzr mərasiminin başa çatmasını gözlədik. Bundan sonra İdarə Heyəti yekdilliklə konfransın keçirilməsi barədə qərar verdi, konfransın vaxtı və yeri müəyyən olundu. Sadəcə olaraq, namizədlərlə bağlı müzakirələr yarandı və yenə də səs çoxluğu ilə qərar qəbul edildi. Lakin yetərsay olmadığı üçün qərar qüvvəyə minmədi. Buna görə də Azərbaycan Kinematoqrafçılar İttifaqının hüquqşünası Yusif müəllim İttifaqın rəhbərliyinə, birinci katibinə bildirib ki, təcili şəkildə İdarə Heyətinin iclası çağırılmalı, növbəti konfransın tarixi təsdiqlənməli və konfrans keçirilməlidir.

Bu, həm "İctimai Təşkilatlar haqqında" Qanunun, həm də Azərbaycan Kinematoqrafçılar İttifaqının nizamnaməsinin tələbidir. Hətta onu da deyim ki, aidiyyəti dövlət orqanları da Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibinə bildiriblər ki, təcili İdarə Heyətinin iclası çağırılmalı və konfransın tarixi müəyyən edilməlidir. Burada məsələ çox sadədir: nizamnamənin tələbinə əsasən, konfransın vaxtını İdarə Heyəti təyin etməli, konfrans keçirilməli və sədr seçkisi baş tutmalıdır. Vəssalam. İdarə Heyətinin iclasının gündəliyində cəmi bir məsələ var – konfransın tarixinin müəyyən edilməsi".

"Bəs bu dəfə də yetərsay təmin olunmasa, yenidən böhran yaransa, vəziyyət necə olacaq" sualına cavab olaraq, Əli İsa Cabbarov qeyd edib ki, belə bir təhlükə var:

"Hətta İdarə Heyətinin sabah (bu gün – red.) keçiriləcək iclasında da yetərsayın olmaması riski mövcuddur. Kim bu cür addımlar atırsa, həm nizamnamə, həm də "İctimai Təşkilatlar haqqında" Qanun qarşısında məsuliyyət daşıyır. Belə hərəkətlərə yol vermək olmaz.

Seçkilərdə hər kəs aktiv iştirak etməli, istəyən hər bir şəxs namizədliyini irəli sürməli və səsvermədə iştirak etməlidir. Mən də buna görə bütün tərəflərə müraciət etdim ki, Cəmil Quliyev, Vaqif Mustafayev də namizədliklərini versinlər. Onlar da İttifaqa rəhbərlik etməyə layiq insanlardır. Mən istərdim ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında alternativ seçkilər keçirilsin. Buna görə də alternativ seçkilərə çağırış edirəm və öz namizədliyimi də geri götürmürəm. Namizədliyim qüvvəsindədir.

Nizamnamənin tələblərinə uyğun olaraq təcili konfrans keçirilməli və seçki baş tutmalıdır. Mən hazırlaşmışam ki, prosesi sıfırdan başlayıb davam etdirək. Yəni elə qəbul edək ki, konfrans hansısa şər, böhtan və ya şantaj nəticəsində deyil, obyektiv səbəblərdən baş tutmayıb. Həmin gün güclü dolu da yağmışdı. Beləliklə, yetərsay obyektiv səbəblərdən təmin olunmadı. İndi növbəti konfransı keçirməliyik. Təəssüf ki, seçkidə qalib gələcəyinə əmin olmayan bəzi tərəflər həm İdarə Heyətinin iclasını uzadır, hətta onu pozmağa çalışır, həm də konfransın keçirilməsini gecikdirirlər. Halbuki bu, qanunsuzluqdur. Mütləq şəkildə İdarə Heyəti təcili olaraq konfransın tarixini müəyyən etməlidir. Nizamnamədə bunun başqa yolu da nəzərdə tutulub. Əgər İdarə Heyətinin qərarı ilə konfransın tarixini müəyyən edə bilməsək, İttifaq üzvlərinin üçdə birinin müraciəti əsasında konfrans çağırılacaq. Yəni belə bir hüquqi mexanizm də mövcuddur.

Onu da qeyd edim ki, İdarə Heyətinin qərarlarına və İttifaqın nizamnaməsinə zidd hərəkət edən İdarə Heyəti üzvləri təşkilatdan xaric edilmək təhlükəsi ilə üz-üzə qala bilərlər. Çünki sən təşkilatın üzvü olub, eyni zamanda, onun nizamnaməsinə və maraqlarına qarşı fəaliyyət göstərə bilməzsən. Bu gün mənim atdığım addımları kimlərsə yanlış qiymətləndirə və hətta satqınlıq kimi təqdim etməyə çalışa bilər. Amma mən yenə də eyni mövqedəyəm və hər kəsi əməkdaşlığa dəvət edirəm. Azərbaycan Kinematoqrafçılar İttifaqının birliyi və fəaliyyətinin davamlılığı son dərəcə vacibdir. Bütün kino ictimaiyyəti etiraf edir ki, hətta mənim namizədliyimə qarşı olan insanlar da bildirirlər: bəli, Əli İsa Cabbarovun fəaliyyəti, təşkilatçılıq bacarığı var, çoxsaylı layihələr həyata keçirib və bu işlər davam edir. Hətta mənim sədr olmağımı istəməyənlər belə deyirlər ki, başqa biri sədr olsun, Əli İsa da onun yanında fəaliyyət göstərsin.

Mən hamını öz məqsədi uğrunda səmimi mübarizəyə çağırır, həmkarlarını şantaj etmək kimi üsullardan uzaq durmağı tövsiyə edirəm. Çünki 2012-ci ildə İttifaq iki yerə parçalananda bütün bunları yaşadıq və nəticəsinin necə olduğunu da gördük. Sonradan İttifaq yenidən birləşdi və Rasim müəllim onun sədri oldu. Həmin dövrdə aparılan qarayaxma kampaniyaları da heç nəyi dəyişmədi. Rüstəm İbrahimbəyov bu gün Fəxri Xiyabanda böyük hörmətlə anılır, xatirələrdə isə görkəmli kino və ədəbiyyat xadimi kimi yaşayır. Bu gün də süni gərginlik yaratmağa ehtiyac yoxdur. Mən bir daha deyirəm ki, məndən daha təcrübəli, daha yaşlı, fəxri adlara malik insanlar var. Onlar mənimlə rahat şəkildə rəqabətə girə və asanlıqla da qalib gələ bilərlər. Mən onların hamısını seçkiyə dəvət edirəm. Gəlin səs verək, nəticələri elan edək və bir-birimizi təbrik edək. Başqa yol yoxdur".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayramov daha bir baş həkimi işdən çıxardı - BUNDAN SONRA...
Bu gün, 10:14
Avqustun 2-də Ermənistan qarışacaq - yekramos.org
Bu gün, 10:10
Keçmiş deputat Naxçıvanda vəzifəyə təyin olunub - ƏMR
Bu gün, 10:06
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən “Zəfər” Amerika Yay Düşərgəsi uğurla başa çatdı - FOTO
Bu gün, 09:57
Dünya bazarlarında neft ucuzlaşıb
Bu gün, 09:15
"Sarov İnternational Trade" fəaliyyətini DAYANDIRDI: - BORCU QALDI
Bu gün, 09:00
Kino İttifaqında “ağlamalı” vəziyyət – Bu gün saat 15:00-da...
Bu gün, 08:58
Sevgi yazışmaları faciə ilə nəticələndi: - Uşaqlarının anasını xüsusi amansızlıqla boğaraq öldürdü
Bu gün, 08:55
BU NƏDİ BELƏ: Vüsal Nəsirli Prezidentə BOY GÖSTƏRİR? - Prezidentin qovduğu kadra OPERATİV ETİMAD NƏ DEMƏK?
Bu gün, 08:52
Gürcülərin QARIN AĞRISI: Niyə Türk dilində danışırsan... - TƏFƏRRÜAT
Bu gün, 08:44
Körfəz ölkələri İrana qarşı aktiv cəbhədə yer almağa başlayıblar - Qorxulan oldu
Bu gün, 08:37
İsrail F-35 qırıcısı səviyyəsində döyüş pilotsuz təyyarəsi hazırlamaq istəyir - baş tutsa, bizə də sata bilər...
Bu gün, 08:34
SOCAR-a GÖYDƏN PARAŞÜTLƏ DÜŞÜBLƏR... - ONA GÖRƏ DƏ...
Bu gün, 08:32
İrəvanın mövqeyi bəllidir... Top Putindədir... - GƏLİŞMƏ
Bu gün, 08:14
Radikal ateizm nə qədər təhlükəlidir? - və yaxud TƏHLÜKƏ OLUB, NƏ EDƏCƏK...
Bu gün, 07:55
Sakinlər 5 gündür SU TAPA BİLMİR - GİLEY
Bu gün, 07:36
Bakının tarixini beləcə MƏHV ETDİLƏR.... - MALƏSƏF...
Bu gün, 07:29
BƏLİ: Bloqer jurnalist deyil... - yada Şuşa forumu düşür...
Bu gün, 07:25
MİLLİ ÇIXIŞ YOLU... - REPLİKA
Bu gün, 07:17
Partiya ADY-dən rəsmi qaydada ŞİKAYƏT EDİB - CAVABSA YUBANIR...
Bu gün, 07:07
Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - AKTUAL
Bu gün, 07:01
Biz bir dəfə bunu etmişik... - "Qarabağ"la...
Bu gün, 07:00
Müharibələr davam edir... - ABŞ PUL QAZANIR...
Bu gün, 06:54
Əmrullayevin kantoru nə etmək istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Sabirabadda su problemi ilə üz-üzə qalan Məshəti türkləri Azərbaycandan QACAQ DÜŞDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 06:44
Həsən Şərifovun çox milyonluq YEYİNTİSİ - necə gizlədib?
Bu gün, 06:40
“Mənim övladlarım heç vaxt, heç yerdə deməyiblər ki, biz Səmədin uşaqlarıyıq”
Bu gün, 06:24
Toyuq ətinin qiyməti bəllidir, bəs 3 manatlıq kolbasa nədən hazırlanır? - Ekspert DANIŞDI
Bu gün, 06:18
Tehranın Azərbaycana qarşı media savaşı: “Niyə?” sualı açıq qalır... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 06:01
Həsənov qardaşlarının məşhur BOKT-nın borcu daha da artdı - BELƏ HARA GEDİRLƏR?
Bu gün, 05:57
Nigar Camal təcili əməliyyat olundu - FOTO
Bu gün, 05:53
Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi - QALMAQAL
Bu gün, 05:51
Netanyahu ABŞ-İran razılaşmasının mümkünlüyünə şübhə ilə yanaşır - "AXİOS"
Bu gün, 05:47
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - FOTO
Bu gün, 05:45
Rusiyanı xilas etməyin ancaq bir yolu var - Medvedev
Dünən, 18:14
Paşinyandan Trampla arasını vuran qadınla bağlı ilginc qərar
Dünən, 18:10
Ermənistanda deputatın döyülən qardaşı ilə bağlı yeni qalmaqal
Dünən, 17:49
DSMF illik 540 min manata ofis icarəyə götürüb
Dünən, 17:33
Bakıda SSRİ bayrağı ilə yürüş edənlərə hökm oxundu
Dünən, 17:31
Ermənistan ordusunda nə baş verir? - Paşinyandan açıqlama
Dünən, 17:22
Papikyan müdafiə naziri, Sarqsyan isə daxili işlər naziri təyin ediləcək - Ermənistan mediası
Dünən, 17:15
Azərkosmos-un müştəri sayı azalsa da, “dollarda olan” gəlirləri kəskin artıb
Dünən, 17:14
Bakıda elektromobil xaosu: "Şarj yerini zəbt edənlərə cərimə yazılsa..." – Növbə savaşı necə bitəcək?
Dünən, 17:01
“Qala Sığorta” üçün kritik dövr: Mənfəəti ikiqat azaldı – ŞİRKƏT KİÇİLİB
Dünən, 16:55
Rusiyada 13 manata görə qoca qadını öldürən azərbaycanlıya 11 il CƏZA - TƏFƏRRÜAT
Dünən, 16:45
Əhali rayonları tərk edərək Bakı və Abşeronda məskunlaşır? – Maraqlı statistika
Dünən, 16:42
Paşinyanın partiyasının qapalı iclasından detallar - KİV
Dünən, 16:40
Ermənistanla bağlı problemlər həll olunmasa, bu, Avrasiya İqtisadi İttifaqının sonunun başlanğıcı olacaq - Paşinyan
Dünən, 16:33
Haqqında Baş Prokurorluğa müraciət edilən Əli İsa yenə sədr olmaq istəyir - Yeni bəyanat
Dünən, 16:22
ABŞ İranın Qərbi Azərbaycan əyalətinə zərbə endirib - KİV
Dünən, 16:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru