Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                 

Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində - NƏ BAŞ VERİR?
Tarix: 10-07-2026, 08:04 | Çap et

Məhz Bakının bu diplomatik addımından sonra Rusiyanın bəzi təbliğat resurslarında Azərbaycanın ünvanına ittihamların səslənməsi diqqət çəkir...

Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavoduna endirilən PUA zərbəsi Z-bloggerləri və hərbi təbliğatçıları Azərbaycanı hədəf alan ittihamlar irəli sürüblər. Onların iddiasına görə, pilotsuz uçuş aparatları guya Xəzər dənizi üzərindən, Azərbaycan istiqamətindən Omska çatdırılıb.

Bu iddiaların heç biri rəsmi faktlarla təsdiqlənməsə də, onların meydana çıxması Moskva-Bakı münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin informasiya müstəvisinə daşındığını göstərir. Versiyanın əsas arqumenti Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Ukraynadakı obyektlərinə endirilən zərbələrdir. Rusiyalı hərbi blogerlər iddia edirlər ki, guya Bakı Kremençuk Neft Emalı Zavodunun və SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin vurulmasına cavab olaraq belə addım ata bilərdi. Bu ehtimal hər hansı sübuta deyil, yalnız fərziyyələrə əsaslanır.

Məsələ ondadır ki, iyulun 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirini çağıraraq, Ukraynanın Nikolayev vilayətində SOCAR yanacaqdoldurma məntəqəsinə endirilən PUA zərbəsi ilə bağlı etiraz notası təqdim edib. Bakı bildirib ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl də Odessada SOCAR-a məxsus neft bazası, qazpaylayıcı obyektlər və digər infrastruktur zərbələrə məruz qalıb. Azərbaycan tərəfi bu hücumların sistemli xarakter daşıdığını vurğulayaraq, Moskvanı araşdırma aparmağa və mülki obyektlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb.

Məhz bu diplomatik addımdan sonra Rusiyanın bəzi təbliğat resurslarında Azərbaycanın ünvanına ittihamların səslənməsi diqqət çəkir. Faktiki sübutların olmadığı şəraitdə bu cür versiyaların yayılması daha çox Rusiyanın daxili auditoriyası üçün izahat formalaşdırmaq cəhdi kimi görünür. Çünki Omsk Neft Emalı Zavoduna qədər təxminən 2500 kilometrlik məsafəni qət edən pilotsuz aparatların Rusiyanın hava hücumundan müdafiə sistemini necə keçməsi ölkə daxilində ciddi suallar doğurur.
Ukrayna tərəfi isə hücumun məsuliyyətini öz üzərinə götürərək, zərbənin xüsusi əməliyyat qüvvələri tərəfindən həyata keçirildiyini və hədəfin zavodun əsas neft emalı qurğusu olduğunu açıqlayıb. Açıq mənbələr üzrə araşdırmalar aparan OSINT analitikləri də hücumun uzaqmənzilli pilotsuz aparatlarla həyata keçirildiyini bildirirlər.
Belə şəraitdə Azərbaycanın prosesə cəlb olunması ilə bağlı səsləndirilən iddialar daha çox siyasi və informasiya manipulyasiyası təsiri bağışlayır. Son aylarda Bakı ilə Moskva arasında münasibətlərin müxtəlif məsələlər fonunda gərginləşdiyi bir dövrdə Azərbaycanı hərbi insidentlərlə əlaqələndirən əsassız fərziyyələrin dövriyyəyə buraxılması informasiya təzyiqi aləti kimi də qiymətləndirilə bilər.
Qeyd edək ki, bəzi nəşrlərdə də Azərbaycana qarşı kifayət qədər sərt mövqelər də yer alır. Məsələn, "Svobodnaya Pressa"nın diqqət çəkdiyi əsas məqamlardan biri də Moskvanın əlində Bakıya təsir göstərə biləcək müxtəlif rıçaqların olması ilə bağlı iddialardır. Məqalədə ixrac məhdudiyyətləri, iqtisadi təzyiq vasitələri və diaspor amilinin mümkün təsir mexanizmləri kimi göstərildiyi qeyd edilir. Bununla belə, müəlliflər etiraf edirlər ki, Rusiya üçün də Azərbaycan strateji tərəfdaş olaraq qalır. "Şimal-Cənub" dəhlizi, enerji əməkdaşlığı və Cənubi Qafqazdakı geosiyasi maraqlar Moskvanın Bakı ilə münasibətləri tamamilə korlamasını məqsədəuyğun etmir.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Müsavat.com-a dedi ki, bu, Rusiyanın Azərbaycana qarşı növbəti təxribatıdır: "Rusiyadan edilən bu çağırışlar “qara məni basınca, mən qaranı basım” kimi bir axmaqlıqdır və SOCAR-ın Ukraynadakı obyektlərinə endirilən zərbələrin “effektini zərərsizləşdirmək” kimi sərsəm bir gedişdir. Bunlar əvvəlcə çirkin oyun oynayır və sonradan bu oyunlara don geyindirməyə başlayırlar. Rusiyanın digər dövlətlərə qarşı davranışlarında heç zaman siyasi ərkan gözlənilməyib. Tarix boyu Rusiyanın xarici siyasətinin mayasını yalan və şantaj təşkil edib və bu gün də o siyasətinin fəlsəfəsində zərrə qədər dəyişiklik yoxdur. Bir sözlə, bu şər imperiyasının xarici siyasəti həmişə boğazdan yuxarı çirkabın içində olub.
Biz artıq heç nəyə təəccüblənməməliyik, əksinə Rusiya tərəfdən bundan betər şantaj hallarına hazır olmalıyıq. Bu şər imperiyasından və onun təsirlərindən zamanla, addım-addım qurtulmaqdan başqa bir yolumuz yoxdur. Bu gün yüz illərdi Rusiyanın caynağında olan Ermənistan ondan qurtulmağın çox yaxşı nümunəsini sərgiləməkdədir. Gürcüstan da bu sahədə çox önəmli addımlar ata bilib. Biz isə təəssüf ki, hələ də məktəblərimizdə dövlət büdcəsinin vəsaiti hesabına rus bölmələrini maliyyələşdiririk və rus dilinə əcnəbi dil statusu verə bilmirik. Ona görə də ruslar bizə yuxarıdan aşağıya baxmaqda davam edirlər.
Qəflət yuxusundan ayılmaq vaxtımızdır".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru