Savaş Rusiyanın içindədir... .....                     Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb .....                     Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... .....                     Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində .....                     Putin yenidən bu məsələni gündəmə gətirib .....                     "Onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz... nə bilim ala..." .....                     " Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur" .....                     "Bu qədər vəsait və zaman hara xərclənib?" .....                     Rəşad Əsgərovun üç vəzifəsi var, amma... .....                     Rusiyanın sonu necə olacaq... .....                     Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? .....                     Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir .....                     İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək .....                     Bakı nefti uğrunda gizli savaş .....                     Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? .....                     "İslahatlar buradan başlamalıdır!" .....                     Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir .....                     İlqar Bayramlı kadrları necə müəyyən edir .....                     Turizmin “buzu” nə vaxt əriyəcək? .....                     Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları .....                     Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil .....                     Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                 

Bakı nefti uğrunda gizli savaş - ARAŞDIRMA
Tarix: Bu gün, 07:05 | Çap et

1918-ci ilin martında bolşeviklərlə Berlin və onun Birinci Dünya müharibəsindəki müttəfiqləri arasında Brest müqaviləsi imzalandıqdan sonra almanlar ingilislərin Bakı neftinə yaxınlaşmasının qarşısını almağa çalışırdılar.

Məhz həmin ərəfədə Gəncədə qraf Verner fon Şulenburq peyda oldu. Rusiya kəşfiyyatının məlumatlarına görə, o, hələ Birinci Dünya müharibəsi başlamazdan əvvəl Tiflisdəki baş konsul postunun pərdəsi altında bu regionda geniş bir casusluq şəbəkəsi qura bilmişdi. Şulenburq əsasən bölgədə pərakəndə şəkildə yerləşən çoxsaylı alman koloniyalarının sakinləri arasında iş aparırdı.

Kim idi bu qraf?

Fridrix-Verner fon Şulenburq alman diplomatı olaraq alman zadəgan nəslinin nümayəndəsidir. 1894-cü ildə Braunşveyqdəki Vilhelm gimnaziyasını bitirib. 1895-ci ildə Potsdamdakı 9-cu alayda könüllü hərbi xidmət keçib. Lozanna, Münhen və Berlin universitetlərində dövlət hüququnu öyrənib, 1900-cü ildə dövlət-hüquq elmləri doktoru dərəcəsini alıb. Birinci Dünya müharibəsində döyüşçü qismində iştirak edən qraf Şulenburqu tezliklə yenidən diplomatik səhnəyə qaytardılar. Ərzurum, Beyrut və Dəməşqdə konsul vəzifəsində çalışdıqdan sonra o, 1918-ci ildə alman nümayəndə heyətinin tərkibində Cənubi Qafqaza dönmüşdü. 1918-ci ildə Gürcüstana göndərilib və alman nümayəndə heyətinin tərkibində sosial-demokrat hökuməti ilə aparılan danışıqlarda iştirak edib. Gürcüstanın müstəqilliyinə zəmanət verən Gürcüstan-Almaniya müqaviləsinin hazırlanmasında mühüm rol oynayıb.

1918-ci ilin yayında, keçmiş Yelizavetpol qubernatorunun iqamətgahında o, Azərbaycanın ilk Baş naziri Fətəli xan Xoyski və öz köhnə tanışı Behbud xan Cavanşir ilə görüşüb. Almaniya ilə yaxşı əlaqələri olan daxili işlər naziri Behbud xan Cavanşir gənc cümhuriyyətin daxili asayişini qorumaq, bolşevik və erməni casus şəbəkələrinə qarşı mübarizə aparmaq üçün bəzi alman zabitlərin təcrübəsindən təlimatçı kimi istifadə edirdi. Şulenburq bu kadr dəstəyinin təşkilində mühüm fiqur idi. O, Fətəli xan Xoyskini çətin və böhranlı vəziyyətdə soyuqqanlılığını qoruyan ciddi dövlət xadimi, Behbud xan Cavanşiri isə Avropa təfəkkürlü, praqmatik və böyük təşkilatçılıq qabiliyyəti olan bir mühəndis kimi təsvir edirdi.

O başa düşürdü ki, Qafqazda real hərbi güc və gələcək neft resursları Azərbaycandadır.

Almaniya Baş Qərargah kəşfiyyatının məlumatına görə, Behbud xan Cavanşir Almaniyada türk gəncləri ilə, Nuru paşa və Ənvər paşa ilə yaxından dostlaşmışdı. Şulenburq yeni yaranan Azərbaycan Cümhuriyyətinə kəşfiyyat zabitlərinin hazırlanması ilə yanaşı, Behbud xan Cavanşirə əks-kəşfiyyatın qurulmasında, Azərbaycanın müxtəlif rayonlarında agentura işinin təşkilində və kadrların seçilməsində dəstək olub.

Nuru paşanın komandanlığı altındakı Qafqaz İslam Ordusunun regionda tam hegemonluq qurmasını Almaniya istəmirdi. Şulenburq Azərbaycan hökuməti ilə birbaşa kanallar açaraq Berlinin də bölgədə söz sahibi olmasını təmin etməyə çalışırdı. Şulenburq Behbud xan Cavanşirin Bakı Kommunasının rəhbəri Stepan Şaumyanla olan köhnə tanışlıq əlaqələrindən istifadə edərək Bakı ilə Gəncə arasında gizli bir diplomatik körpü qurmağa çalışırdı. Məqsəd Bakı Kommunasını şəhəri almanlara təslim etməyə və nefti Berlinə verməyə razı salmaq idi.

Şulenburqun və Berlinin bütün gizli ssenarilərinə baxmayaraq, Azərbaycan hökuməti və Osmanlı ordusu qətiyyətli mövqe nümayiş etdirdi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdi. Bununla da Şulenburqun Bakı neftini bolşeviklərlə sövdələşmə yolu ilə əldə etmək planı iflasa uğradı.

Buna baxmayaraq, o, Azərbaycanı yenə müdafiə edirdi. 1919-cu ildə İstanbulda keçirilən Qafqaz Konfransında o, Almaniyanın nümayəndəsi kimi iştirak edirdi. Həmin konfransda qraf Şulenburq Osmanlı nümayəndə heyətinə qarşı həm Gürcüstanın, həm də Azərbaycanın müstəqillik, eyni zamanda Almaniyanın bu respublikalardakı iqtisadi maraqlarını qətiyyətlə müdafiə etmişdi.

Qeyd edim ki, İkinci Dünya müharibəsi illərində də onun Azərbaycanla bağlı işləri olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqələri Şərq Nazirliyinin SSRİ Millətləri üzrə Baş İdarəsinə başçılıq edən professor Gerhard fon Mende və Almaniyanın Moskvadakı səfiri, Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisi Fridrix-Verner fon Şulenburq vasitəsilə olub. M.Ə.Rəsulzadənin Almaniya hökuməti ilə əlaqə qurmaqda başlıca məqsədi sayı 70 minə qədər olan azərbaycanlı əsirləri xilas etmək və Azərbaycanın müstəqilliyinin Almaniya hökuməti tərəfindən qəbul edilməsi idi.

Bununla əlaqədar o, Almaniyada olarkən "Milli Azərbaycan Komitəsi"ni yaratmış, Almaniya hökuməti ilə danışıqlar aparmışdı. Ancaq Hitler "komitələr" deyil, məhdud səlahiyyətli "milli komissiyalar" yaratmağa üstünlük vermişdi.

Rəsulzadə alman rəsmi dairələri, o cümlədən Şulenburqun rəhbərlik etdiyi qrupun nümayəndələri ilə keçirdiyi görüşlərdə qəti şərt qoydu: Azərbaycanlı əsirlərdən ibarət legionlar yalnız o halda vuruşa bilər ki, Almaniya gələcəkdə Azərbaycanın müstəqilliyini rəsmən tanısın. Şulenburq köhnə bir diplomat kimi Rəsulzadənin bu tələbini tamamilə haqlı sayır və Hitler rəhbərliyinə hesabatlarında bildirirdi ki, mühacir liderlərə real müstəqillik vədləri verilmədən Şərq cəbhəsində yerli xalqların dəstəyini qazanmaq qeyri-mümkündür.

Lakin həm Rəsulzadənin, həm də Şulenburqun təklifi Hitlerin diqqətini çəkmədi, çünki o, Qafqaz xalqlarına müstəqillik vermək niyyətində deyildi, onun məqsədi Bakı neftini birbaşa ələ keçirmək idi.

Buna görə də Rəsulzadə Almaniyanı tərk elədi, qraf isə Xarici İşlər Nazirliyindəki Hitlerə qarşı gizli qruplaşmaya üzv oldu.

Mənbələr:

• Fond Bestand, R 21013 Der Weltkrieg Nr. 11g: Unternehmungen und Aufwiegelungen gegen unsere Feinde in Kaukasus, Türkei Nr. 134: Die Erdölfelder von Baku, Aktenband: Der Weltkrieg Nr. 11g, https://invenio.bundesarchiv.de/invenio/

• PAAA, R 21013, Türkei Nr. 134, Bl. 45-48. Graf von der Schulenburgs Telegramm aus Gandscha an das Auswärtige Amt, 12. Juli 1918. https://gsta.preussischer-kulturbesitz.de/recherche.html

• BA-MA, PH 3, Kaukasus-Akte, Band II, 1918, S. 112-115 https://archiv.diplo.de/

invenio.bundesarchiv.de









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Savaş Rusiyanın içindədir... - Və bu artıq adi xəbərdir...
Bu gün, 08:30
Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb - "Hürriyet"
Bu gün, 08:23
Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... - AKTUAL
Bu gün, 08:14
Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində - NƏ BAŞ VERİR?
Bu gün, 08:04
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Bu gün, 08:02
"Onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz... nə bilim ala..." - partiya sədri
Bu gün, 08:00
" Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur"
Bu gün, 07:54
"Bu qədər vəsait və zaman hara xərclənib?" - Görünəni odur ki...
Bu gün, 07:45
Rəşad Əsgərovun üç vəzifəsi var, amma... - GİLEY
Bu gün, 07:39
Rusiyanın sonu necə olacaq... - Melniçenko vurğulayır ki...
Bu gün, 07:29
Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? - ETİRAZ VAR!
Bu gün, 07:21
Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir - REPLİKA
Bu gün, 07:15
İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək - CNN
Bu gün, 07:07
Bakı nefti uğrunda gizli savaş - ARAŞDIRMA
Bu gün, 07:05
Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? – Rusiya ilə bağlı yeni PLAN
Bu gün, 07:04
"İslahatlar buradan başlamalıdır!" - ÇAĞIRIŞ
Bu gün, 06:58
Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir - İTTİHAM VAR...
Bu gün, 06:36
İlqar Bayramlı kadrları necə müəyyən edir - İLGİNC
Bu gün, 06:32
Turizmin “buzu” nə vaxt əriyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:24
Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları – BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 06:23
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil - AMMA...
Bu gün, 06:17
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru