"JIMMY AUTO CO" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, hazırda şirkətin yığılmış borcunun ümumi məbləği 45.264,79 AZN təşkil edir.
Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Yaşayış sahəsi D, ev 25, mənzil 2 olan bu müəssisənin nizamnamə kapitalı cəmi 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Tale Rüstəm oğlu Mehrabovdur.







