Ukrayna təhlükəsizlik qüvvələri Rusiyanın Stavropolda və Tverdə iki ən böyük neft bazalarını məhv edib. Yanğın hələ də davam edir.
Xatırlayıram, müharibənin ilk illərində Rusiya ərazisinə zərbələrin endirilib-endirilməməsi Qərb dairələrində başlıca müzakirə mövzusu idi. Görün necə səliqə ilə, ağılla-kamalla tədricən, gündən günə, aydan aya, ildən ilə savaşı Rusiyanın ərazisinə keçirdilər.
Rusiyanın ərazisində döyüş əməliyyatları adi statistikaya çevrildi. Burnunun ucunu görməyən Putin rejimi fəlakətə doğru hər gün daha bir addım atır…
Müəllif: Eynulla Fətullayev - Mənbə: "DİA-AZ"






