Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB... .....                     Yemək yemək istədilər... AC QALDILAR... .....                     ABŞ-ın İrana son hücumlarının əsl hədəfi .....                     Savaş Rusiyanın içindədir... .....                     Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb .....                     Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... .....                     Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində .....                     Putin yenidən bu məsələni gündəmə gətirib .....                     "Onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz... nə bilim ala..." .....                     " Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur" .....                     "Bu qədər vəsait və zaman hara xərclənib?" .....                     Rəşad Əsgərovun üç vəzifəsi var, amma... .....                     Rusiyanın sonu necə olacaq... .....                     Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? .....                     Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir .....                     İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək .....                     Bakı nefti uğrunda gizli savaş .....                     Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? .....                     "İslahatlar buradan başlamalıdır!" .....                     Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir .....                     İlqar Bayramlı kadrları necə müəyyən edir .....                     Turizmin “buzu” nə vaxt əriyəcək? .....                     Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları .....                     Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil .....                     Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                 

ABŞ-ın İrana son hücumlarının əsl hədəfi - İNCƏLƏMƏ
Tarix: Bu gün, 09:22 | Çap et

ABŞ-İsrail cütlüyünün İrana hücumları başlayanda qələmə aldığım bütün analizlərimdə bu savaşın yeganə hədəfinin İranın enerji resurslarına nəzarət etmək deyil, bundan daha əhəmiyyətli bir məqsədin qlobal ticarət marşrutlarını dəyişmək olduğunu söyləmişdim. Centcom-un İrana dünənki hücumları da bu ehtimalı gücləndirir.
Dünənki hücumlarda bəlkə də bir çoxumuzun gözündən yayınan iki hədəf vardı - biri Çabahar limanı, digəri isə Gülüstan əyalətində yerləşən Ağqala dəmir yolu xətti. Məlumdur ki, Çabahar neft və qaz resursları ilə fərqlənməyən ərazidir. Bu liman şəhəri Pakistanın Gvadar limanı ilə qonşudur və İranın birbaşa Hind okeanına açılan qapısıdır. Dolayısıyla Çabaharın enerji mənbəyi kimi deyil, logistik əhəmiyyəti var. Çabahar limanı istifadəyə yararsız hala salınarsa, İrandan Pakistan üzərindən Çinə neft nəqliyyatının da önü kəsilə bilər. Zənnimcə, oranın hədəfə alınmasının əsas məqsədi də elə budur.
Gülüstan əyalətinin Ağqala şəhərində yerləşən Ağtəkə xan dəmir yolu da İranı Rusiya, Mərkəzi Asiya və Çinlə birləşdirən önəmli logistic qovşaqlardan biridir. İranın “Cahan” xəbər portal Ağtəkə xan dəmir yolunun strateji əhəmiyyəti barədə yazır:
“Ağqala haradadır və “Ağqala” körpüsünün əhəmiyyəti nədir?
ABŞ-ın İranın bəzi infrastrukturlarına səhər tezdən hücumları zamanı Gülüstan əyalətinin Ağqala şəhərindəki Ağqala körpüsü də hədəfə alınıb; Gorqan-İncəburun dəmir yolu marşrutunun bir hissəsi olan və İranın dəmir yolu şəbəkəsini Orta Asiya ilə birləşdirən vacib əlaqələrdən biri olan körpüdür.
Ağqala körpüsünə edilən son hücum və onun dağıdılması bəziləri üçün bu körpünün harada olması və bu strateji körpünün yaxınlığında yerləşən Ağqala şəhərinin xüsusiyyətlərinin nələr olduğu sualını doğurub. Bu məqalədə bu suallara qısaca cavab verəcəyik.
Ağqala haradadır?
Ağqala, Gürkandan təxminən 20 kilometr şimalda yerləşən və Ağqala Gülüstan əyalətinin şimal şəhərlərindən biridir. Bu şəhər, münbit Gürkan düzənliyində və Gürkanı İncəburun sərhədi və Türkmənistanla birləşdirən marşrutda yerləşir. Coğrafi mövqeyinə görə, İranın Orta Asiya ölkələri ilə əlaqə qurması üçün ən vacib qapılardan biri hesab olunur.
Ağqalanın əhalisi türkmən soydaşlarından ibarətdir və bu bölgənin iqtisadiyyatı, kənd təsərrüfatı və heyvandarlıqdan əlavə, nəqliyyat və sərhəd ticarətindən də asılıdır.
Ağqala körpüsü; ABŞ Hücumunun Hədəfi
Gülüstan əyalətindəki Ninevo Mühafizəçilərinin rəsmi açıqlamasına görə, bu səhər Ağqala körpüsü ABŞ kruiz raketi ilə hədəfə alınıb. Bu körpü Gürkan-İncəburun dəmir yolu marşrutunda yerləşir və rəsmilərin sözlərinə görə, hücum körpüyə ziyan vurub, lakin heç bir itki ilə nəticələnməyib.
Ağtəkə Xan Körpüsü təkcə yerli körpü deyil, həm də ölkənin şimal-şərq dəmir yolu marşrutunun vacib strukturlarından biridir və bu xətt üzrə yük və sərnişin qatarlarının hərəkətində mühüm rol oynayır.
Bu körpü niyə vacibdir?
Ağtəkə Xan Körpüsü Gürkan-İncəburun dəmir yolu xəttinin bir hissəsidir; son illərdə ölkədə ən vacib dəmir yolu marşrutlarından birinə çevrilən layihə.
Bu marşrut İranı İncəburun dəmir yolu vasitəsilə Türkmənistan, Qazaxıstan, Rusiya və digər Orta Asiya ölkələri ilə birləşdirir və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin, eləcə də Avrasiya tranzit dəhlizlərinin vacib marşrutlarından biri hesab olunur.
Hər il bu marşrut vasitəsilə xeyli miqdarda tranzit malları, kənd təsərrüfatı məhsulları, minerallar və digər ixrac və idxal yükləri daşınır və bu səbəbdən bu dəmir yolu xətti İranın regional ticarətinin vacib arteriyalarından biri hesab olunur.
ABŞ bu körpünü niyə hədəfə aldı?
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatını izah edərkən bu hücumlarda Vaşinqtonun nöqteyi-nəzərindən lojistik dəstək və avadanlıqların daşınmasında rol oynayan infrastrukturu hədəf aldığını açıqladı. İran rəsmiləri isə Ağtəkə Xan Körpüsünün ölkənin sərnişin daşınması, malların daşınması və qonşu ölkələrlə ticarətin inkişafı üçün istifadə edilən mülki nəqliyyat infrastrukturunun bir hissəsi olduğunu vurğulayır və ona edilən hücumu mülki infrastrukturun hədəfə alınması kimi qiymətləndirirlər.
Ağqalanın strateji əhəmiyyəti
Ağqalanın coğrafi mövqeyi bu şəhərə yerli əhəmiyyətindən əlavə, regional nəqliyyat və tranzit tənliklərində xüsusi yer vermişdir. Türkmənistan sərhədinə yaxınlığı, beynəlxalq dəmir yolu marşrutunda yerləşməsi və Avrasiya ticarət dəhlizlərinə qoşulması bu bölgəni ölkənin şimal-şərqindəki strateji nöqtələrdən birinə çevirmişdir.
Buna görə də, Ağqala Körpüsü sadəcə bir tikinti strukturu deyil, həm də İranın Orta Asiya və Rusiya ilə rabitə şəbəkəsinin bir hissəsidir; xarici ticarətdə, beynəlxalq tranzitdə və regional iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayan bir marşrut üzərində yerləşir.
Ağqala körpüsü ilk baxışdan Ağqala şəhərində dəmir yolu körpüsü kimi görünsə də, onun mövqeyi yerli marşrutdan kənardadır. Bu körpü İranı Orta Asiya və Avrasiya dəmir yolu şəbəkəsi ilə birləşdirən əlaqələrdən biridir və bu səbəbdən ona dəyən hər hansı bir zərər təkcə daxili nəqliyyata deyil, həm də regiondakı tranzit və ticarət proseslərinə təsir göstərə bilər. Buna görə də bu körpüyə edilən hücum təkcə mülki hadisə hesab edilmir, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
Qısası, ABŞ-ın xüsusilə Çabahar limanını və Ağqala dəmir yolunu hədəfə alması İranı beynəlxalq tranzit xətlərindən tədric etmək məqsədi daşıyır. Əslində Hörmüz boğazına hücumların da əsas məqsədi alternativ marşrut arayışları ilə birbaşa əlaqəlidir. ABŞ Hörmüz boğazını keçilməz hala gətirməklə dünyanın ən önəmli enerji güzargahı olan bir marşrutu bağlamağa və ona alternativ geçiş xətləri açmağa çalışır. Yeni dünyanın mühüm enerji və ticarət xətlərindən bir olacağını düşündüyümüz bu marşrut Oman və ya BƏƏ-dən başlayaraq Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə üzərindən Avropaya açılacaq. Digər alternativ isə bu marşrutda Türkiyə və Suriyanın by pass edilərək İsrail üzərindən Yunanıstana çıxmaqdır. Zənnimcə, bütün yumurtaları eyni zənbilə yığmaq istəməyən anglo-sakson ağlı bir-biriylə amansız rəqabət aparacağı gözlənilən hər iki güzərgahı eyni anda işlətməyə çalışacaq. Nəticədə amansız rəqabət tranzit xərclərini də azaldacaq.
Bu projelər baş tutarsa, ən çox itirən İran olacaq. Bərk-bərk əlində tutmağa çalışdığı və onminlərlə, bəlkə də 100 minlərlə vətəndaşını qurban verdiyi Hörmüz boğazı onun özünün boğazına ilişib qalmış armud qurusuna çevriləcək. Necə ki, vaxtilə indiki İran coğrafiyasında hegemonluq etmiş Türk imperiyalarını da, Osmanlını da həssas dəngələri ilə oynayıb çökdürdükləri İpək yolu marşrutunun tamamilə bağlanması bitirdi. İran da bu gün eyni xətaları təkrarlayaraq sahib olduğu avantajı lüzumsuzlaşdırır.
Haqqında danışdığımız projelər reallaşarsa, qlobal nəqliyyat şəbəkəsinin ən önəmli tərkib hissələrindən olan Babül-məndəb boğazı da əhəmiyyətini itirəcək, Sudan, Yəmən, Cubiti, Həbəşistan (Efiopiya), hətta Misir kimi Qırmızı dəniz ölkələrinin vəziyyəti də ağırlaşacaq.
Müəllif: Heydər Oğuz - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkənin məhkəmə sistemini OYUNCAĞA ÇEVİRİB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:01
Yemək yemək istədilər... AC QALDILAR... - GİLEY
Bu gün, 09:35
ABŞ-ın İrana son hücumlarının əsl hədəfi - İNCƏLƏMƏ
Bu gün, 09:22
Savaş Rusiyanın içindədir... - Və bu artıq adi xəbərdir...
Bu gün, 08:30
Türkiyə Rusiyadan aldığı S-400-ləri Fars körfəzi ölkəsinə satıb - "Hürriyet"
Bu gün, 08:23
Bu, Rusiyanın siyasi ismarıcı da ola bilər... - AKTUAL
Bu gün, 08:14
Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində - NƏ BAŞ VERİR?
Bu gün, 08:04
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Bu gün, 08:02
"Onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz... nə bilim ala..." - partiya sədri
Bu gün, 08:00
" Bu, yüksək səviyyəli idrak bacarığı hesab olunur"
Bu gün, 07:54
"Bu qədər vəsait və zaman hara xərclənib?" - Görünəni odur ki...
Bu gün, 07:45
Rəşad Əsgərovun üç vəzifəsi var, amma... - GİLEY
Bu gün, 07:39
Rusiyanın sonu necə olacaq... - Melniçenko vurğulayır ki...
Bu gün, 07:29
Kəsilməyə gedən heyvan qədər də hörmətimiz yoxdur? - ETİRAZ VAR!
Bu gün, 07:21
Əsəbləri sakitləşdirmək üçün KRİSTAL ən münasibidir - REPLİKA
Bu gün, 07:15
İsrail Livandakı bəzi əraziləri yaxın günlərdə təhvil verəcək - CNN
Bu gün, 07:07
Bakı nefti uğrunda gizli savaş - ARAŞDIRMA
Bu gün, 07:05
Tramp Zelenskiyə niyə Bakını nümunə göstərib? – Rusiya ilə bağlı yeni PLAN
Bu gün, 07:04
"İslahatlar buradan başlamalıdır!" - ÇAĞIRIŞ
Bu gün, 06:58
Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir - İTTİHAM VAR...
Bu gün, 06:36
İlqar Bayramlı kadrları necə müəyyən edir - İLGİNC
Bu gün, 06:32
Turizmin “buzu” nə vaxt əriyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:24
Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları – BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 06:23
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil - AMMA...
Bu gün, 06:17
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru