Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib .....                     Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? .....                     Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... .....                     “Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” .....                     Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab .....                     Azərbaycanda məşhur muzey .....                     Dövlət orqanlarında köməkçi TƏYİNATLARI .....                     “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” .....                     Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur .....                     Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı .....                     Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir .....                     “Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” .....                     Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb .....                     Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib .....                     Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib .....                     Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq .....                     Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? .....                     “Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” .....                     Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır .....                     Gilas məsələsi... .....                     "Bizi dəvət edəndə bir məclisi doldura bilirik" .....                     Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ .....                     Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir .....                     Zakir Qaralovun vergi borcu iki qat artıb .....                     Ukrayna bu şəhəri itirsə... .....                     Paşinyanın ordu ilə bağlı PLANI... .....                     ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var .....                     Burda müştəri məmnuniyyəti: SIFIR! .....                     SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! .....                     Prezidentin göstərişinə belə əməl edirsə... .....                     Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? .....                     ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib .....                     Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır .....                     Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... .....                     İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ .....                     Yeni il ərəfəsində əfv gözlənilir? .....                     "Gözlərimin içinə baxan o deyil" .....                     Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? .....                     Tanınmış müğənninin toyda biabırçı canlı İFASI .....                     İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? .....                 

Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Tarix: 7-02-2025, 00:00 | Çap et
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb?
Mobil telefonlar ötən əsrin sonlarında həyatımıza daxil oldu. Həyatımızda çox şey dəyişdimi? Dəyişdi. Həm də təkcə müsbətə yox, mənfiyə də tərəf.
Ölkədə mobil telefonlardan istifadə edənlərin sayı artdıqca, mobil telefon oğrularının da sayı artdı. Sonra mobil telefon qaçaqmalçıları artdı. Daha sonra isə mobil telefonlarla bank kartlarından pul talama cinayətləri çoxaldı.

Buna görə mobil telefonlardan imtina olunsunmu? Yox. Bu, yol qəzalarına görə avtomobildən imtina etmək qədər absurd olar.

Bəs nə etməli?

Ən birincisi, ayıq olmaq lazımdır.

Gəlin, əyri oturaq, düz danışaq: kimi dindirsən, özünü hamıdan ağıllı sayacaq. Elə deyilmi?! Bəs onda kibercinaytkarlar bu qədər ağıllı Azərbaycan vətəndaşlarını 16 min 804 dəfə necə aldadıb, kartlarından pul çəkə bilib?!

Bu, Daxili İşlər Nazirliyinin açıqladığı faktdır. Rəsmi rəqəmdir: yalanı yoxdur, əksiyi var. Əksiyi nədir? Bəlkə də xeyli adam bu və ya başqa səbəbdən heç polisə şikayət də etməyib. Başqa sözlə, polisə məlum olan və polisin araşdırdığı 16 min 804 faktdır. Deməli, bundan çox da ola bilər.

Ancaq bu rəqəmin özü də az deyil. Həm də təkcə bir ildə - 2024-cü il ərzində baş verən kibertalamalardır. Bunun nəticəsində Azərbaycan əhalisinə 22 milyon 442 min 838 manat ziyan dəyib. Yəni bir ildə Azərbaycan xalqının cibindən kart hesablarından) 22 milyon manatdan çox pul çəkilib. Öz də çoxunu kart, hesab sahiblərinin özləri, necə deyərlər, könüllü olaraq kiberquldurlara verib.

Hamıya aid olmasa da, xalq arasında belə məsəl var: "Artıq tamah baş yarar". Tamahının qurbanı olanlar, bəli, çoxdur; tanımadığı adam ona çoxlu, asan qazanc vəd edir, yaxud asanlıqla kredit almaq üçün bank adından kömək təklif edir, bu insan da inanır.

Cəmiyyətdə az-çox tanınmış, ictimai etibar qazanmış adamıq, banka gedirik, bank almaq istədiyimiz kreditin dəyərindən iki-üç dəfə baha olan, həm də likvid əmlakı girov götürür, hələ 3-4 nəfər zamin də tələb edir. Üstəlik zamin duracaq adamlar dövlət işində işləməli, maaşı yüksək olmalı və əməkhaqqını kartla almalıdır. Bütün bunları təmin etsən belə, son qərarı verən Kredit Komitəsi nəsə bir səbəb, ya da bəhanə tapıb kredit ayırmaqdan imtina edir.

Bəs onda necə olur ki, bir adam tanımadığı, bilmədiyi bir şəxsə, sadəcə, telefonla əldə etdiyi məlumatlar əsasında kredit ayırır?! Banka getməyə də ehtiyac olmadan. Üstəlik aşağı faizlərlə, indiki maliyyə bazarındakından çox-çox aşağı şərtlərlə.

Bütün bunlar heçmi şübhə doğurmaz?!

Şəhərdə hərəkət edərkən, yolu keçəndə sağa-sola baxıb keçirikmi? Ehtiyatlı olmaq lazım olduğunu bilirik. Güclü külək əsəndə, elektrik naqillərinin, yıxılmaq təhlükəsi olan ağacların altında dayanmırıq, sel təhlükəsi hiss edəndə, mümkün qədər daha hündür yerə çıxmağa çalışırıq və sair.

Bu da eyni situasiyadır. Şübhəli linkləri açmayacaqsan. Şübhəli zənglərə cavab verməyəcəksən. Deyək ki, cavab verdin, şəxsi məlumatlarını paylaşmayacaqsan. Hətta zəng edən sənin tanıdığın şəxsin nömrəsi olsa belə. Onun adından danışsalar belə. Sənə bir yaxınının qəzaya düşdüyünü, təcili pul lazım olduğunu deyib, karta göndərməyi tələb etsələr, aldanmayacaqsan. Təlaşa düşmək lazım deyil, sadəcə, adından istifadə olunan adamın özü ilə əlaqə saxlamaq, yaxud başqa imkanlarla məlumatı dəqiqləşdirmık gərəkdir. Yoxsa qəpik-qəpik yığdığınız pulu bir anda, bir düyməni basmaqla əlinizdən alacaqlar.

Bir ildə 22 milyon manatdan çox! Bu, bilirsiniz, nə deməkdir! Kibercinayətkarların bizi bu qədər asanlıqla aldada bilməsi deməkdir. 2024-cü ildə kibercinayətkarların bizi aldadıb, kartımızdan, hesabımızdan çəkdiyi məbləğ həmin il ərzində dövlət büdcəsindən Mədəniyyət Nazirliyinin saxlanmasına çəkilən xərcdən iki dəfə, Təhsil Nazirliyinin saxlanmasına ayrılandan üç dəfəyə yaxın çox vəsait deməkdir.

Kiberquldurların ələ keçirdiyi təkcə pullar deyil, onlar həm də insanların etibarını talayır. Arzularını, duyğularını talayır. Elə adamlar var, xəstə uşağının müalicəsi üçün, eləsi var, ağır xəstəlikdən xaricdə əməliyyat olunmaq üçün, ev almaq, ev tikmək, oğul evləndirmək, qız köçürmək üçün, daha nələr-nələr üçün yığdığı pulları itirib. İnsanların necə hisslər keçirdiyini, necə məyus olduğunu təsəvvür etmək çətin deyil. Aldadılmış olmaq çox ağır duyğudur; psixoloji olaraq insanı çpkdürür.

Dövlət də bunların fərqindədir. DİN-də Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu məqsədlə yaradılıb, vətəndaşları bu cür cinayətlərdən qorumaq üçün qanun çərçivəsində, səlahiyyətləri daxilində çalışır. Ancaq burda hər şey təkcə polisdən də asılı deyil. Bu haqda əvvəllər də yazmışıq.

Kibercinayətkarlar çox hallarda ölkə xaricində oturub, bu qanunsuz əməlləri törədir. Mürəkkəb texnoloji yeniliklərdən istifadə edirlər. Buna görə də bu tip cinayətkarlığa qarşı mübarizə aparmaq da asan deyil. Hamı bunun fərqində olsun gərək.

Zərərçəkənlər media olaraq bəzən bizə də müraciət edirlər, məsələnin içindəyik. Görürsən, dünən polisə şikayət edib, artıq bu gün nəticə istəyir. Bu gün səhər bizə zəng edib, axşam pulunu kartında gözləyir. Belə olmur axı. Bu, mümkün deyil. Hər halda həmişə mümkün olmur. Bəzən çox vaxt, resurs sərf etmək lazım gəlir. Elə bizdən də inciyən olur.

İnsanları, əlbəttə, başa düşmək olar: zərər görüb, kömək umur. Atalar demişkən, "uman yerdən küsərlər". Ancaq bu cinayət növü çox mürəkkəbdir. Onu açmaq, günahkarları tapmaq, dəyən zərəri ödətmək bir göz qırpımında olan iş deyil.

Ən əsası: zərər çəkməmək üçün ayıq-sayıq olmaq lazımdır. Dünya rəqəmsallaşır, kibercinayətkarlıq da transmilli səciyyə daşıyır. Bəzən bir əşya oğrusunu şəhərin içində axtarıb tapmaq uzun zanan alır. O da ola kibercinayətkarlıqla məşğul olanları tapmaq. Tapanda da, baxırsan, elə xarici ölkədə gizlənib ki, əlin çatmır. Başqa ölkənin vətəndaşıdır və sair. Çox çətinliklər çıxır.

Odur ki, insanlar gərək diqqətli olsunlar. Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin qarşısında daha məsuliyyətli, mürəkkəb vəzifələr var: bütövlükdə ölkənin, dövlət informasiya resurslarının və sair qorunması ilə məşğuldurlar. Başqa çox ağır və vacib işlər var, hamısını sadalamaq olmur. Ona görə cəmiyyətin də üzərinə iş düşür. Polisin borcu bizi qorumaqdır, doğrudur. Bəs bizim özümüzün özümüzü qorumaq borcumuz yoxdur?! Əlbəttə, var. Buna görə də bir-birimizi məlumatlandırmalıyıq. Dövlət üzərinə düşəni etməlidir. Banklar da həmçinin. Ancaq biz də daha tədbirli, daha çox məlumatlı olaq ki, kibercinayətkarlar bizi aldada bilməsinlər.

Bahəddin Həzi, Bizimyol.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya Ukraynada F-16 qırıcılarının yerləşdiyi aerodroma zərbə endirib
Bu gün, 11:39
Həbsdə olan general Rövşən Əkbərovdan “Milli Qəhrəman” adı niyə alınmadı? - DETALLAR
Bu gün, 11:31
Ordubadda müəllimlərin MAAŞLARI BELƏ MƏNİMSƏNİLİR... - NARAZILIQ VAR...
Bu gün, 11:26
“Atamın yubileyinə getmədim, Rasim Balayev haqqımda deyib ki, “o kimdir mənə nəsə desin?” - AZDRAMAYA və sənətkara ETİRAZ
Bu gün, 11:17
Ağzın sarısı, ağlın yarısı: deputat Fazil Mustafadan professor Tahirzadəyə sərt cavab - QALMAQAL
Bu gün, 11:15
Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
Bu gün, 11:12
Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”
Bu gün, 11:10
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...” - Fokuslarını xaricə satan “Tofiq əmi”
Bu gün, 11:06
Rusiyanın bu raketlərinə ehtiyacımız yoxdur - Lukaşenko
Bu gün, 10:38
Bakıdan səsləndirilən bu cümlə İrəvanı qarışdırdı - Sərkisyan və Köçəryan təşvişdə
Bu gün, 10:36
Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir - "Euronews"
Bu gün, 10:34
“Tamaşaçıların tanımadığı Rəmişi göstərmək istəmişəm, ssenarim 3 ildir ortalıqdadır” - deputat
Bu gün, 10:12
Sarkisyan Paşinyanın baş nazir olacağını hesaba almayıb
Bu gün, 10:07
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib - KİV
Bu gün, 10:03
Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin rəisi videosu ilə şataj edilib - TƏFƏRRÜAT
Bu gün, 10:00
Xocavənddə evlərin təmirinə 2,4 milyon manat sərf olunacaq - TƏFƏRRÜAT
Bu gün, 09:55
Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:28
“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR
Bu gün, 09:22
Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI
Bu gün, 09:17
Gilas məsələsi... - TƏHLÜKƏLİ PARADOKS...
Bu gün, 09:11
"Bizi dəvət edəndə bir məclisi doldura bilirik" - Balaəli MEYDAN OXUDU
Bu gün, 09:06
Müftə pendir axtaranlar üçün DƏLƏDUZ TƏLƏSİ - DİQQƏT!
Bu gün, 09:04
Fransa ABŞ-yə Çindən yaxşı münasibət bəsləmir - Tramp
Bu gün, 09:00
Zakir Qaralovun vergi borcu iki qat artıb - TƏFƏRRÜAT
Bu gün, 08:57
Ukrayna bu şəhəri itirsə... - Jmaylodan xəbərdarlıq
Bu gün, 08:55
Paşinyanın ordu ilə bağlı PLANI... VARMI?
Bu gün, 08:37
ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Bu gün, 08:23
Burda müştəri məmnuniyyəti: SIFIR! - "Utanmırlar..."
Bu gün, 07:34
SOCAR-dan işdən qovuldunuz..: HƏYAT BİTMƏYİB! - bu hüquqlarınız da var...
Bu gün, 07:27
Prezidentin göstərişinə belə əməl edirsə... - BU NƏDİ BELƏ?
Bu gün, 07:22
Azərbaycan su qıtlığına nə dərəcədə hazırdır? - AKTUAL
Bu gün, 06:59
ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Bu gün, 06:56
Azərbaycanın tranzit jesti: Ermənistan üçün yeni fürsətlər açır - İNCƏLƏMƏ
Bu gün, 06:55
Ramiz Mehdiyevin gömrükdəki adamı hələ də iş başındadırsa... - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:52
İşdən çıxmış direktor Prezidentdən KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Bu gün, 06:42
Yeni il ərəfəsində əfv gözlənilir? - Komissiya üzvündən AÇIQLAMA
Bu gün, 06:33
"Gözlərimin içinə baxan o deyil" - Fotosessiya
Bu gün, 06:31
Ev dustaqlığında olan Ramiz Mehdiyev bayram günlərini necə keçirir? - İLGİNC
Bu gün, 06:22
Tanınmış müğənninin toyda biabırçı canlı İFASI - VİDEO
Bu gün, 06:20
İqtisadiyyatımızı 2026-cı ildə nə gözləyir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:17
ABŞ İsraillə münasibətlərin normallaşdırılmasında Suriyaya dəstəyini təsdiqləyib - KİV
Bu gün, 06:12
"Böyük Ermənistan" ideologiyasının yerini "real Ermənistan" tutur - AKTUAL
Bu gün, 06:08
“Enerjitəchizat Construction” MMC-nin vergi borcu 3,5 milyon manatı ötüb - TƏFƏRRÜAT
Bu gün, 06:05
Adil Kərimlini KİM HƏDƏFƏ ÇEVİRİB? - NƏ BAŞ VERİR?
Bu gün, 06:02
"Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm..." - REAKSİYA
Bu gün, 05:57
Ermənistanda "Honq Konq qripi" aşkarlandı
Dünən, 18:02
Bu, İran xalqına qarşı düşmənçilik üçün bəhanədir - Laricani
Dünən, 18:00
Talibandan qaçan əfqan Azərbaycanda HƏBS OLUNDU - "...arvadımın yanına gedirdim"
Dünən, 17:48
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı – NABU əməliyyatına 2 saat qalmış...
Dünən, 17:46
Şəbnəm buna görə 30 min dollar qonorar alıb - Video
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru