Gəncədə Prezident sərəncamı niyə icra olunmur? .....                     Parisdən Azərbaycana böyük pislik .....                     Həmkarsız qalan SOCAR işçiləri... .....                     Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... .....                     Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. .....                     Virtual təhlükəsizlik məsələsi... .....                     "Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı .....                     Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı .....                     ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR .....                     Qalmaqallı kolleclə bağlı daha bir iddia .....                     Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq .....                     İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib .....                     Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib .....                     Rəqsanənin borclu olduğu şəxs danışdı .....                     2026-cı il üçün “vahiməli ssenari” .....                     ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır .....                     "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" .....                     Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb .....                     Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir .....                     Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi .....                     TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... .....                     ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər .....                     Ərdoğan Zelenski ilə görüşüb .....                     Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı .....                     Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb .....                     "Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm" .....                     Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır .....                     Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu .....                     Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir .....                     Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib .....                     Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir .....                     Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad .....                     “Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” .....                     Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub .....                     Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir .....                     TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək .....                     "19 min ödədim, maşınımı xəbərsiz satdılar" .....                     “Təhsildəki real problemləri gizlətmək düzgün deyil” .....                     AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb .....                     Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! .....                 

Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Tarix: 16-01-2025, 10:46 | Çap et
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb
Məlum olduğu kimi, Sumqayıt şəhəri ilə Saray qəsəbəsi arasındakı körpünün yenidən tikilməsi ilə əlaqədar bəzi avtobus marşrutlarının dəyişdirilib. Marşrutların hərəkət xəttinin dəyişdirilməsi sərnişinlərin narazılığına səbəb olub.

Redaksiyamıza Saray qəsəbə sakinlərinin göndərdikləri şikayətdə bildirilirdi ki, hərəkət xətti dəyişdirilən marşrutlardan biri də 523-dür. Sumqayıt-Saray-Xırdalan xətti üzrə hərəkət edən bu marşrutun dəyişdirilməsi nəticəsində sərnişinlər didərgin düşüb. Sərnişinlər iddia edirlər ki, Sumqayıtdan Saray və Xırdalana rahat gəldikləri halda, indi bu istiqamətə getməyə avtobus tapmırlar. 523 saylı marşrut üzrə hərəkət edən avtobusların Sumqayıt şəhərinə girişi qadağan edilib. Həmin marşrutun avtobusları indi yalnız Xırdalan-Saray istiqamətində hərəkət edə bilir. Marşrut üzrə hərəkət edən avtobusların sayı azaldılıb ki, bu da sərnişinlərin narahatlığına səbəb olur.

Məsələ ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) TNS-ə bildirilib ki, 523 saylı Sumqayıt-Saray-Xırdalan marşrutunun hərəkət xətti dəyişdirilərək, Saray-Xırdalan istiqamətinə yönləndirilib. Sumqayıtdan Xırdalana gedən sərnişinləri daşımaq üçün 505 saylı marşrut xətti istifadəyə verilib və həmin marşrut üzrə sərnişinlərin rahat daşınmasına şərait yaradılıb.

"Bir saat marşrut gözləyirik"

Amma bu, AYNA-nın açıqlamasıdır. Sumqayıt sərnişinləri tam fərqli şeylər deyirlər.

Sərnişinlər TNS-in əməkdaşına bildiriblər ki, heç də hər şey AYNA dediyi kimi deyil. Onların sözlərinə görə, Sumqayıtdan Xırdalan istiqamətinə açılan 505 saylı marşrut xəttini saatlarla gözləmək lazımdır: “523 saylı marşrut xəttində hərəkət edən avtobusların intervalı 10-12 dəqiqə idi. Düzdür, bəzi vaxtlarda avtobuslarda sıxlıq olurdu. Amma bu qədər avtobus gözləmirdik. İndi 505 saylı marşrut avtobusunu 1 saat gözləyirik. Gah deyirlər, tıxacda qalıb, gah deyirlər, avtobusun sayı azdır. Bilmirik, necə edək? Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişik, deyirlər ki, marşrutlara onlar yox, AYNA nəzarət edir. Saatlarla küçələrdə qalırıq, avtobus tapa bilmirik. Məcburiyyət qarşısında qalıb “manatlıq” taksilərlə getməli oluruq. Həmin taksilər də Xırdalanın içərisinə girmir, Sumqayıt yolunda saxlayırlar, çünki onlar Bakıya gedir. Masazır dairəsi, “Ər-Riyad” ticarət mərkəzinin qarşısında düşüb, oradan Xırdalanın içərisinə ya piyada gedirik, ya da başqa avtobusla.

Başa düşürük, körpü sökülüb, yenidən inşa olunur, yol bağlıdır. Amma bu, o demək deyil ki, körpü istifadəyə verilənə qədər biz belə əziyyət çəkməliyik. Normal marşrut açsınlar, pulumuzu verək, rahat yolumuzu gedək. Niyə biz küçələrə tökülməliyik? İnsanları belə incitmək olmaz”.

"Hər gün 10 manat taksiyə verirəm"

Sərnişin Rafiq Alxasov isə deyir ki, hər gün Xırdalandan Sumqayıta işə gedib-gəlir: “Adam var ki, gün ərzində bir dəfə və ya həftədə bir dəfə Sumqayıta gedib-gəlir. Amma mən hər gün Sumqayıta gedib-gəlməyə məcburam. 10 ildir, Sumqayıtda işləyirəm. Səhər 09:00-da işdə olmalıyam, növbəni dəyişməliyəm. Əvvəl səhər 8-ə qalmış evdən çıxırdım, 9-un yarısı, 9-a qalmış çatırdım. Heç bir problem yaşamırdım. Amma son bir ayda rəhbərlik tərəfindən iki dəfə xəbərdarlıq almışam. Rəhbərliyə də sübut edə bilmirəm ki, körpü sökülüb deyə, marşrutlar gec gəlir. Deyirlər ki, biz işimizi sizin marşruta görə nizamlamalı deyilik. Artıq bir həftədir, Xırdalandan Sumqayıta, Sumqayıtdan Xırdalana taksi ilə gedirəm. Hər gün 10 manata yaxın xərcim çıxır. Ayda 600 manat maaşın 300 manata yaxınını taksiyə verirəm. Özüm isə həmin maaşla 4 nəfərlik ailə saxlayıram. Neynəyim? Marşruta görə evimi atım, gəlim Sumqayıtda kirayə qalım? Bir saat avtobus intervalı olar? AYNA ilə sahibkarların iş prinsipi bizi bərbad vəziyyətə salıb”.

Sahibkar: "Əlavə maşınlar cəlb etmək olar, amma icazə yoxdur"

Məsələ ilə bağlı 505 saylı marşrutun daşıyıcısı ilə əlaqə saxladıq. Sahibkar Qəzənfər Abdıyev TNS-ə açıqlamasında bildirdi ki, xətt üzrə cəmi 5 avtobus buraxılıb: “Həmin xəttə 5 avtobus buraxmışam, hamısı işləyir. Avtobuslar arasında interval 20-25 dəqiqə müəyyənləşdirilib. Mən əvvəldən onlara 5 avtobus demişəm, onu da xəttə buraxmışam. Əlavə maşınlar cəlb etmək olar, amma icazə yoxdur. Onunla bağlı danışıqlar gedir”.

Avtobuslar arasında intervalın 40 dəqiqə, 1 saat olmasına gəlincə, sahibkar bunu şəhərdə yaranmış tıxacla əlaqələndirib: “Sumqayıtda tıxaclar olur, avtobuslar da yollarda qalır. Tıxaca sən neynəyə bilərsən, mən neynəyə bilərəm? Çalışarıq, danışıqlar aparaq, razılıq alıb, avtobusların sayını artıraq. Hazırda bu barədə şəhər rəhbərliyinə müraciət etmişəm, əgər məsləhət bilsələr, problemin aradan qaldırılmasına çalışarıq”.

Məsələ ilə bağlı hərəkət xətti dəyişdirilən 523 saylı marşrut avtobusunun daşıyıcısı Elşən Quliyevlə də əlaqə saxladıq. Sahibkar TNS-ə açıqlamasında etiraf etdi ki, adıçəkilən marşrutda avtobusların sayını azaldıb: “Bəli, mənim həmin xətdə 19 avtobusum var idi. Marşrutun hərəkət xətti dəyişdiriləndən sonra avtobuslarım Sumqayıta daxil olmadı. Saray-Xırdalan marşrutu üzrə isə 10 avtobus bəs edir. Hazırda avtobuslar arasındakı intervalda heç bir gecikmə yoxdur, eyni intervalla hərəkət edir. Yəni, həmin xətt üzrə əlavə avtobuslara ehtiyac yoxdur. Ona görə də 9 avtobusu xətdən çıxarmışıq. Həmin 9 avtobusun sürücülərini növbəli iş sisteminə keçirmişəm. Düzdür, bəzi sürücüləri maaş qane etmədiyi üçün Sumqayıtdakı digər marşrutlara keçib, amma qalan sürücülər növbəli işləyirlər”.

Avtobusların arasındakı intervalın çox olmasına gəlincə, sahibkar bildirib ki, bu, körpünün sökülməsi ilə əlaqədardır: “Bu, bizdən asılı məsələ deyil. Körpü sökülüb, alternativ yol "Yaşlıdərə" ərazisindən müəyyən edilib. Həmin yol isə darısqal olduğundan tez-tez tıxaclar yaranır. Tıxaclar pik saatlarda bir neçə dəqiqə gecikmələrə səbəb ola bilər. Sərnişinlər bir müddət səbrli olsalar, körpü açılandan sonra problem həllini tapacaq”.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Sumqayıt Regional Şöbəsindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və sərnişinlərin rahatlığı üçün lazımi tədbir görüləcək: “Saray qəsəbəsi ilə Sumqayıt şəhərini birləşdirən körpü söküldüyü üçün bu ərazilərdə bəzi marşrutların hərəkət xətti dəyişdirilib. Əhalinin rahatlığını təmin etmək üçün Sumqayıtdan Xırdalana və əks istiqamətə 505 saylı marşrut açılıb. Bu vaxta qədər bu barədə bizə şikayət daxil olmayıb. Əgər narazılıq varsa, biz bu barədə araşdırma aparıb, monitorinq keçirərik. Problem olarsa, onu aradan qaldırmağa çalışarıq”.

/TNS.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə Prezident sərəncamı niyə icra olunmur? - MÜRACİƏT
Bu gün, 09:04
Parisdən Azərbaycana böyük pislik - 40 təşkilatın “artsax” həyasızlığı
Bu gün, 08:50
Həmkarsız qalan SOCAR işçiləri... - Amma qanun deyir ki...
Bu gün, 07:42
Ramiz Mehdiyev və Rəqsanə AYRICALIĞI... - AXI NİYƏ?..
Bu gün, 07:35
Qəzetlərin dəfninə niyə belə tələsirik ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:24
Virtual təhlükəsizlik məsələsi... - HƏLƏ DƏ...
Bu gün, 07:21
"Kapital Bank"ın kartından 7 min manat yoxa çıxdı - 5 aydır vətəndaş qapılarda qalıb
Bu gün, 07:18
Endirim arxasındakı təhlükə: Vaxtı keçmiş məhsulların gizli satışı - NƏ ETMƏLİ?
Bu gün, 07:09
ADSEA Zaur Mikayılovun DƏDƏ MALIDIR - FAKT BUDUR!
Bu gün, 07:07
Qalmaqallı kolleclə bağlı daha bir iddia - BU NƏDİ BELƏ?
Bu gün, 07:02
Talıbovların keçmiş ortağı Dövlət Agentliyinə 60 min manatlıq qum-qırmadaş satacaq - TƏFƏRRÜAT
Bu gün, 06:57
İran Xəzərin hüquqi statusu haqqında konvensiyanı ratifikasiya etməyib - ŞƏRH
Bu gün, 06:44
Trampın sanksiya zərbəsi Rusiya nəhəngini Azərbaycanı da tərk etməyə məcbur edib - Görünəni odur ki...
Bu gün, 06:40
Rəqsanənin borclu olduğu şəxs danışdı - "Onu biz buraxdırdıq"
Bu gün, 06:34
2026-cı il üçün “vahiməli ssenari” – Əhalini nələr gözləyir?
Bu gün, 06:32
ABŞ-Çin yaxınlaşması Kremlə təzyiqi artırır - GƏLİŞMƏ
Bu gün, 06:28
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"
Dünən, 18:27
Elm və Təhsil Nazirliyi “Bestcomp Group” şirkəti ilə 2,1 milyonluq alqı-satqı müqaviləsi bağlayıb
Dünən, 18:15
Əli kəsilmiş Xaçmaz sakini ona əlilliyin təyin olunmadığını iddia edir - VİDEO
Dünən, 18:07
Ermənistan Rusiyanın bu qətnamə layihəsinin lehinə səs verdi
Dünən, 18:05
TRAMP YOLU planı olan dövlətin QURU SƏRHƏDLƏRİ bağlı olmamalıdır... - AKTUAL
Dünən, 17:58
ABŞ və Rusiya tezliklə Ukrayna ilə bağlı çərçivə sazişini razılaşdıra bilər - KİV
Dünən, 17:56
Ərdoğan Zelenski ilə görüşüb
Dünən, 17:54
Əməkdar artist Vilayət Eyvazova müraciət ünvanladı - "Bu materialın efirə buraxılması..."
Dünən, 17:14
Şirkətlər sakinləri aldadır: Köhnə ənənə yenə “dəbə” düşüb - AKTUAL
Dünən, 17:06
"Əsəbi adamam, fikrimi cəmləşdirə bilmirəm"
Dünən, 16:48
Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır - ONA GÖRƏ DƏ...
Dünən, 16:42
Fəzail və Elçin Ağamalının danışıqları uğursuz oldu - Qalmaqal böyüyür
Dünən, 16:34
Polşada dəmir yolu təxribatında bütün faktlar Rusiya izinə işarə edir - Zelenski
Dünən, 16:30
Kamran Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 16:28
Paşinyan resurs əldə etmək üçün Qazaxıstana gedir - Bakısız mümkün deyil
Dünən, 16:27
Adil Əliyevin idarə etdiyi Suraxanı: yolqıraqları satışda, yollar bərbad - NARAZILIQ VAR...
Dünən, 16:21
“Rusiya Türkiyə-Ermənistan sərhədinin açılmasına mane ola bilməyəcək...” - ŞƏRH
Dünən, 16:17
Rüşvət almaqda təqsirləndirilən hərbi komissar və işçilərinə hökm oxunub
Dünən, 16:07
Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir - YENİ DETALLAR
Dünən, 16:03
TRIPP layihəsi regionu olduqca cəlbedici logistik mərkəzə çevirəcək - Ermənistan Prezidenti
Dünən, 15:56
"19 min ödədim, maşınımı xəbərsiz satdılar" - GİLEY
Dünən, 15:40
“Təhsildəki real problemləri gizlətmək düzgün deyil” - ETİRAZ
Dünən, 15:38
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb - DİQQƏT
Dünən, 15:34
Yoxsullaşmanın daha da aşağı düşməsinə imkan verilməsin! – Fazil Mustafadan ÇAĞIRIŞ
Dünən, 15:32
ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 15:25
Dövlət Agentliyinin sədrinə müşavir təyin edilib - ƏMR
Dünən, 15:23
Fərhad Baxşəliyev “Premium Bank”ın sədri TƏYİN EDİLİB - BUNDAN SONRA...
Dünən, 15:20
Azərbaycanda saxta əlillik verənlər HAKİM QARŞISINDA
Dünən, 15:18
“Bu adam ağlını itirib...” – Rəsul Quliyevdən ŞOK sözlər
Dünən, 15:17
“Dedi ki, Məleykə Abbaszadənin qudasıdır” – Təranə 10 minlərlə pulu necə yığdı?
Dünən, 15:15
“Mənə qarşı sui-qəsd hazırlanır” - KİV
Dünən, 15:11
Ermənilərin gecikmiş seçimi – Paşinyan da “yandırılsa”...
Dünən, 15:10
Bakıda 10 nəfərin öldüyü yanğınla bağlı ittiham edilənlərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 15:07
İstehlakçıları aldatdığı ortaya çıxan "Baku Electronics" və "Kontakt Home" - "Hamısı məsuliyyətə cəlb edilməlidir"
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru