"Bir-birimizi görəndə doğmalığı hiss edirik" .....                     "Guya ki, bunların fövqəladə işləri var" .....                     “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir .....                     Əgər yanacağın qiyməti qalxdısa... .....                     2026-cı ildən NƏ GÖZLƏYƏK... .....                     Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar .....                     Avropa liderləri buna görə qəzəblidir .....                     Paşinyan Azərbaycanla sülhdən danışdı .....                     Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb .....                     Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI .....                     Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb .....                     "Amma qazın pulunu iki gün gecikdirsək..." .....                     "Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" .....                     2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? .....                     "Yaşayan Nostradamus"dan 2026-cı il üçün .....                     "Kaspi" qəzeti 145 illiyini qeyd edir .....                     Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... .....                     Gürcüstanın ən varlı adamı.... .....                     Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... .....                     100 milyonlarla insan üçün fəlakət proqnozu .....                     Azərbaycanda İŞİD təbliğatı necə aparılır? .....                     İranın Zəngəzur HƏYƏCANI .....                     Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... .....                     Tariflər aztəminatlıları çətin duruma salır .....                     Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib .....                     Bu il mənzil bazarı NECƏ OLACAQ... .....                     Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... .....                     ABB-dən ABB-yə də 5 manat?.. .....                     'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... .....                     'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... .....                     Canlı yayında izləyiciyə nələr dedi... .....                     ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? .....                     ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib .....                     Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi .....                     İran səfiri Ermənistan xalqını belə təbrik etdi .....                     Ermənilərin Qarabağa qayıdışı... .....                     Misir Mərdanov baş redaktor işləyəcək .....                     Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… .....                     Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... .....                     Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi .....                 

Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi - NƏ BAŞ VERİR?
Tarix: 15-10-2024, 09:39 | Çap et
Ankaradan Paşinyana cavab: “Sülh qovşağı” yox, Türk dəhlizi
Politoloq Natiq Miri Zəngəzur dəhlizi ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Ermənistan Baş naziri Nikol Paşinyan deyir ki, açılacaq nəqliyyat yolları və ya Zəngəzur dəhlizində nəzarət, yaxud monitorinq Rusiyaya həvalə edilə bilər. Uzun müddətdir bu mövzuda Moskvaya qarşı çıxan İrəvan geri çəkilirmi?

- Açıqlamanın Paşinyanın Rusiyada Putinlə görüşündən sonra gəlməsi göstərir ki, bu, həmin səfərlə əlaqəlidir. Həmçinin görüşdən sonra açıqlanmışdı ki, yanvarın 1-dən Ermənistan sərhədçiləri Rusiya sərhədçiləri ilə birgə bu ölkənin İran və Türkiyə ilə sərhədlərinin mühafizəsinə cəlb ediləcək. Bu, Paşinyanın “Ermənistanın müstəqilləşdirilməsi siyasəti”nin tərkib hissəsidir. Əslində, hədəf Rusiya qoşunlarının tədricən sıxışdırılıb Ermənistandan çıxarılmasıdır. Bu yöndə ilk addım Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması oldu. Düzdür, sistem tam inteqrasiya olunduğu üçün Rusiya yenə də limanda baş verənlərlə bağlı məlumat ala bilər, amma nəzərə almaq lazımdır ki, artıq burada rus hərbçisi yoxdur.

Bu siyasət artıq sərhədə ötürülür. Ermənistan hələlik müəyyən problemlərə görə sərhəddə mühafizəni Rusiya ilə birgə aparacaq, amma bu, rusların sərhədlərdən çıxarılması yönündə gedən hazırlıqdır. Bəs Rusiya niyə əlində hüquqi imkanlar varkən bununla razılaşdı? Çünki artıq Rusiya erməni ictimai rəyində Qərbə uduzur, indi bu fonda İrəvanın istəklərini geri çevirsəydi, durumu öz əleyhinə daha da pisləşdirəcəkdi. Buna görə də, Rusiya müəyyən güzəştlər almaqla bununla razılaşdı.

Məncə, nəzarət məsələsini tam həll olunmuş kimi qəbul etmək doğru deyil. Paşinyan birbaşa nəzarətin Rusiya sərhəd qoşunlarına veriləcəyini demədi. O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin bu yolda monitorinq apara biləcəyini söylədi. Bunlar fərqli məsələlərdir. Məncə, erməni hiyləsi məhz burada yatır. Monitorinq davamlı və ardıcıl bir proses deyil. Bu, zaman-zaman yoxlama və ya nəzarət imkanıdır.

Vaxtilə AŞPA-da Azərbaycanla bağlı bir monitorinq komissiyası yaradılmışdı. Həmin komissiya davamlı Azərbaycanda yatıb-durmurdu, ara-sıra, bir-iki ildən bir gəlib hesabatlar hazırlayıb gedirdi. Yəni bu məsələyə nöqtə qoymaq hələ tezdir.

- ABŞ bəyan eləmişdi ki, Rusiya və İrandan yan keçən dəhlizdə maraqlıdırlar, dövlət katibinin köməkçisi Ceyms Obrayn bunu açıq şəkildə söyləmişdi. Yəni Qərb, xüsusən də ABŞ bu məsələdə Ermənsistan hökumətinin tezislərini dəstəkləyirdi. İndi Amerikanın bu duruma reaksiyası necə olacaq?

- Hələlik bir reaksiya yoxdur. Üstəgəl, qismən də olsa, Ermənistanın Rusiyadan uzaqlaşmağa yönəlik əldə etdiyi siyasi uğurlar var. Məsələn, sərhədlə bağlı son qərar önəmlidir. Çünki sərhədlərin tədricən erməni sərhədçiləri tərəfindən qorunması, Rusiya hərbçilərinin sıxışdırılıb çıxarılması deməkdir.

Başqa bir maraqlı məqam da var. Ermənistanla İran arasında sərhəd-keçid məntəqəsinən indiyədək Rusiya nəzarət edirdisə, artıq bunu erməni sərhədçiləri həyata keçirəcək. Bütün bunları nəzərə aldıqda, ABŞ-ın buna kəskin reaksiya verəcəyini düşünmürəm. Üstəgəl, nəzarət məsələsi birmənalı şəkildə Rusiyanın xeyrinə həll olunmuş kimi qəbul edilməməlidir.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında Paşinyanın son çıxışında səsləndiriyi fikirlər kontekstində Ermənistan ittiham olunur. Yəni Azərbaycan hələ Zəngəzur dəhlizinin hansısa formada açılmasından, yaxud Rusiyanın nəzarətindən danışmır. Bir sözlə, mən bu məsələyə nöqtə qoymağa tələsmirəm.

- İran uzun müddətdir dəhlizə qarşı olduğunu bildirir, amma Paşinyan bəyan edir ki, açılacaq. Vəziyyət belədirsə, Tehran nə edəcək?

- Paşinyan açıq şəkildə deyir ki, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasına hazırdırlar. Əlbəttə, bunların Ermənistanın şərtləri daxilində olmasını istəyir. Sülh müqaviləsini bildik, razılaşdırılmış 13 bənd əsasında, yəni həll edilməmiş 3 maddə olmadan imzalanmasını istəyirlər. Bunu da niyə belə istədiklərini də biz yaxşı bilirik. Kommunikasiyaların açılmasına gəlincə, burada hiyələyə əl atırlar, İrəvanın bununla bağlı irəli sürdüyü layihədə Orta dəhlizdə Azərbaycanın yox, Ermənistanın körpü və qovşaq rolundan söhbət gedir. Paşinyan bunu “Sülh qovşağı” adı altında həyata keçirməyə çalışır.

İrəvan və onun Qərbdəki havadarları burada Azərbaycan yox, Ermənistanın əhəmiyyətini önə çıxarmağa cəhd göstərirlər. Hiylə buradadır.

İrana gəlincə, Ermənistan öz ərazisindən keçən dəhlizin açılmasına qərar veribsə, Tehran nə edə bilər? İran başqa bir ölkənin daxilində gedən prosesdə iştirakçı ola bilməz. İran indiyədək bu mövzu üzərindən ona görə oyun oynaya bilirdi ki, Ermənistan qarşı çıxırdı. Amma Ermənistan qərar verəndə İrandan gələn çat səslərini eşidəcəyik. İran heç nə edə bilməz, çünki bu, onun boyunu aşan məsələdir. Üstəgəl, İran bununla bağlı imzalanmış 10 noyabr anlaşmasında iştirakçı deyil, burada onluq bir iş yoxdur.

- Paşinyanın son mesajlarından sonra Türkiyə nəqliyyat naziri Abdülkadir Uraloğlu dəhlizin ən qısa vaxtda açılacağını söylədi. Uraloğlunun bu nikbinliyi haradan gəlir, bunun üçün zəmin varmı? Ən əsası, dəhlizin açılması baxımından İrəvanın “Sülh qovşağı” layihəsi Azərbaycan və Türkiyə tərəfindən istisna edilirmi?

- Əlbəttə. Bu, Türkiyədə "Sülh qovşağı" yox, Türk dəhlizi, türk dünyasını birləşdirən amil kimi qəbul edilir. Türkiyə rəsmilərinin bunun türk dünyasının quru yolla birləşməsindəki önəmi barədə kifayət qədər açıqlamalar var. Elə Uraloğlunun özü son açıqlamasında söylədi ki, Zəngəzur dəhlizi bütün türk dünyasını bir-birinə bağlayacaq. Bu, həm də Azərbaycanın baxışıdır.

Orta dəhliz Çinin Sincan əyalətindən başlayır, ora da türklərin – uyğurların yaşadığı bölgədir. Sincandan başlayan bu dəhliz Türküstan və Azərbaycan üzərindən keçərək Türkiyəyə uzanır. Bu, bir Türk dəhlizidir. Başqa sözlə, bu dəhlizə Rusiyanın nəzarət eləməsi Türkiyənin maraqlarına uyğun deyil. Türkiyə bəzi məqamları nəzərə alaraq buna qarşı çıxmır, susur. Azərbaycanın da marağı ondan ibarətdir ki, bu məsələ Ermənistanla Rusiya yox, Azərbaycanla Ermənistan arasında həllini tapsın. Bizim məqsədimiz Naxçıvan və əks istiqamətdə maneəsiz keçidin olmasıdır.

Uraloğlunun nikbinliyinə gəlincə, Ukraynada davam edən müharibə Rusiya, Qəzza və Livanda baş verənlər də Yaxın Şərqdən keçən dəhlizlərin açılmasını mümkünsüz elədi. Ticarət isə dayana bilməz. Bu durumda daha uyğun variantlar düşünülür ki, bu baxımdan Orta dəhlizdən optimal variant yoxdur. Buna görə də, Qərb, Rusiya, Çin, Türkiyə, ABŞ вЂ“ bütün dünya gücləri bu məsələ ilə məşğuldur. Yəni cırtdan Ermənistanın buna “yox” deməsi mümkün deyil. Bu, həll olunmuş məsələdir, sadəcə indi bu kommunikasiyaların hansı şərtlərlə açılması üzərində iş gedir. Mən də düşünürəm ki, bu, perspektivdə uzaq deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bir-birimizi görəndə doğmalığı hiss edirik"
Bu gün, 13:00
"Guya ki, bunların fövqəladə işləri var" - Məşhur YAP-çı sabiq deputat onları tənqid etdi
Bu gün, 12:57
“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
Bu gün, 12:54
Əgər yanacağın qiyməti qalxdısa... - AKTUAL
Bu gün, 11:42
2026-cı ildən NƏ GÖZLƏYƏK... - ARAŞDIRMA
Bu gün, 11:38
Etirazlar dördüncü gecədir səngimir, şəhərlərdə toqquşmalar - İran alov içində
Bu gün, 11:31
Avropa liderləri buna görə qəzəblidir
Bu gün, 11:09
Paşinyan Azərbaycanla sülhdən danışdı - TƏFƏRRÜAT
Bu gün, 11:05
Keçən ilin son günü 28 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - DİN
Bu gün, 11:00
Generalın bacılarının ŞOK ƏMLAK SİYAHISI - Bu, hələ harasıdır...
Bu gün, 10:53
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb
Bu gün, 10:30
"Amma qazın pulunu iki gün gecikdirsək..." - NARAZILIQ VAR...
Bu gün, 10:26
"Dəyərli şeyləri yanlış coğrafiyada həyata keçirmək olmaz" - Kənan MM
Bu gün, 10:19
2026-cı il BÜRCLƏRƏ nə gətirəcək? - PROQNOZ
Bu gün, 09:54
"Yaşayan Nostradamus"dan 2026-cı il üçün 10 QORXULU PROQNOZ
Bu gün, 09:45
"Kaspi" qəzeti 145 illiyini qeyd edir
Bu gün, 09:41
Bəs 15 dəqiqəlik pulsuz müddət harda qaldı... - MÜRACİƏT
Bu gün, 09:38
Gürcüstanın ən varlı adamı.... - Azərbaycanda da biznesi var...
Bu gün, 08:02
Dövlətin puluna DÜŞMƏN MÜNASİBƏTİ... - İl bitib artıq... TENDER-MENDER də lazım deyil...
Bu gün, 07:59
100 milyonlarla insan üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
Bu gün, 07:47
Azərbaycanda İŞİD təbliğatı necə aparılır? - Əlixan Musayev nə etmək istəyir?
Bu gün, 07:45
İranın Zəngəzur HƏYƏCANI - AXI NİYƏ?..
Bu gün, 07:40
Əgər Azərbaycanda İslam Bankı populyarlaşsa... - GƏLİŞMƏ
Bu gün, 07:27
Tariflər aztəminatlıları çətin duruma salır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:22
Mərkəzi Kəşfiyyat İdarəsi Putinin iqamətgahına hücumla bağlı məlumatları təsdiqləməyib - BU DA BU...
Bu gün, 07:17
Bu il mənzil bazarı NECƏ OLACAQ... - Ekspert deyir ki...
Bu gün, 07:15
Nitsşeni oxuyub insan kimi bu cür bədbəxt olacaqsansa... - Eminquey Akif
Bu gün, 07:09
ABB-dən ABB-yə də 5 manat?.. - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
'Alovlu at' ili dünyamız üçün sakit keçməyəcək... - İNCƏLƏMƏ
Bu gün, 06:53
'Gecikmiş ödəniş' bəhanəsi ilə pul çıxılır... - GİLEY
Bu gün, 06:48
Canlı yayında izləyiciyə nələr dedi... - "Paxıllığınızdan ölürsünüz, ölün"
Bu gün, 06:36
ABŞ əsl gerçəyi ortaya çıxaracaqmı? - İNCƏLƏMƏ
Bu gün, 06:33
ABŞ ordusu okeanda narkotik ticarəti ilə məşğul olan gəmilərə hücum edib - KİV
Bu gün, 06:21
Məhəmmədrza Arif istefa verdi, Pezeşkian qəbul etmədi
Dünən, 18:27
İran səfiri Ermənistan xalqını belə təbrik etdi - dost, qardaş...
Dünən, 18:25
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
Dünən, 18:22
Misir Mərdanov baş redaktor işləyəcək - ÖZÜ AÇIQLADI
Dünən, 12:40
Yeni müharibə olacaq, Paşinyanın istəyi reallaşacaq… – Regionu gözləyənlər
Dünən, 12:36
Güney Qafqazda ÇİNİ MÜDAXİLƏ... - Azərbaycan bu məsələdə...
Dünən, 12:31
Sosial şəbəkədə kriminal aləmi təbliğ edən gənc cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 11:25
47 günlük icra başçısının sirri: Nəsimini soyurmuş - Sözün əsl mənasında...
Dünən, 11:23
Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 11:20
Rusiyanın "rusdilli insanları qorumaq" planı... - NƏ BAŞ VERİR?
Dünən, 10:08
Sərhədimizdəki Aİ müşahidəçilərinin sülh minnəti - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 10:06
Almaniya müharibəyə hazırlaşır? - Məxfi plan
Dünən, 09:59
"Gerald R. Ford" gəmisinin Karib dənizində uzun müddət qalması ABŞ-ni problemlərlə üzləşdirir - KİV
Dünən, 09:01
Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir... - TƏFSİLAT
Dünən, 08:56
Sual açıq qalır: Qazax yolu, yoxsa Zəngəzur? - GƏLİŞMƏ
Dünən, 08:52
Azərbaycana ən çox dollar gətirən 10 şirkət - SİYAHI
Dünən, 08:49
Məcnun müəllimdən ŞÜBHƏLİ TENDER... - İLGİNC
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru