"Siyəzən rayon Qaz İstismar idarəsinə müraciət edirəm: verdiyiniz qaz başınıza dəysin..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Siyəzən rayon sakini Zamiq Əliyev yazır.
Narazı vətəndaş daha sonra bildirir: "180 manat ödəniş edirik, evi isidə bilmirik. Sonra şikayət edirəm, durub evə gəlib deyirlər ki, düz deyirsən...
Ay kişilər, bizi keyfiyyətli qazla təmin edəcəyiniz barədə bizimlə müqavilə bağlamısız... niyə keyfiyyətli qaz vermirsiz? Pulu iki gün gecikdirsək, üstümüzə bildiriş göndərirsiz ki, güya biz vəzifəmizi yerinə yetirmirik... Bəs siz nə zaman vəzifənizi doğru icra edəcəksiz?"








