İCRA BAŞÇISI QORUĞA QƏNİM KƏSİLİB
Tarix: 26-09-2012, 13:26 |
Çap et
LƏNKƏRANDA YAŞIL SOYQIRIM HƏAYATA KEÇİRİLİR
Lənkaranın icra başçısı Taleh Qaraşov “Qızılağac” qoruğunda “bioloji soyqırım” törətməklə məğuldur. Bu barədə daxil olan məlumatlarda bildirilir ki, icra başçısı istirahət günləri başının dəstəsi ilə sözü gedən qoruğa tez-tez səfər edir.
Məlumatlara görə, ov həvəskarı oldan Taleh Qaraşov hətta qoruğa 10-15 itlə birgə gəlir. İcra başçısı bir neçə məmurun müsayiəti ilə ov etdikdən sonra xüsusi quraşdırılmış vaqonlarda hətta bir neçə gün də gecələyir.
Mənbənin bildirdiyinə görə, Taleh Qaraşov və onun başının dəstəsi qoruğa gələndə prezidentin kortecindən də iri maşın karvanı müşayiət olunur. Adətən icra başçısı ova bayram günləri çox gəlir. Hətta icra başçısı ilə qoruğa gələn məmurların ov festivalının keçirildiyi də bildirilir. \ “AzeriNews” \