SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                     Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                 

"Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə..." - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 28-02-2024, 08:52 | Çap et
"Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə..."
“Bir belə zəhmət çək, zülm çək, xərc çək, apar axırda da tök zibilə. Vallah, yaşayış deyil, bu”, – fermer Zakir Mustafayev belə deyir.

Zakir Mustafayev əkdiyi soğanları sata bilməyən fermerlərdən biridir. Soğan təsərrüfatının geniş yayıldığı Ağcabədinin Ergi deyilən ərazisində tonlarla soğan alıcısına qovuşmadığı üçün xarab olur.

Zakir Mustafayev: “Səmənidi… Alınmayandan sonra neyləməliyik?”

Ergiyə gedən yollarda göyərmiş, çürümüş soğan kisələrinin yolboyu tullandığını görmək olur. Bu kisələrə 30-33 kq arası soğan yığılıb. Fermerlər deyir ki, 33 kq soğan üçün onlara 4 manat təklif olunur. Əgər bu qiymətdən satsalar, zərər edəcəklərini deyirlər.

“Xaricdən çox gəlir, Rusiyadan, cürbəcür yerlərdən gəlir. Öz soğanımıza baxan yoxdur. Alma kimi soğanlardı, di gəl ki, alan yoxdur. Kisəsi 5 manata, 6 manata sata bilmirik”, – Zakir Mustafayevin sözləridir.

Soğan təsərrüfatı ilə məşğul olan Şəmistan Cəfərov deyir ki, soğan təzə çıxdığı vaxt alıcılar onlardan kisə başına maya qiymətindən aşağı pul təklif etdikləri üçün məhsullarını satmayıb, bir qədər gözləmək istəyiblər. Amma zaman keçdikcə soğan çürüyüb, qiymət isə qalxmayıb:

“Pandemiyadan əvvəl satırdıq. Pulumuzu çıxara bilirdik, özümüzə də bir şey qalırdı. Amma pandemiyadan bəri heç zad yoxdur. Tək biz yox ha, buradakı obyektlərin hamısı ziyandadır. Bax məsəl üçün, altının maşınını satan, evini satan var. Çıxış yolu yoxdur. Bu, nə təhər dövlətdir, başım çıxmır”.

Azərbaycanda soğan təsərrüfatında məhsulların daxili bazarda satıla bilmədiyi bir vaxtda Nazirlər Kabineti soğanın xarici bazara çıxarılmasına qadağa qoyub. Baş nazir Əli Əsədov bunu daxili bazarda qiymətləri stabilləşdirmək üçün etdiyini açıqlayıb.

Meydan TV-yə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib ki, dövlətin bu addımı atmasında səbəb inflyasiyanın qabağını almaqdır. Amma bu qərar fermerləri çarəsiz qoyur.

Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir.

Ekspert Vahid Məhərrəmli ölkədə daxili tələbatı ödəmək üçün yetərli qədər məhsul olduğu qənaətindədir. Amma bildirir ki, bir çox hallarda soğan idxalına ehtiyac yaranır. Buna səbəb isə soğanın qorunması üçün soyuducuların olmamasıdır. Mütəxəssislər deyirlər ki, əgər dövlət təsərrüfatçıları soyuducu ilə təmin etsə, onlar da məhsulları çürüməsin deyə bütün soğanları eyni vaxtda bazara çıxartmağa məcbur olmazlar. Nəticədə həm onlar zərər etməz, həm də ölkə ilboyu soğan ilə təmin olunar.

“Soyuducumuz olmadığı üçün gücümüz çatmır soyuducuya yığmağa. Hava da isti keçdi, onunla bağlı göyərdi”, – fermer İlqar Cəfərov deyir.

Təsərrüfatçılar deyir ki, istehsal etdikləri məhsulun maya dəyəri də qalxıb.

Əslində kənd təsərrüfatına dövlət dəstəyi çərçivəsində gübrə təminatının da daxil edildiyi əkinçilik üzrə subsidiyaların verilməsinə 2019-cu ildən başlanılıb. 2022-ci il mineral gübrələrin bahalaşmasının mənfi təsirini azaltmaq üçün tərəvəzlər də daxil digər məhsullar üzrə subsidiyanın məbləğinin artırılması barədə qərar qəbul edilib. Belə ki, tərəvəzçilik üzrə subsidiyaların artımı 240 manatdan 260-a qalxıb.

Lakin bu gübrələr məhsulun sadəcə keyfiyyətini artırmaq üçündür, məhsuldarlığı artırmaq üçün olan gübrələri fermerlər öz vəsaitləri ilə almalı olur. Üstəlik dövlətin dəstəyi də bütün soğan əkənlərə şamil edilmir.

“Ammafos gübrəsini alırdıq biz 60-70 manata, amma vaxt var idi, 3-4 il qabaq alırdıq 20 manata. Heç zad da ayrılmır dövlətdən bizə. Hamısını öz cibimizin pulu ilə edirik. Gübrə pay torpağımız varsa, ona verilir. Amma belə əkin əkiriksə, ona verilmir”, -Şəmistan Cəfərov deyir.

Fermerlər şikayətlənir ki, nə əkməmişdən qabaq dövlət rəsmiləri onlarla görüş keçirib, nə də zərərləri ilə bağlı bir qurum onlarla maraqlanıb.

Meydan TV-yə danışan fermerlər növbəti il soğan əkməyəcəklərini deyiblər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi isə telefon zənglərini cavablamadığı üçün suallar cavabsız qalıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru