Zakir Həsənov Baş Qərargahı iki dövlət qurumu ilə kompensə edir
Tarix: 3-02-2014, 10:57 | Çap et
 DİA.AZ: - Zakir Həsənov müdafiə naziri postuna təyin olunandan sonra köklü kadr islahatlarına imza atdı. Müdafiə Nazirliyinin (MN) keçmiş rəhbərliyinin dövründə vəzifəyə təyin olunan şəxslərin yetərli hissəsi yeni nazirin əmri ilə işdən xaric edildi. Həmçinin nazirliyin tərkibində fəaliyyət göstərən bir sıra idarələr ləğv olundu. Qeyd edək ki, Zakir Həsənovun gəlişindən sonra orduya göndərilən gənclərin tibbi yoxlanışı məsələsi də yenidən qabardıldı. Belə ki, indiyə qədər hərbi xidmətə yola salınan gəncləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) hərbi həkim komissiyaları yoxlayırdı.
Komissiya üzvləri yoxlamanı düzgün formada aparmadığından bu gün yüzlərlə xəstə və vərəmli gənc ordu sıralarına göndərilib. Hərbi xidmətə yararsız gənclərin əsgərliyə göndərilməsində əsas təqsirkar isə sözsüz ki, xidmət rəisi, general-leytenant Arzu Rəhimovdur. Orduda xəstəlikdən dünyasını dəyişən gənclərin sayının artdığını görən müdafiə naziri Arzu Rəhimovu zərərsizləşdirmək üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb. Artıq SHXÇDX-nin hərbi xidmətə göndərdiyi gəncləri hərbi hisələrdə Müdafiə Nazirliyinin həkimləri təkrar müayinədən keçirəcək. Bu isə o deməkdir ki, general-polkovnik xidmət rəisinin bu sahədəki səlahiyyətlərinin bir hissəsini onun əlindən almaq istəyir. Hərbi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyinin (MSN) Müdafiə Nazirliyinə birləşdirilməsi təşəbbüsü ilə ölkə rəhbərliyi qarşısında məsələ qaldırmağa hazırlaşır: В«Xarici təcrübədə hərbi sahədə fəaliyyət göstərən qurumların ayrı-ayrı nazirliklər halında mövcudluğu yoxdur. Bu məsələ ötən illərdə bir neçə dəfə gündəmə gəlib. Ancaq müəyyən səbəblər üzündən Yavər Camalovun rəhbərliyi altında fəaliyyət göstərən qurum Müdafiə Nazirliyinin strukturuna daxil edilməyib. Ölkəmizin hərbi sahəyə yönəltdiyi vəsaitlər ildən-ilə bir az da çoxalır. Hərbi qüdrətimiz artır. Qeyri-döyüş şəraitində bacardığımız qədər hərbi imkanlarımızı genişləndirməliyik ki, müharibə başlasa, heç bir problem yaşamayaq. Hazırkı durumda Müdafiə Sənayesi Nazirliyinin gördüyü işlər yuxarıları razı salmır. Zakir Həsənov bunu nəzərə alaraq Yavər Camalova qarşı əks hücuma keçib. Müdafiə naziri vəzifəyə yenicə təyin edilib. Ölkə rəhbərliyi tərəfindən ona inam böyükdür. Nazirin həyata keçirmək istədiyi işlərə ötəri yanaşılmırВ». Mənbə vurğulayır ki, MSN MN-ə birləşdirilsə, hərbi istehsal sahəsində daha böyük uğurlar qazanıla bilər: В«Müdafiə Sənayesi Nazirliyinin bəzi müəssisə və zavodlarında korrupsiya faktları tüğyan edir. Bununla bağlı aidiyyəti prokurorluq orqanları dəfələrlə araşdırma aparıb ictimaiyyəti məlumatlandırıblar. Yəni dövlətin sözügedən quruma ayırdığı vəsaitlər sanki boşa gedir. Bu səbəbdən iki nazirliyin birləşdirilməsi inandırıcı variantdır. Yavər Camalov rəsmi dairələrdə nüfuzunu böyük ölçüdə itirib. Onun adı iş fəaliyyətindən daha çox biznes məsələlərində hallanır. Paytaxt ərazisində nazirin onlarla obyekti var. Əlbəttə, dövlət məmurunun biznesmen kimi ad çıxarması yolverilməzdir. Hesab edirəm ki, Zakir Həsənov Yavər Camalovun səlahiyyətlərinin ona həvalə edilməsi istəyi ilə yuxarılarda məsələ qaldırsa, mütləq müsbət cavab alacaqВ».
Bu arada redaksiyamıza maraqlı məlumatlar da daxil olub. Hökumət içindəki bilgili qaynaqların DİA.AZ-a verdiyi informasiyalardan aydın olur ki, artıq hakim çevrələrdə böyük rəğbətlə qarşılanan və В«kəsdiyi başa sorğu olmayanВ» Zakir Həsənov Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı Səfərbərliv və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də Müdafiə Nazirliyinə birləşdirilməsi tələbi ilə çıxış edib.
Mənbə iddia edir ki, artıq hər iki qurumun müdafiə nazirliyinin rəhbərliyi altında birləşdirilməsinin hüquqi bazasının yaradılması işi həyata keçirilir. Xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin Baş Qərargahının nazirlikdən ayrılması barədə Milli Məclisdə müvafiq tədarükün həyata keçirilməsi barədə xəbərlər yayıldı. İndi isə aydın olur ki, Baş Qərargahı itirmə ərəfəsində olan Zakir Həsənov bunun qarşılığında iki dövlət qurumuna nəzarəti ələ almağa çalışır.
Mənbənin söylədikləri: В«Əslində əvəllər hərbi çağırış Müdafiə Nazirliyində olsa da, sonradan bu mövqelər Səfər Əbiyevin zəifləməsi səbəbindən itirildi. İndi isə Zakir Həsənov Baş Qərargahın müstəqilləşəcəyi təqdirdə Müdafiə Sənayesi Nazirliyini və Səfərbərliv və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini geriyə - Müdafiə Nazirliyinin balansına qaytarılmasına çalışırВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bu gün BMT canlı meyitdir - Natiq Miri
Bu gün, 17:55 |
|
|
|
| • Son 3 ayda 144 min əcnəbi quru yolla Azərbaycana daxil olub – Rəsmi
Bu gün, 17:49 |
|
|
|
| • Deputat oğlunun “Crystal Group”u dövlət büdcəsini necə "idarə edir"? - İmtiyazlı podratçı...
Bu gün, 17:42 |
|
|
|
| • Azay Quliyev də İŞLƏRİ DÜZ APARMAYIB... - DETALLAR
Bu gün, 17:31 |
|
|
|
| • Ermənilərin Xocalıdakı cinayətlərinə etirazını bildirən rusiyalı yazıçı Yuri Pompeyev vəfat edib
Bu gün, 17:28 |
|
|
|
| • Şuşa rayon Mərkəzi Xəstəxanasının tikintisində sovrulan milyonlar... - Qarabağın bərpasına da HARAM QATIBLAR
Bu gün, 17:24 |
|
|
|
| • Dövlət Statistika Komitəsinin anbarında 4.7 milyon manatlıq istifadəsiz planşet aşkarlandı - DÖVLƏTİ SANKİ QARƏT EDİBLƏR...
Bu gün, 17:23 |
|
|
|
| • Siraqəddin Cabbarov onu işdən çıxardı - ƏMR
Bu gün, 17:20 |
|
|
|
| • Dövlət Agentliyi "Kontakt Home"da qanun pozuntuları aşkarlayıb - DETALLAR
Bu gün, 17:11 |
|
|
|
| • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
Bu gün, 17:10 |
|
|
|
| • Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 17:06 |
|
|
|
| • “İdmançılara lazımi maddi və mənəvi dəstək verilmir” -Tofiq Musayev
Bu gün, 17:04 |
|
|
|
| • Mədəniyyət Nazirliyində rəis müavini, sosial ev, daha nələr: 72 minlik dələduzluq etdi, həbs olunmadı - TƏFƏRRÜAT
Bu gün, 16:55 |
|
|
|
| • General Kənan Aşurlunun rəhbərlik etdiyi qurumda pozuntular - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
| • “Kreml bunu “qırmızı xəttə yaxınlaşma” kimi qəbul edir” – İlginc açıqlamalar
Bu gün, 16:48 |
|
|
|
| • Azərbaycanda meyvə bazarında "QİYMƏT TERRORU" - Ekspertdən xəbərdarlıq
Bu gün, 16:43 |
|
|
|
| • Terrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 16:42 |
|
|
|
| • Ayda 925 manata kim ev ala bilər? - ŞƏRH
Bu gün, 16:38 |
|
|
|
| • İLGİNC RƏQƏM: Mart ayında İrana 5 minə yaxın azərbaycanlı gedib - SAVAŞ GEDƏ-GEDƏ...
Bu gün, 16:31 |
|
|
|
| • Gəncədə yeni təyinat: icra hakimiyyətində dəyişiklik - ƏMR
Bu gün, 16:29 |
|
|
|
| • Azərbaycan səhiyyəsi ÇALXALANIR – Bir gündə 4 səs-küylü İSTEFA
Bu gün, 16:27 |
|
|
|
| • Sarkisyanın qardaşı qızının elektrik stransiyası var imiş
Bu gün, 16:24 |
|
|
|
| • Azərbaycan və Latviya arasında əməkdaşlıq genişlənir - MƏQALƏ
Bu gün, 16:21 |
|
|
|
| • Azərbaycan-Latviya münasibətləri davamlı olaraq genişlənəcək və inkişaf edəcəkdir - İsrafil Kərimovun yazısı
Bu gün, 16:19 |
|
|
|
| • Mədəniyyət Nazirliyi bahalı təlim xidmətləri satın alıb
Bu gün, 16:06 |
|
|
|
| • Muğanlı–İsmayıllı–Qəbələ yolu bir həftə bağlı olacaq - DİQQƏT
Bu gün, 16:05 |
|
|
|
| • İmişlidə Qarabağ Qazisini işdən çıxaran vəzifəli şəxs barəsində ŞOK İDDİA - Görün, kimin qardaşıdır...
Bu gün, 16:03 |
|
|
|
| • İrəvan Avropa İttifaqının yeni missiyası ilə bağlı açıqlama verdi
Bu gün, 15:34 |
|
|
|
| • Azərbaycanda 4 hotelin ulduz kateqoriyası ləğv edilib
Bu gün, 15:27 |
|
|
|
| • XİN-in idarə rəisi Bakıda kuryerin motosikletini vurdu, hədə-qorxu gəldi - VİDEO
Bu gün, 15:26 |
|
|
|
| • Mühüm gəlişmə: Saleh Məmmədov həbs edilir? – Heyrət doğuran FAKTLAR YAYILDI
Bu gün, 15:17 |
|
|
|
| • Danışıqlara da, müharibəyə də hazırıq - İrəvani
Bu gün, 15:14 |
|
|
|
| • Evlərə "kupça" veriləcək: Əfv gəlir - AKTUAL
Bu gün, 15:13 |
|
|
|
| • İrəvan AB-yə qoşulsa, ÜDM-nin 23%-ni itirəcək - Şevtsov
Bu gün, 15:11 |
|
|
|
| • “Xalq Bank”ın idarə rəislərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 15:08 |
|
|
|
| • Azərbaycan insanı çox yemir, bahalı yeyir - EKSPERTDƏN İZAH
Bu gün, 15:05 |
|
|
|
| • Abid Şərifovun nəvəsi Londondakı şirkətinin adını dəyişib - DETALLAR
Bu gün, 15:01 |
|
|
|
| • Növbəti ABŞ-İran savaşı region üçün fəlakətə çevrilə bilər... - İNCƏLƏMƏ
Bu gün, 14:59 |
|
|
|
| • TƏBİB-in yeni rəhbəri daha iki nəfəri işdən çıxardı
Bu gün, 14:55 |
|
|
|
| • Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yeni saytı təqdim olundu – FOTO
Bu gün, 14:52 |
|
|
|
| • Dostunu boğazından bıçaqlayana AĞIR CƏZA tələbi
Bu gün, 14:49 |
|
|
|
| • Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Bu gün, 14:47 |
|
|
|
| • Daha bir direktor işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 14:44 |
|
|
|
| • Avropa İttifaqı Ermənistana girir - Cənubi Qafqazda gizli mübarizə başlayır
Bu gün, 14:07 |
|
|
|
| • Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
Bu gün, 14:02 |
|
|
|
| • “Simonyan Türkiyəni şantaj edir”
Bu gün, 13:07 |
|
|
|
| • "Çəkilmə araq qoxusu var" - Paşinyanın məktəbdə dedikləri diqqət çəkdi
Bu gün, 13:04 |
|
|
|
| • Melonidən Solovyov barədə: - Bu karikaturaya görə yolumuzu dəyişməyəcəyik
Bu gün, 13:02 |
|
|
|
| • Könül Ələkbərov vəzifəsindən azad edildi - ÖZÜ TƏSDİQLƏDİ
Bu gün, 12:59 |
|
|
|
| • SEPAH sağa-sola hədə yağdırır - Göründüyü kimi...
Bu gün, 12:57 |
|
|
|
|