Ermənilərdə uzun zamandır kök salmış xəstəlik yenidən baş qaldırmağa başlayıb.
Tribuna.az xəbər verir ki, İrəvanda fəaliyyət göstərən “Pan-Ermənistan Cəbhəsi” qondarma “Böyük Ermənistan xəritəsi” kampaniyasına başlayıb.
Bildirək ki, kampaniyanın təşəbbüskarı həmin təşkilatın rəhbəri Arsen Vardanyandır. Vardanyan İrəvanın Azadlıq Meydanında “xəritə”nin təbliği və satışı ilə bağlı kampaniyaya start verib.










