Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                 

Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Tarix: Bu gün, 18:39 | Çap et

Rusiya və Ermənistan arasında hazırda mövcud olan siyasi-ideoloji gərginlik sadəcə, ikitərəfli münasibətlərdə yaşanan böhran deyil... Yəni, bu "soyuq savaş" əslində, yeni dünya düzəninin postsovet məkanına da sıçrayan ilkin nəticələrinin məhz Cənubi Qafqazdakı real təzahürüdür...

Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma israrı və Kremlin “qırmızı xətləri” Ermənistanı artıq geopolitik savaş poliqonuna çevirib. Bu baxımdan, rəsmi İrəvanın Avropa Birliyinə yönəlməsi ətrafında yaranan mübahisələr Cənubi Qafqazda yeni geopolitik qarşıdurma mərhələsinin başladığını göstərir. Hər halda, son vaxtlar rəsmi İrəvan və Brüssel arasında siyasi dialoqun intensivləşməsi, Avropa strukturları ilə əməkdaşlığın genişlənməsi və Paşinyan hakimiyyətinin Qərbə yönəlik bəyanatları regionda güc balansının dəyişmə ehtimallarını artırır.

Ancaq Avropa Birliyi daxilindən gələn son açıqlamalar onu göstərir ki, Ermənistanın yaxın perspektivdə bu quruma tamhüquqlu üzv olması hələ də olduqca mürəkkəb və qeyri-müəyyən proses olaraq qalmaqdadır. Belə ki, avropalı siyasətçilərin fikrincə, Ermənistan Avropa Birliyində müəyyən siyasi rəğbət qazanıb və son illərdə qarşılıqlı münasibətlər kifayət qədər inkişaf edib. Bununla belə, Ermənistanın coğrafi mövqeyi, regiondakı təhlükəsizlik problemləri, qonşu dövlətlərlə mürəkkəb münasibətləri və mövcud iqtisadi reallıqları onun Avropa Birliyinə inteqrasiya hədəfini çətinləşdirən əsas amillərdir.

Ona görə də, Qərb siyasi dairələrində Ermənistanın 2030-cu ilə qədər Avropa Birliyinə üzvlük ehtimalı real siyasi ssenaridən daha çox uzunmüddətli strateji məqsəd kimi qiymətləndirilir. Halbuki, Qərb siyasi mərkəzləri Ermənistanın bu hədəfini ümumiyyətlə, ideoloji xəyalpərəstlik hesab edirlər. Və onların fikrincə, bu hədəfin nə vaxtsa, reallaşa biləcəyinə ümid bəsləmək müəyyən mənada, sadəlövhlükdən başqa bir şey deyil.

Təbii ki, belə vəziyyət Paşinyan hakimiyyətini olduqca mürəkkəb seçim qarşısında qoyur. Yəni, rəsmi İrəvan bir tərəfdən, suveren xarici siyasət kursunu gücləndirmək, digər tərəfdən isə uzun illər formalaşmış Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrini də qorumaq istəyir. Və bu səbəbdən də, rəsmi İrəvanın Kreml ilə münasibətləri tədricən “soyuq müharibə” mərhələsinə keçid etməyə başlayıb.

Məsələ ondadır ki, Ermənistan-Rusiya münasibətləri vaxtilə postsovet məkanında ən yaxın müttəfiqlik örnəyi hesab olunurdu. Kreml rəsmi İrəvanın əsas təhlükəsizlik tərəfdaşı, enerji və iqtisadi sahədə isə vazkeçilməz dayağı sayılırdı. Üstəlik, Ermənistan Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Avrasiya İqtisadi İttifaqından (Aİİ) geniş şəkildə faydalanırdı.

Ancaq İkinci Qarabağ müharibəsində hərbi məğlubiyyətdən sonra Ermənistan cəmiyyətində Rusiyanın təhlükəsizlik sisteminə yönəlik ənənəvi etimad ciddi şəkildə sarsıldı. Belə ki, rəsmi İrəvan Rusiyanın müttəfiqlik öhdəliklərini tam şəkildə yerinə yetirmədiyini bəyan edərək, Kremlə qarşı sərt ittihamlar irəli sürməyə başladı. Kremldə isə hesab edirlər ki, Paşinyan hakimiyyəti Qərbə yaxınlaşma siyasəti ilə Cənubi Qafqazda mövcud olan geopolitik balansı Rusiyanın əleyhinə dəyişməyə çalışır.

Beləliklə də, əvvəlki strateji müttəfiqlik modeli öz yerini qarşılıqlı ittihamlara, siyasi narazılıqlara və Kremlin rəsmi İrəvana yönəlik təzyiq mexanizmlərinə vermiş oldu. Rusiyanın narahatlığının əsas səbəbi isə Ermənistanın Qərbə yaxınlaşma cəhdlərinin yalnız siyasi-diplomatik seçim olmaması ilə bağlıdır. Yəni, Kreml bunu Qərbin postsovet məkanında təsir dairəsinin genişlənmə təhlükəsi kimi qəbul edir. Xüsusilə də, Ukrayna savaşının başlanmasından sonra Rusiya üçün postsovet ölkələrinin geopolitik istiqamət seçimi daha böyük əhəmiyyət daşımağa başlayıb.

Ona görə də, Rusiya hazırda Ermənistana qarşı iqtisadi təzyiq vasitələrindən geniş şəkildə istifadə etməyə çalışır. Çünki Ermənistanın Rusiyadan asılı olduğu əsas sahələr sırasında iqtisadiyyat ən ön planda yer alır. Çünki Ermənistanın ixrac bazarları, enerji sektoru, əmək miqrasiyası və maliyyə əlaqələri hazırda məhz Rusiyaya bağlıdır. Bu baxımdan, Kremlin son vaxtlar Ermənistana qarşı müxtəlif iqtisadi məhdudiyyətlər tətbiq etməsi rəsmi İrəvana siyasi mesaj hesab olunur. Və əsas məqsəd Paşinyan hakimiyyətinə Rusiya ilə münasibətlərdə kəskin dönüşün mütləq ağır iqtisadi nəticələrinin olacağı barədə sərt xəbərdarlıq etməkdir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyətinin xarici siyasəti son vaxtlara qədər çox mürəkkəb balans oyunları üzərində qurulmuşdu. Rəsmi İrəvan Qərbə yaxınlaşmağa çalışsa da, Kreml ilə açıq qarşıdurmadan da qaçmağa cəhd göstərirdi. Hətta baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan heç bir dövlətə qarşı istifadə ediləcək platformaya çevrilməyəcək və rəsmi İrəvan Rusiya ilə münasibətlərin əhəmiyyətini çox yaxşı anlayır. Və eyni zamanda, Paşinyan hakimiyyəti Avropa Birliyi ilə əməkdaşlığı da Ermənistanın dövlət suverenliyinin gücləndirilməsi üçün önəmli istiqamət kimi təqdim edir.

Ancaq Paşinyan hakimiyyətinin bu siyasəti qarşısında ən böyük problemi ondan ibarətdir ki, həm Rusiya, həm də Qərb rəsmi İrəvandan artıq daha aydın geopolitik seçim gözləyir. Kremldə hesab edirlər ki, rəsmi İrəvanın Qərbə yönəlik hər bir ciddi addımı Rusiyanın Cənubi Qafqazdakı geopolitik mövqelərini zəiflədir. Və Qərb isə Ermənistanın xarici siyasət dəyişiklikləri ilə bağlı daha konkret addımlar atmasını istəyir. Və bu baxımdan, rəsmi İrəvanın “həm Rusiya, həm də Qərb ilə əməkdaşlıq” taktikası getdikcə, Ermənistan üçün daha qəliz situasiya yaradır.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi Ermənistan üçün siyasi və iqtisadi alternativ yarada bilər. Belə ki, Qərblə yaxınlaşma xarici investisiyaların artması, hüquqi islahatların sürətlənməsi və Ermənistanın manevr imkanlarının genişlənməsi baxımından, böyük əhəmiyyət daşıyır. Ancaq Avropa Birliyinə üzvlük yalnız rəsmi İrəvanın siyasi istəyindən asılı də deyil. Və xüsusilə də, Ermənistanın coğrafi mövqeyi, regionda hərbi-siyasi gərginlik, rəsmi İrəvanın qonşu dövlətlərlə qəliz münasibətləri, eləcə də təhlükəsizlik problemləri bu prosesi daha da mürəkkəbləşdirir.

Digər tərəfdən, Avropa Birliyi üçün də Ermənistanın bu quruma üzvlüyü sadəcə, genişlənmə məsələsi deyil. Yəni, bu, həm də Rusiya ilə gərgin münasibətlər, Cənubi Qafqazdakı hərbi təhlükəsizlik balansı və regiondakı digər geopolitik aktorların reaksiyası ilə bağlı verilə biləcək geostrateji qərar anlamı daşıyır.

Göründüyü kimi, Ermənistan ətrafında gedən proseslər əslində, daha böyük geopolitik dəyişikliklərin tərkib hissəsidir. Çünki Cənubi Qafqaz hazırda Rusiya, Avropa Birliyi, ABŞ, Türkiyə və digər regional güclərin maraqlarının kəskin şəkildə toqquşduğu geopolitik məkana çevrilib. Və bu baxımdan, rəsmi İrəvanın qarşısında Ermənistanın təhlükəsizlik və iqtisadi inkişaf modelini hansı qlobal güc mərkəzi ilə tərəfdaşlıq sayəsində yenidən qura biləcəyini müəyyən etmək kimi bir hədəf dayanır.

Belə anlaşılır ki, əgər, rəsmi İrəvan Ermənistanın Rusiyadan asılılığını azaltmaq istəyirsə, onda bunun üçün alternativ iqtisadi və təhlükəsizlik mexanizmləri yaratmağa çalışmalıdır. Əks təqdirdə, rəsmi İrəvanın siyasi kurs dəyişiklikləri Ermənistan üçün olduqca ciddi ölkədaxili və xarici təzyiqlər yarada bilər. Və bu baxımdan, Paşinyan hakimiyyətinin yaxın vaxtlarda daha qətiyyətli, həm də prinsipial siyasi qərarlar vermək məcburiyyətində qala biləcəyi qətiyyən istisna deyil.

Bütün bunlar onu göstərir ki, Rusiya və Ermənistan arasında hazırda mövcud olan siyasi-ideoloji gərginlik sadəcə, ikitərəfli münasibətlərdə yaşanan böhran deyil. Yəni, Rusiya və Ermənistan arasındakı "soyuq savaş" əslində, yeni dünya düzəninin postsovet məkanına da sıçrayan ilkin nəticələrinin məhz Cənubi Qafqazdakı real təzahürüdür. Və Ermənistan isə bu yeni geopolitik oyunda böyük təhlükəsizlik riskləri ilə üz-üzə qalan əsas ölkələrdən birinə çevrilib.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Bu gün, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Bu gün, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Bu gün, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Bu gün, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Bu gün, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Bu gün, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Bu gün, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Bu gün, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Bu gün, 16:18
Sabah Məhərrəm ayı başlayır
Bu gün, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru