Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                     Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər .....                     Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA .....                     Rusiya Krımı necə itirir .....                     ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir .....                     ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər .....                     "Həqiqəti yazırdım... ona da icazə verilmir" .....                     Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ .....                     Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi .....                     "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" .....                 

Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Tarix: Bu gün, 11:52 | Çap et

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkə arasındakı münasibətlərin tarixində yeni mərhələnin əsasını qoydu. Məhz Milli Qurtuluş Günündə imzalanan bu sənəd Azərbaycan-Türkiyə qardaşlığının, strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək siyasi ifadəsi kimi qiymətləndirilir.
Şuşa Bəyannaməsi siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik, təhsil, mədəniyyət və digər strateji istiqamətlər üzrə əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur. Sənəd iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəldərək qarşılıqlı fəaliyyətin hüquqi və siyasi əsaslarını möhkəmləndirib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bəyannamənin əsasında Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarında ifadə olunan qardaşlıq fəlsəfəsi dayanır. Şuşada imzalanan bu sənəd Azərbaycan və Türkiyə xalqlarının ortaq tarixi, milli-mənəvi dəyərləri və gələcək inkişaf hədəflərinin təzahürü kimi mühüm əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəd hesab olunur. Bəyannamədə nəzərdə tutulan əməkdaşlıq mexanizmləri Cənubi Qafqazda inteqrasiya proseslərini sürətləndirir, yeni iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsinə geniş imkanlar yaradır.
Sənədin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat - kommunikasiya imkanlarının artırılması iki ölkənin iqtisadi qüdrətinin daha da güclənməsinə xidmət edir. Xüsusilə Zəngəzur dəhlizi və Orta Dəhliz çərçivəsində həyata keçirilən layihələr Azərbaycan və Türkiyənin Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir.
Bəyannamə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını da prioritet istiqamət kimi müəyyənləşdirib. Tərəflər hərbi əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi, silahlı qüvvələrin müasir tələblərə uyğun inkişaf etdirilməsi və qarşılıqlı təhlükəsizliyin təmin olunması ilə bağlı mühüm razılaşmalar əldə ediblər. Bu istiqamətdə əməkdaşlıq hər iki ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və regional təhlükəsizliyin təmin olunmasına töhfə verir.
Şuşa Bəyannaməsində xarici siyasət sahəsində koordinasiyanın gücləndirilməsi də xüsusi yer tutur. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi davam etdirmək, regional və qlobal məsələlərdə ortaq mövqedən çıxış etmək barədə razılığa gəliblər. Bu yanaşma Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunun daha da artmasına şərait yaradır.
Sənəddə informasiya siyasəti və diaspor fəaliyyəti üzrə əməkdaşlıq da əksini tapıb. Xaricdə yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyətinin genişləndirilməsi, informasiya mübadiləsinin gücləndirilməsi və media sahəsində koordinasiyanın artırılması qarşıya qoyulan əsas məqsədlər sırasındadır.
Şuşa Bəyannaməsi həm də Ermənistanda revanşist meyillərə qarşı mühüm siyasi mesaj kimi dəyərləndirilir. Sənəd Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yönələn hər hansı təhdidlərə qarşı qətiyyətli mövqeni ortaya qoyur və iki qardaş dövlətin strateji həmrəyliyini nümayiş etdirir.
Bəyannamənin imzalanmasından sonra hər il iyunun 15-də Şuşada bu tarixi sənədin əhəmiyyətinə həsr olunan konfranslar keçirilir. Son illərdə təşkil olunan beynəlxalq tədbirlərdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, Türk dünyasının gələcəyi, regional təhlükəsizlik və yeni geosiyasi çağırışlar geniş müzakirə olunur.
Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji yol xəritəsi kimi çıxış edir. Sənəd iki dövlət arasında sarsılmaz müttəfiqliyin, ortaq maraqların və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir.
Rəhman Mehdiyev
Vətən müharibəsi şəhidi Rəşad Mehdiyevin atası, Birinci Qarabağ müharibəsinin qazisi
"DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Bu gün, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Bu gün, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Bu gün, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Bu gün, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Bu gün, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Bu gün, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Bu gün, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Bu gün, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Bu gün, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Bu gün, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Bu gün, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Bu gün, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Bu gün, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Bu gün, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Bu gün, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Bu gün, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Bu gün, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Bu gün, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Bu gün, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Bu gün, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Bu gün, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Bu gün, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19
"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05
"Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03
Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49
Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34
Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33
Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru