Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                     Xudavəng Monastır Kompleksi... .....                     Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı .....                     Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. .....                     Putinlə Tramp nə barədə razılığa gəliblər? .....                     Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq .....                     DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... .....                     Elm və Təhsil Nazirliyi ləğv edilsin! .....                     5 ayda 0 faiz artım.... .....                     Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər .....                     Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA .....                     Rusiya Krımı necə itirir .....                     ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir .....                     ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər .....                     "Həqiqəti yazırdım... ona da icazə verilmir" .....                     Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ .....                     Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi .....                     "Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" .....                     Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir .....                     Artıq açıq oğurluğa keçiblər .....                     "Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı .....                     "Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..." .....                     Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! .....                     Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI .....                     Ermənistan qan çanağına dönür: .....                     Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb .....                     Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi .....                     Vaxt çatdı: raketlər hazırdır .....                     Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib .....                     Hacıyev Dilicanda tarix yazdı .....                     Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? .....                     Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir .....                     Paşinyan xaricdə təhsil alan ermənilərə jest... .....                     Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu .....                     İndi də müştəriyə belə problem yaradırlar .....                     "İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" .....                     Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... .....                     "Bakının xarici "məsləhətçilərə" ehtiyacı yoxdur, təzyiqlər nəticə verməyəcək" .....                     İki ölkə bağlı Kremli qəzəbləndirən xəbər .....                     “Qayalı”nın sahibinin ailəsinə qarşı 600 minlik şantaj: Həbs olunan var .....                 

5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 07:56 | Çap et

Ölkədə ilk 5 ay ərzində iqtisadi artımın 0% olmasının səbəbləri haqqında sualları cavablandırmamağımın bircə səbəbi var. Həm səbəblər dərinləşir, ciddiləşir, iqtisadi daralma öz-özünü sürətləndirir, həm də əslində bir çox səbəbləri də qeyd etdikdə həll yollarının da vurğulanması lazım olur ki, bu da kifayət qədər uzun çəkər.
Məsələn, cəmiyyətdə tez-tez təkrarlanan bir fikir var ki, inhisarçılıq aradan qaldırılmalıdır. Əvvəla, inhisarçılığın özünün nə olduğu, mahiyyəti, kiçik və böyük ölkələrdəki xüsusiyyətləri, yaranma və aradan qaldırılma mexanizmlərinin özü haqqında həm cəmiyyətdə, həm də hətta bir sıra (yalnız nəzəriyyəyə əsaslanan, dərin və əhatəli empirik təhlilləri olmayan) rəsmi şəxslər və mütəxəssislər arasında da doğru hesab edilən yanlış düşüncələr çoxdur.
Daha bir misal. Ölkədə istehsal və emalın əhəmiyyəti hələ də tam olaraq mənimsənilməyib. Müasir dövrdə hazır məhsullar üzrə qlobal rəqabət çox güclüdür. Bu səbəbdən hər hansı bir ölkə xoşuna gələn hər hansı məhsulu istehsal edib müvəffəqiyyət qazana bilməz. Bu səbəbdən həm ölkəmizdə, həm də xarici ölkələrdə bir çox istehsal-emal müəssisələrinin bir çox açıldığı tarixdən növbəti bir il ərzində bağlanır. Hər bir məhsulun istehsalı üzrə mütləq və nisbi üstünlüklərini, bazar, rəqabət və satış həcmlərini müəyyənləşdirmək üçün çoxsaylı datalar lazımdır. Hətta dövlət orqanında olmalı olan data belə olmadığı üçün bu cür təhlillərin aparılması mümkün olmasa da, görülən tədbirlər nəticəsində yaxın 1 il ərzində nisbətən bu nəticəyönümlü araşdırmaların aparılması mümkün olacaq.
İndi isə əsas mövzumuza keçək. Konkret olaraq iqtisadi artımın 0% olmasının rəsmən səsləndirilmiş səbəbi dövlət investisiya layihələrinin müddətlərinin təxirə salınması olmuşdur. Yəni, ilk 5 ayda icra olunmalı layihələr növbəti 7 ay ərzində icra olunacağı üçün ilk 5 ayın ÜDM-nə təsir etmişdir. Əslində populizm və əsaslandırılmamış tənqiddən uzaq bir şəkildə tam olaraq elmi bir tezis kimi bu fikri təhlil etməyə çalışaq. Əslində məsələlərin bu cür qoyuluşu, müəyyən səbəblərin göstərilməsi təqdirəlayiqdir ki, müzakirə və təhlillərlə həqiqət də əldə olunur. Oxucuları yorduğu üçün çoxsaylı rəqəmlərə getmədən məsələni sadə bir məntiqlə izah etməyə çalışacam.
Bildiyimiz kimi 4 komponent ÜDM-nin xərc üsulu ilə hesablanmasının tərkib hissəsidir. Yəni, ÜDM = İstehlak+Dövlət Xərcləmələri+İnvestisiyalar+Xalis ixrac (ixrac-idxal). Deməli, rəsmən səsləndirilən fikir budur ki, dövlət layihələri üzrə investisiya xərcləri azaldığı üçün ÜDM artmayıb. Təhlil edək.
Analitik təhlil zamanı hər hansı komponentin nəticəyə təsirini ölçərkən birinci addım kimi digər komponentlərin dəyişməz olduğu qəbul edilir. Yəni, istehlakda ciddi bir azalma olmadığını qəbul edək. Əslində bu komponent üzrə də növbəti yaxın dövrlərdə ciddi mənfi siqnallar gözləyirəm. Dövlət xərcləmələrində cari xərclər vaxtında yerinə yetirilir. Dəyişmə yoxdur. Xalis ixrac. Bu önəmli amildir. 28 fevraldan 31 mayadək neftimizi büdcədə nəzərdə tutulduğundan 1.5-2.2 dəfə (90-142 dollar aralığında) baha satmışıq. Eyni fikir qaza da aiddir. 2026-cı ilin 01 yanvar - 28 fevral tarixində isə neftimizi büdcədə nəzərdə tutulan 65 dollar ətrafında satmışıq. İxracın 88-89%-nin neft, qaz və neft məhsulları olduğunu nəzərə alsaq xalis ixracda ilk 5 ayda qiymət baxımından təxminən ortalama olaraq 1.7 dəfə artım var. Hasilatda azalma məsələsi öncədən proqnozlaşdırıldığı üçün təsiri ixracdan gələn gəlirlərdə öncədən nəzərə alınır. İxracın 88%-ni təşkil edən bu amilin ÜDM-yə, Dövlət Neft Fondunda valyuta daxilolmalarına, SOCAR-ın gəlirlərinə, büdcə gəlirlərinə birbaşa müsbət və kifayət qədər hiss olunacaq qədər təsiri var. Bu istiqamətdə təhlilin aparılacağını nəzərə alaraq nəticə etibarilə görürük ki, 2026-cı ilin ilk 5 ayında icrası növbəti aylara keçirilmiş dövlət əsaslı vəsait qoyuluşu + Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə yenə də müddəti növbəti aya keçirilmiş investisiya layihələrinin cəmi 2026-cı ilin ilk 5 ayında neft-qaz-neft məhsulları üzrə ixracdan nəzərdə tutulduğundan artıq vəsaitlərdən çox deyil. Burada özüm-özümə opponentlik edəcəm. Axı biz neftimizi futures müqavilələri əsasında satırıq və vəsaitlərin bir hissəsi faktiki daxil olmayıb. Cavabım: Əvvəla, daxil olmayan həmin vəsait fərqi Dövlət Neft Fonduna faktiki valyuta daxilolmalarında öz əksini tapır. Amma SOCAR-ın neft-qaz-neft məhsullarından satış üzrə hesablanmış gəlirlərinə ciddi təsir göstərmir. İkincisi, keçən il ərzində dövlət investisiya layihələri icra olundu və il ərzində iqtisadi artım ilkin olaraq 3.3-3.5% həcmində proqnozlaşdırılan (əslində bu proqnozun özü də çox aşağı idi. Bu məsələyə öncəki yazılarımda toxunduğum üçün təkrara yol vermirəm) iqtisadi artım qarşılığında 0.3%, 0.5% və il sonu 1.4% oldu. Qeyd edək ki, 2025-ci il ərzində AzeriLight markalı neftimizin orta ixrac qiyməti 71.1 dollar olmuşdu. Üçüncüsü, post-pandemiya dövründə iqtisadi artım tempimiz yüksələn deyil, azalan trenddə olduğu və 2024-cü ilin ortalarından etibarən iqtisadiyyatımızda daralma başlandığı (bu daralmanın başlaması və tədbirlər görülməsə sürətlənəcəyi ilə bağlı keçən ilki yazılarımdakı fikirlərimi təkrar etmirəm) nəzərə alındıqda, əslində 2026-cı ilin ilk 5 ayında 0% böyümə sürpriz deyil, gözlənilən idi. Yuxarıda əldə etdiyim nəticəni əks təhlillə də yoxlamaq olar. Neftin gündəlik orta qiymətini 65 dollar olduğunu və dövlət investisiya layihələrinin icra olunduğu senarisinə baxın. Bu halda iqtisadi böyümə mənfiyə düşəcək.
Bu yazıda çox ciddi bir nəticə də əldə etmiş olduq. Bir neçə ay öncəki yazılarımın birində apardığım ölçmə-analizlərin və modellərin nəticələrini əks etdirmişdim ki, son 5 il ərzində neft-qaz gəlirlərinin iqtisadiyyata təsiri 2006-2020-ci illərdəki təsirinə nisbətən zəifləyib. Yəni, iqtisadiyyat neft-qaz ixracından gələn gəlirlərin artma-azalmasına adekvat reaksiya vermir. Həmin təhlilimin nəticəsini 2026-cı ilin 28 fevral-31 may tarixlərindəki neft-qaz-neft məhsulları ixracı və ÜDM artımı arasındakı nisbət bir daha təsdiq etdi. Yenə ortaya dövlət investisiya layihələrinin bu ilin növbəti aylarına təxirə salınma məsələsi arqument kimi deyilirsə, o zaman neft qiymətlərinin 65 dollar olması və ya mövcud real inflyasiya göstəricilərini də nəzərə alaq. Hətta əgər həmin layihələrin icrasına başlansaydı (səmərəli və daha güclü nəzarətlə daha gec icra tələsik və səmərəsiz başlanğıcdan həm büdcə, həm dövlət, həm də ÜDM üçün daha yaxşıdır) qısa müddəti (burada hələ xərclərin multiplikativ effekti minimumdur, cəmi müəyyən hissəsi icra olunur və sair) də nəzərə aldıqda bu amilin ÜDM-yə təsiri maksimum 0.2% ətrafında olardı. Bizim hədəfimiz bu qədər artımdır?
Turizm sahəsinə gəlincə. Son 5 ilin azalma tempi sadəcə davam edir. Tamamilə doğrudur ki, ABŞ-İran müharibəsi bu azalmanı sürətləndirdi. Amma düşünməliyik ki, niyə bu müharibə elə İranla da qonşu olan Ermənistana ciddi təsir göstərmədi. Həm də unutmayaq ki, sərhədlərin bağlı olması daha çox ölkədən gedən turistlərin sayına mənfi təsir göstərir. Ölkədən getməyən turistlər isə daxili turizm imkanlarından istifadə edirlər ki, bu da (əlavə olaraq ölkədən valyuta axını da azalır) ÜDM-yə müsbət təsir göstərərək gələn xarici turistlərin azalan sayını böyük həcmdə kompensasiya edir. Təsir 2025-ci ilə nisbətən mənfi olsa da ÜDM-yə kifayət edəcək qədər deyil, lakin 2016-2018-ci illərə nisbətən azalmanın ÜDM-yə təsiri daha yüksəkdir və maraqlı araşdırma mövzusudur. Biz həm də 2026 və 2025-ci illərin müvafiq dövrlərini müqayisə etdikdə nəzərə alırıq ki, gələn turistlərin sayındakı azalma tempi də son illərdə davamlı xarakter alıb və quru sərhədlərinin açıq-bağlı olması Avropa, Şərq və Ərəb ölkələrindən gələn turistlərin sayına təsir göstərmir. Deməli, turistlərin sayının azalmasında köklü səbəb ABŞ-İran deyil. Sərhədlərin bağlı olması nəticəsində isə turizm sektorunun ÜDM-yə təsirinin ciddi mənfi olması ilə bağlı səsləndirilən fikirlər də doğru deyil. Əksinə, bu amil daxili turizmin inkişafına təkan verməli idi. Belə bir təkan oldu? Olmadısa niyə olmadı? Ciddi təhlillər üçün daha bir sual.
Bəs ÜDM-nin artımının son illərdə kəskin enməsinin səbəbləri nələrdir? Çeynənmiş və mətbuatda təkrarlanmış fikirlərə toxunmadan digər səbəblərin də hər biri dərin yanaşma və təhlillər tələb edir. Həm bunların hər birinə bir yazıda toxunmaq çox uzun olar, həm də bir çox səbəblər elmi, texniki, dərin və incə həll yolları tələb edən səbəblərdir ki, onların da dar çərçivədə ciddi müzakirəsi daha faydalıdır!
Nəhayət sonda düşünmək üçün. Kənd təsərrüfatının inkişafı üçün həlli vacib əsas prioritet məsələlərdən biri olan yerli gübrə istehsalına toxundu. Bircə karbamid (azot) istehsalının kənd təsərrüfatı sahəsinə müsbət təsirlərini yerli fermerlər yaxşı bilirlər. Digər fosfor və kalium gübrələrini də əhatə edən NPK gübrələrinin yerli istehsalı və aşağı qiymətlər bu sahə üçün ciddi təkan olacaq. Kənd təsərrüfatı sahəsinin inkişafı üçün 10-15-20 məsələnin deyil, 4-5 önəmli məsələnin, yəni bu sahənin inkişafına mənfi təsir edən 4-5 köklü səbəbin aradan qaldırılması kifayətdir. Səbəblər çox ola bilər, amma köklü səbəblər başqadır. (köklü səbəb nədir, hansı təsir dərəcələri var, necə müəyyən olunur? Bunları təhlilçilər bilir). Bütün iqtisadiyyat da belədir.
P.S.S. Məhz qeyd etdiyim səbəblərdən mətbuatın bu mövzu ilə bağlı suallarını cavablandırmırdım və bu izahdan sonra düşünürəm ki, səbəbin üzrlü olması mediamız tərəfindən qəbul edilər. Yəni, kifayət qədər ciddi və əhatəli bir mövzuya yarımçıq toxunmaq yanış anlaşılmalara və təhlillərə də səbəb ola bilər!
Müəllif: Elman Sadıqov - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Bu gün, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Bu gün, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Bu gün, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Bu gün, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Bu gün, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Bu gün, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Bu gün, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Bu gün, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Bu gün, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Bu gün, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Bu gün, 07:33
Rusiya Krımı necə itirir - GƏLİŞMƏ
Bu gün, 07:31
ABŞ İranın 12 milyard dollarlıq aktivlərinin dondurulmasının ləğvini təkzib edir - "AXİOS"
Bu gün, 06:22
ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər - Tramp belə deyir...
Bu gün, 06:20
"Həqiqəti yazırdım... ona da icazə verilmir" - GİLEY
Bu gün, 02:57
Rusiyanın növbəti Güney Qafqaz HƏMLƏSİ - GƏLİŞMƏ
Bu gün, 02:46
Hindistanda Rusiya istehsalı olan təyyarə qəzaya uğradi - KİV
Bu gün, 02:41
"Biz doğru diaqnoz qoya bilməsək, düzgün yolla da gedə bilməyəcəyik" - ÇAĞIRIŞ
Bu gün, 02:38
Əlavə işçiyə ehtiyac var, amma ixtisar gedir - NARAZILIQ VAR...
Bu gün, 02:28
Artıq açıq oğurluğa keçiblər - BU DA FAKT...
Bu gün, 02:19
"Güclü Ermənistan" TRIPP-ə qarşı çıxdı - “Tehran bizə silah verməz”
Bu gün, 02:05
"Mənim üçün məndən öncə nə olub olub, vecimə deyil..."
Bu gün, 02:03
Artan iş həcmi... əlavə məsuliyyət VƏ: YERİNDƏ SAYAN MAAŞ! - AXI NİYƏ?..
Bu gün, 01:49
Rusiyalı generaldan Azərbaycanla bağlı təhlükə XƏBƏRDARLIĞI - NƏ BAŞ VERİR?
Bu gün, 01:41
Ermənistan qan çanağına dönür: - nümayişçilər MSK üzvlərinə hücum etdi
Bu gün, 01:37
Paşinyanın tərəfdarları Ermənistan parlamentində 64 mandat qazanıb - YEKUN NƏTİCƏ...
Bu gün, 01:34
Xameneinin baş müşaviri İsraili yeni raket hücumu ilə hədələdi - KİV
Bu gün, 01:33
Vaxt çatdı: raketlər hazırdır – İran hücuma başlayır?
Bu gün, 01:31
Tramp hələ mənimlə prezidentliyə namizədliyimi müzakirə etməyib - Vens
Dünən, 22:00
Hacıyev Dilicanda tarix yazdı - AKTUAL
Dünən, 21:57
Ankaradakın subasmada da Eldar Əzizov günahkardır? - REPLİKA
Dünən, 16:58
Rusiya hər kvadrat kilometrə görə 200 nəfər itirir - Jmaylo
Dünən, 08:31
Paşinyan xaricdə təhsil alan ermənilərə jest... - İŞ TƏKLİFİ...
Dünən, 08:17
Space X-in minlərlə əməkdaşı IPO-dan sonra milyonçu oldu - “The New York Times”
Dünən, 08:12
İndi də müştəriyə belə problem yaradırlar - GİLEY
Dünən, 08:03
"İstanbulda olduğunu bilirdim, amma ölümün görüşünə getdiyini bilmirdim" - Sabir Rüstəmxanlı
Dünən, 07:23
Neft bumu artıq geridə qalıb: İslahat yuxarılardan başlamalıdır, aşağılardan yox... - ÇIXIŞ YOLU...
Dünən, 07:16
"Bakının xarici "məsləhətçilərə" ehtiyacı yoxdur, təzyiqlər nəticə verməyəcək" - Fərhad Məmmədov
Dünən, 07:06
İki ölkə bağlı Kremli qəzəbləndirən xəbər - Avropada “başlama” anonsu verildi
Dünən, 07:03
“Qayalı”nın sahibinin ailəsinə qarşı 600 minlik şantaj: Həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 07:01
Siyasilər hansı komandaya azarkeşlik edirlər? - SORĞU
Dünən, 06:37
“Bu işi ilk edənlərdən biri bizik, hələ ki, açıqlamaq istəmirəm, amma..”
Dünən, 06:34
Rusiya iqtisadi qadağalarla Ermənistanda sabitliyi pozmağa çalışır - FAKT BUDUR!
Dünən, 06:32
Paşinyanın deputat yerləri təhlükədə: yeni hesablamalar... - DETALLAR
Dünən, 06:27
Rusiya XİN-dən Putin-Tramp görüşü ilə bağlı AÇIQLAMA
Dünən, 06:25
ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir - NYT
Dünən, 06:21
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb - AÇIQLAMA
13-06-2026, 21:20
2025-2026-cı tədris ili necə yadda qaldı?
13-06-2026, 16:50
Paşinyanı erməni müxalifət ilə danışıqlara Bakı məcbur edəcək - “meduiza”
13-06-2026, 15:38
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
13-06-2026, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru