" "Birmarket" tətbiqindən çox sifarişlər vermişəm. Sonuncu dəfə bir yaxın üçün “ Bee Flex Forte “ -adlı məhsul aldım..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Fərid Quliyev adlı istifadəçi yazır.
O daha sonra başına gələnləri belə nəql edir: "Deməli, məhsulun güclü reklamı vardı və rəylər həddən artıq çox və müsbət idi. Mən də inanaraq bu kremi aldım. Gələndə gördüm içində belə bir kağızda yazı var. Təəssüf ki rəylərin çoxu belə yazılıbmış... Dedim, eybi yox, istifadə etdilər zərrə təsiri yox bütün məlumatlar reklamlar yalan imiş. Mən də tətbiqdə rəy yazdım, heç baxmamışdım. Təsadüfən bu gün baxanda gördüm rədd edilib və səbəbin soruşanda operatordan mənə gələn cavablar məni təəccübləndirdi. Özü də rəyi bir dəfə yazmaq olurmuş, yəni elə bil ki oyun oynayırsız və bir dənə canınız var... öldüzsə, bitdi
Tay bilmirəm bu mağaza ilə necə iş birliyindədilər, məsləhətim odur ki ilk olaraq bu mağazadan uzaq durun və yaxşı araşdıraraq alın. Məqsədim malı qaytarmaq falan deyildi... həqiqəti yazırdım... ona da icazə vermədilər..."










