Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                     Mahsun Bakıda kimin toyuna gəlib? .....                     “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” .....                     Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq .....                     Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi .....                     "Azenco"nun mənfəəti bölüşdürüləcək .....                     Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? .....                     Vəzifəli şəxs vəfat etdi .....                     Flora Kərimovanın səhhəti normaldır .....                     “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” .....                     Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? .....                     Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: .....                 

Başından güllə yarası alan qaziyə əlillik verilmir - ÖZBAŞINALIQ!
Tarix: 26-04-2022, 08:36 | Çap et
Başından güllə yarası alan qaziyə əlillik verilmir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinin bu statuslarından məhrum edildiyinə dair dəfələrlə materiallar dərc edib. Amma indi problem İkinci Qarabağ müharibəsi zamanı yaralananlar üçün də aktuallaşır. DİA.AZ xəbər verir ki, AYNA-ya müraciət edən Vətən müharibəsi iştirakçısı Rəsul Hüseynlinin sözlərinə görə, Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə ayağından və başından yaralanıb: “2021-ci ildə müayinə zamanı Bakı Şəhər Səhiyyə İdarəsinin baş psixiatrı Fuad İsmayılov mənə F43.1 diaqnozu qoydu. Hərbi hospitalda isə panik ataklara görə müşahidə altında olmağım barədə arayış verdilər. Əlillik almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinə müraciət etdim. Amma qurumun həkimləri mənə əlil statusu verməkdən imtina etdilər. Daim dərman almalıyam. Başım ağrıdığından işləyə bilmirəm, tez-tez huşumu itirirəm”.

Xatırlatmaq istərdik ki, F43.1 - travmasonrası stress pozğunluğu diaqnozu fərdin psixikasına super güclü mənfi təsir göstərən tək və ya təkrarlanan hadisə nəticəsində baş verən ağır psixi vəziyyətdir. Bu pozğunluq beynin, sinir sisteminin işinin pozulmasına gətirib çıxarır.

R.Hüseynlinin dediklərinə münasibət öyrənmək üçün Bakı şəhərinin keçmiş baş psixiatrı, hazırda Psixi Sağlamlıq Mərkəzinin direktoru olan Fuad İsmayılova müraciət etdik və o, faktı təsdiqlədi: “Bəli, doğrudan da mən Rəsul Quliyevə F43.1 diaqnozu qoymuşam”.

“Bu diaqnoz əlil statusunun verilməsinə səbəb ola bilərmi və bu statusundan imtina edilən Rəsul Hüseynli nə etməlidir” sualımıza F.İsmayılov belə cavab verdi: “Əlil statusunun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin qərarından asılıdır. Bu sualları Agentliyin işçilərinə ünvanlasanız, daha düz olar. Bir qayda olaraq, belə diaqnozu olan şəxslərə əmək qabiliyyətini itirdikdə əlillik verilir”.

Xatırladaq ki, R.Hüseynlinin sözlərinə görə, o, işləyə bilmir, çünki daimi baş ağrılarından əziyyət çəkir, tez-tez huşunu itirir.

Məsələ ilə bağlı ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin mətbuat katibi Tural Qurbanov AYNA-ya açıqlamasında bildirdi ki, R.Hüseynliyə əlillik verilməsindən imtina barədə qərarı qurumun həkimləri verib: “O, bizim qurumun həkimlərinin qərarı ilə razı deyilsə, bu qərardan məhkəməyə şikayət edə bilər”.

Qurumun sözçüsü Birinci Qarabağ müharibəsi iştirakçılarının əlillikdən məhrum edilməsi məsələsinə də aydınlıq gətirdi: “Əlilliyin iki növü var: daimi və müvəqqəti. Daimi əlillik, bir qayda olaraq, müharibədə əzalarını itirmiş şəxslərə verilir. Müvəqqəti əlillik sağalması mümkün olan xəsarətlər almış şəxslərə verilir. Müalicəni başa vurduqdan sonra onlar əlil statusunu itirirlər”.

“Vətən Müharibəsi Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov isə qazilərə göstərilən münasibətə heyrət edir: “Bu, dəhşətdir. Başından güllə yarası alan və Nazirlik tərəfindən əlilliyi rədd edilən II Qarabağ müharibəsi iştirakçıları mənə müraciət edirlər. Üstəlik, həmin Nazirlik artıq altmış yaşları tamam olan Birinci Qarabağ müharibəsi əlillərini də statuslarından məhrum edir. Həmin şəxslər uzun müddət işləməyib, əlil pensiyası ilə dolanıblar. İndi onların adi pensiya almaq üçün lazımi əmək stajı olmadığına görə gedəcək yerləri yoxdur”.

Tural Qurbanovdan fərqli olaraq F.Məmmədov məhkəməyə üz tutmağın Rəsul Hüseynliyə əlil statusu verilməsini təmin edəcəyinə inanmır: “İşin bütün hallarını aydınlaşdırmaq üçün məhkəmə ikinci ekspertizanı təyin etməlidir. Düşünmürəm ki, məhkəmə-tibb ekspertləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin rəyinə qarşı çıxmağa cürət etsinlər”.

Milli Məclisin üzvü Elman Məmmədov da AYNA-ya açıqlamasında R.Hüseynliyə qarşı münasibətə etiraz edib: “Ona əlillik verməkdən imtina edən həkimləri cəbhə bölgəsinə göndərərdim. Unutmaq olmaz ki, məhz Rəsul Quliyev kimi insanların sayəsində Azərbaycan 44 günlük müharibədə qalib gələ bildi. Mən Rəsul Hüseynlinin hüquqlarının müdafiəsində ona hərtərəfli köməklik göstərməyə hazıram”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35
Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13
Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39
Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31
Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27
Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26
DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24
Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02
5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56
Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35
Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru