Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                     Sabah Məhərrəm ayı başlayır .....                     Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib .....                     Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? .....                     Əsrin sövdələşməsi, yoxsa... .....                     Ermənistan KTMT-dən ÇIXA BİLƏR .....                     Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: .....                     737 nümayəndədən 729-u Orbana səs verdi: .....                     Putin Kiyevdə dinc sakinləri bombalayarkən .....                     Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb .....                     Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb .....                     Mirzoyandan Kremli qəzəbləndirəcək demarş .....                     Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu .....                     Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib .....                     Bir imza ilə başlayan yeni strateji dövr .....                 

Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Tarix: Bu gün, 05:47 | Çap et

Danışmağa rus dilində başlamışam və bağçaya gedənə qədər öz dilimizi bilmirdim. Valideynlərim rus məktəbini bitirmişdi. Sovet dövrünün təzahürü... Bağçada Azərbaycan dilli qrupa yazılmağım da təsadüf oldu. Bağça direktorunun sözünə görə rus bölməsində yer qalmamışdı (bəlkə də rüşvət istəyirdi).

Valideynlərim işləyirdi, mən bağçada qalmalıydım, ona görə də məcbur Azərbaycan qrupuna yazdırdılar. Atam deyirdi: "Necə yəni, o, öz dilini bilməyəcək?" İlk vaxtlar çətin idi. Çünki heç nə başa düşmürdüm və evdə bundan şikayət edir, ağlayırdım. Atam hər gün mənimlə danışmağa başladı ki, tez öyrənim. Bağça müəllimləri də, sağ olsunlar, yaxşı idilər, çətinlik çəkməyim deyə, mənimlə hərdən rusca danışırdılar.

1985-ci ildə məktəbə getmək vaxtım gəldi. Hansı məktəbə gedəcəyim evdə müzakirə olundu. Anam dərslərimə kömək etmək, yoxlamaq asan olsun deyə, rus məktəbinin tərəfdarı idi. Qardaşım da artıq rus məktəbində oxuyurdu. Atam isə Azərbaycan məktəbinin tərəfdarı idi və deyirdi ki, görəcəksiniz, vaxt gələcək, Azərbaycan dili lazım olacaq (zaman da bunu çox gözlətmədən sübut etdi). Sonda atam məndən soruşdu ki, (sanki o vaxt nəsə anlayırdım) sən nə deyirsən? Mən də dedim, atam nə deyirsə, o olsun.

Beləliklə, Azərbaycan məktəbinə getdim. Əlbəttə, o vaxta qədər artıq sərbəst danışırdım. Bəxtimdən ibtidai sinif müəlliməm məktəbin ən yaxşısı imiş. Çox yaxşı dərs izah edirdi, bizimlə məşğul olurdu, işini, uşaqları sevən insan idi Həmidə müəllimə.

Ali təhsilimi öz dilimdə aldığıma qəti peşman deyiləm. Düzdür, sinif uşaqları ilə çox yaxın ola bilmirdim. Yaxın dostluq etdiyim məhəllə qızları rus məktəbində oxuyurdular. Rus dilini bilməyimin həyatda çox köməyi olub. Universitetdə oxuduğum vaxtlarda iqtisadi ədəbiyyat dilimizdə yox səviyyəsində idi. İqtisad Universitetinin iqtisadi nəzəriyyə üzrə kitabı var idi, onu oxuyub anlamaq da ayrı bir əzab idi. Amma rus dilini bilməyim mənə daha çox mənbəni əlçatan etdi.

İndi belə bəzən rus dilində düşünürəm. Xarici ədəbiyyatı rus dilində oxumağı sevirəm. Xarici filmləri rus dublyajında baxmağı xoşlayıram. Ancaq milli ədəbiyyatımızı rusca oxuya bilmirəm. Azərbaycan mahnılarını, filmlərini də rus dilində və Azərbaycan ləhcəsi ilə sevmirəm. Çünki süni, ya da yad gəlir, milli sənətimiz orijinalda daha gözəldir.

Müstəqilliyimizin 35 yaşı var. Amma hələ də rus bölməsinin zərurəti müdafiə edilir. Rus dilində təhsilin tərəfdarları seçimlərini uşaqlarının daha yaxşı təhsil alması ilə əsaslandırırlar. Qəribəsi isə odur ki, belə danışanların çoxu uşaqlarını ali təhsil üçün Rusiyaya yox, Avropaya göndərməyi arzulayır. Məgər həmin arzuolunan ölkələrdə təhsil ruscadır? Məgər indiki rus bölmələri üçün orta məktəb dərsliklərini öz müəllimlərimiz yazmır? Məgər proqram eyni deyil? Məgər universitetə hazırlıq üçün repetitor tutmursunuz? Məgər digər ölkələrdə təhsil dövlət dilində deyil?

O valideynlər həm də deyir ki, uşağım Azərbaycan dilini onsuz da bilir, evdə öyrənər. Bu lap gülməlidir. Çünki öz dilində savadsız yazan və danışan o qədərdir ki. Elə evdə, ya da məktəbin rus dili dərsində, yaxud xüsusi kursda rus dilini öyrənsin. Nə problemdir ki?

Hansısa qeyri-adekvat hərəkətləri olan şagirdləri və ya müəllimləri misal gətirib bütün Azərbaycan məktəblərinin “vəhşixana” imicini yaratmağa çalışanlar da var. Elə deyil axı. Evdə tərbiyə yoxdursa, məktəbdə nəzarət, qayğı yoxdursa, hansı məktəb olursa olsun, şagirdi belə olacaq. Buna görə təhsil dilini yox, məktəbi düzgün seçmək lazımdır.

Mən heç bir dilin əleyhinə deyiləm. Əksinə, çox dil bilmək insanın dünyagörüşünü genişləndirir, formalaşdırır, biliklərini artırır. Mən öz dilimizin alçaldılmasının əleyhinəyəm. Ona hörmətsiz, ikinci dərəcəli kimi baxılmasının əleyhinəyəm. Mən müstəqilliyin rəmzi olan dövlət dilimizin qorunması və inkişafı tərəfdarıyam.

Seçim kimi başqa dillərdə təhsil ola bilər. Amma Azərbaycan türkcəsində təhsil daha vacibdir, çünki sabah üçün dərslikləri, kitabları yaza biləcək, elmi inkişaf etdirəcək alimlərimizə, ziyalılarımıza artıq bu gün ehtiyac var.

Ara-sıra rus bölmələrinin bağlanması ilə yaranan "panika" acınacaqlı haldır. Əfsuslar olsun ki, bunun əsas səbəbkarı Elm və Təhsil Nazirliyi və alimlərimizdir. Onlar Azərbaycan türkcəsində təhsili rəqabətli edə bilmədilər, ya da istəmədilər…

Nərgiz Bağırlı - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41
Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12
Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53
Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52
Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50
“Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42
Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41
Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30
"Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28
Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13
Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11
Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08
“Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40
Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru