Böyük Britaniyanın Baş naziri Endi Börnhem Kiyevə səfər edib.
Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus“ məlumat yayıb.
Bildirilib ki, Britaniya liderini dəmir yol vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.
Börnhemin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi və Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəyi gözlənilir.
Bundan başqa Börnhemin Ukraynaya uzunmənzilli raketlər sahəsində dəstək elan ediləcəyi də bildirilib.
Qeyd edək ki, bu, Britaniyanın yeni Baş nazirinin xaricə ilk rəsmi səfəridir.













