NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                 

Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Tarix: Bu gün, 07:03 | Çap et

Hörmüz boğazının bağlanması vacibdir, lakin kifayət deyil. Neft bazarı yalnız “real təklif” ətrafında formalaşmır, həm də “gözləntilərin” təsiri altındadır. Əgər tədarükdə fasilələr cəmi bir neçə gün, bir həftə və ya iki həftə davam edərsə, bazar ehtiyatlar, alternativ marşrutlar və psixoloji amillər hesabına bu şoku müəyyən dərəcədə udacaq”. Bu fikirlər İranın “Khabaronline” nəşrinin dərc etdiyi məqalədə yer alıb.

Bəs İran nə etməlidir? Əsas təzyiq nöqtəsi başqa yerdədir: Xəzər dənizi və Cənubi Qafqazda. İsrail bu marşrutla daşınan neftdən ciddi şəkildə asılıdır.

2025-ci ildə Azərbaycandan İsrailə neft ixracı sutkada 94 min barelə çatıb ki, bu da əvvəlki illə müqayisədə 31 faiz çoxdur. Azərbaycan nefti İsrailin ümumi neft idxalının 46,4 faizini təşkil edib ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Sadə dillə desək, İsrailin idxal etdiyi hər iki barel neftdən təxminən biri Azərbaycandan gəlir.

Əgər həmin marşrut pozularsa, bu, İsraildəki neft emalı zavodlarına, nəqliyyata, son nəticədə qiymətlərə və enerji təchizatının təhlükəsizliyinə birbaşa təsir göstərəcək. Bu baxımdan Xəzər dənizinin üstünlüyü ondadır ki, o, Fars körfəzindən fərqli olaraq ABŞ-ın birbaşa və daimi nəzarəti altında deyil. Coğrafi uzaqlıq, əməliyyatların mürəkkəbliyi və marşrutların çoxpilləli xarakteri o deməkdir ki, məhdud, lakin dəqiq addımlar Hörmüz boğazının qısamüddətli blokadasından daha güclü çəkindirici təsir göstərə bilər.

Azərbaycan burada əsas rol oynayır. Dəfələrlə iddia olunub ki, İsrail İrana qarşı Azərbaycan ərazisindən və onun kəşfiyyat infrastrukturundan istifadə edib. Belə ki, Natanzda əməliyyatlar zamanı Naxçıvandan qalxan “Hermes” pilotsuz uçuş aparatının istifadə edildiyi presedenti göstərilir. Belə şəraitdə İran cavab təzyiqini məhz İsrailin ən həssas sahəsinə – energetikaya yönəldə bilər.

Türkiyəyə münasibətdə də diqqətli və ehtiyatlı davranmaq lazımdır.

Azərbaycan nefti Xəzər dənizindən Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Ceyhana çatdırılır, oradan tanker gəmiləri ilə Aralıq dənizinə, daha sonra isə İsrail limanlarına daşınır.

Bu o deməkdir ki, İsrailin enerji təchizatı zənciri yalnız Fars körfəzindən asılı deyil, həm də Cənubi Qafqaz və Türkiyə ilə bağlıdır. Bu baxımdan, əgər Xəzər dənizində gərginlik məhdud və nəzarət altında saxlanılarsa, Türkiyə böyük ehtimalla siyasi etirazla kifayətlənəcək. Çünki praktiki müdaxilə Ankara üçün baha başa gələr və onun öz maraqlarını təhlükə altına salar”, – nəşrdə bildirilir.

Hamıya məlumdur ki, İranda müstəqil KİV mövcud deyil. Xüsusilə də indiki şəraitdə. Deməli, “Khabaronline” hazırda İran İslam Respublikasında hakim dairələrin maraqlarını ifadə edir. Bəs bu, Azərbaycan üçün nə deməkdir? Azərbaycanın İsrailə uzun illərdir davam edən neft tədarükünü dayandırması üçün Tehran ölkəmizə hansı xarakterli təzyiq göstərə bilər?

Məqalədə Azərbaycanın Xəzər dənizindəki neft infrastrukturuna zərbələr endirilməsi ilə bağlı eyham da yer alır. Hazırda SEPAH-ın (və ya hazırda hakimiyyətdə olan qüvvələrin) belə aləti varmı? Və Türkiyə həqiqətən İranın bu cür addımları qarşısında sərt reaksiya verməkdən çəkinə bilər?

Pressklub.az-ın suallarını Milli Məclisin deputatı, tanınmış politoloq Rasim Musabəyov cavablandırıb.

Onun sözlərinə görə, Azərbaycan öz neft infrastrukturunu etibarlı şəkildə qoruyur. “Əgər bu istiqamətdə ən kiçik hücum cəhdi olarsa, İranın bütün neft yataqları və terminallarına elə güclü zərbələr endiriləcək ki, Tehran bunun nəticələrindən uzun müddət özünə gələ bilməyəcək. Onlar bunu çox yaxşı anlayırlar. Buna görə də istədikləri qədər danışıb qorxu yaratmağa çalışa bilərlər, amma bu istiqamətdə hərəkət etməyə cəsarət etməzlər. Çünki bunun nəticələri onlar üçün son dərəcə ağır olacaq.

Bir məqama da diqqət çəkmək istərdim. İsrailin idxal etdiyi neftin digər yarısı Qazaxıstandan gəlir. Həmin neft Rusiya ərazisindən keçən və Novorossiyskə çıxan boru kəməri ilə daşınır. Bəs onda nə olacaq? Yoxsa kimsə düşünür ki, iranlılar Ceyhana da zərbə endirəcəklər?” – politoloq sual edib.

Onun fikrincə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) nə qədər radikal olsa da, hələ tamamilə məntiqsiz davranacaq vəziyyətdə deyil.

Aydındır ki, İranın Azərbaycana qarşı hər hansı düşmənçilik xarakterli addımı qaçılmaz olaraq Türkiyə və Pakistan tərəfindən də çox ciddi cavabla nəticələnəcək. İranda yaxşı bilirlər ki, Azərbaycan öz ərazisində həm Türkiyənin, həm də Pakistanın zəruri hərbi-hava qüvvələrinin yerləşdirilməsinə imkan verə bilər ki, onlar İran ərazisində əməliyyatlar həyata keçirsinlər. Yəni İran hazırda mövcud rəqiblərindən aldığı zərbələrdən əlavə, bunun beşqatını da ala bilər. Buna görə də, özlərini hər nə qədər sərt və güzəştsiz göstərməyə çalışsalar da, Tehranda bu riskləri hesablamadıqlarını düşünmürəm.

Yəni, İranda müəyyən dairələr bu cür mənasız bəyanatlarla Azərbaycana psixoloji təzyiq göstərməyə çalışırlar. Amma orada sağlam düşünən siyasətçilər də var. Onlar yaxşı anlayırlar ki, Azərbaycana qarşı istənilən təxribat son dərəcə təhlükəlidir. Həm də onlar Rusiya ilə İran arasında kommunikasiyaların Azərbaycan üzərindən həyata keçirilməsində maraqlıdırlar.

Əgər İran Azərbaycanın neft infrastrukturuna və Xəzərdəki neft platformalarına qarşı hər hansı təxribat törədərsə, aydındır ki, Rusiya ilə İran arasında dəniz daşımaları da iflic olacaq.

Təsadüfi deyil ki, İran Prezidenti Məsud Pezeşkian Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya üçün parlamentə göndərib (görünür, Moskvanın israrlı tövsiyəsi öz rolunu oynayb). Buna görə də, İrandan səslənən bu cür təxribat xarakterli bəyanatları Azərbaycana psixoloji təsir göstərmək cəhdi kimi qiymətləndirmək lazımdır. Amma Azərbaycanın əsəbləri möhkəmdir. Belə şeylərlə bizi qorxutmaq mümkün deyil”, – Musabəyov vurğulayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Dünən, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Dünən, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Dünən, 11:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru