Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                 

Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Tarix: Bu gün, 17:33 | Çap et

Atası rayonlarımızın birində molla fəaliyyəti göstərən bir dostum zarafatla dedi ki, Saffari, mənim atam indiyə qədər 500 kitab oxuyub, bəs sənin atan?

Dedim, əziz dost, elə deyirsən ki, atam bu qədər kitab oxuyub. Oxuyub molla olub da, nə olub ki? Məgər molla olmaq üçün bu qədər kitab oxumağa ehtiyac var idi?

İndi dostuma dediyim söz olmasın, Müşfiq Ötgünün də savad nəyinə lazımdırsa, baş aça bilmirəm. Məsələn, o niyə fəlsəfə oxuyur? Axı fəlsəfə ona nə kömək ola bilib, nə də həyatının hansısa bir nöqtəsində lazım.

Ancaq düzünü desəm, Müşfiq Ötgün 500 kitab oxuyub molla olan dostumun atasından da savadlıdır. Daha dəqiq, mən indiyə qədər Azərbaycanda Müşfiq Ötgündən savadlı molla görməmişəm.

Azərbaycanda elə bir molla yoxdur ki, Müşfiq Ötgün kimi bəlağətli danışsın, terminlərdən istifadə etsin. Belə baxanda, Müşfiq Ötgün ən modern, belə lap postmodernist molladır. Maraqlıdır ki, Müşfiq Ötgünün əmmaməsi də yoxdur, hətta kostyum geyinir. Başqa mollalar qışqırırsa, Müşfiq Ötgün həzin-həzin, aram-aram danışarıq ruhani sakitlik sərgiləyir.

Elə bilirəm, o, çantasında da həmişə “Çərəkə” gəzdirir. Boynunda qara, üçbuqucaq formalı qablaşdırmanın içində ərəbcə duası da var.

Üstəlik, məncə, Müşfiq Ötgün Azərbaycanda insanlara ən çox “Səni Allaha tapşırıram” deyən adamdır. Hətta ateistləri belə Allaha tapşırır.

Məncə, Müşfiq Ötgünün cibində “Allaha tapşırılanlar” başlığı ilə ayrıca siyahısı da var. Günün sonunda oturub onları yoxlayır:

Ateist – tapşırıldı.

Aqnostik – tapşırıldı.

Filosof atapşırıldı.

Nobel laureatı – iki dəfə tapşırıldı.

Nədənsə, adım kimi əminəm ki, Müşfiq Ötgün üzərlik də yandırır, ola bilsin, başına düz hərləyib, ocağa atıb çırtladır.

Müşfiq Ötgünün ən çox sevdiyi iş dünyaca məşhur alimlərin arasında Allaha inananları tapıb Azərbaycan xalqına öz aləmində çatdırmağıdır. Elə bilir ki, belə etməklə, maarifçiliklə məşğuldur.

Müşfiq Ötgünə görə, alim inanırsa, alimdir, inanmırsa, görünür, hələ yaxşı alim deyil. Məncə, bir gün hansısa ateist fizik onun qarşısına çıxıb Nobel mükafatını göstərsə, Müşfiq Ötgün əvvəl mükafata baxacaq, sonra adama baxıb deyəcək:

-Sən yaxşısan, amma bir az iman üzərində işləməlisən.

Məsələn, təsəvvür edək ki, bir alim “mən Allahın varlığına inanıram” deyib.

Adi adam üçün bu, sadə bir cümlədir.

Müşfiq Ötgün üçün isə bu, üç hissəli sənədli filmdir.

Birinci hissə: “Dünyanın böyük alimləri və Allah”.

İkinci hissə: “Elm niyə Allahsız qala bilməz?”

Üçüncü hissə: “Siz hələ bir görün, Eynşteyn nə deyib!”

Hətta mənə elə gəlir ki, onun kitabxanasında kitabların düzülüşü də fərqlidir. Bir rəfdə fəlsəfə, birində din, o birində elm. Amma ortada ayrıca bir rəf var:

“Allah deyən alimlər”.

Orada fizik də var, bioloq da, riyaziyyatçı da, filosof da.

Müşfiq Ötgün hər dəfə yeni birini tapanda kitabxanaya qayıdıb sevinclə deyir:

-Uşaqlar, birini də tapdım!

Başqa sözlə desək, Müşfiq Ötgün populizmin, pafosun canlı nümunəsidir. Müşfiq Ötgün o qədər populist adamdır ki, “Popumuz var” verilişi yayımlananda da birinci “Populist lazımdır” kimi oxuyub həyəcanlanmışdı.

Əlbəttə, burada məsələ heç də inanc deyil. Şəxsən məni kiminsə inancı və ya inancsızlığı narahat etmir.

Ancaq o insanların ümumi obrazı düşündürür.

Müşfiq Ötgünü danışıqları əksər hallarda məhəllələrdə istənilən adam danışır. Onların heç biri Müşfiq Ötgün qədər kitab da oxumayıb, heç nitqləri də bəlağətli deyil.

Şəxsi müşahidəmdir, bir xeyli inanclı adam tanıyıram ki, Müşfiq Ötgündən xoşu gəlmir.

Maraqlıdır, deyilmi? Sən inanclısan, biri sənin inancını daha geniş auditoriyaya təbliğ edir, ancaq sən o adamı sevmirsən, dolayısı ilə inanmırsan da.

Bu, həqiqəti kimin deməyinə bariz nümunədir.

Elə adamlar var, onların dedikləri qızıldan da olsa, adam acığa qəbul etmək istəmir. Ona görə Müşfiq Ötgün düşünməlidir ki, harada səhv edir, niyə insanlarda bu qədər qıcıq yaradır?

Əlbəttə, Müşfiq Ötgün istəsə, özünə bəraət qazandıra bilər, məsələn, deyər ki, həqiqətləri deyəndə insanlar qəzəblənir, paxıllıq edirlər, gözləri götürmür və s. və ilaxır.

Ancaq pafosu heç olmasa, özü ilə tək qalanda yerə qoysun bu bu barədə ciddi-ciddi düşünsün.

Ona görə də istəyərdim ki, Müfiq Ötgün çıxışlarında tez-tez ilahi ədalətdən filan danışmaqdansa, hələ bu sadə həqiqət üzərində düşünsün. Yəni belə dərinə gedəndə, ilahi ədalət, ən birinci Müşfiq Ötgünün özünə lazım deyil. Müşfiq Ötgün məhz ədalətsiz cəmiyyətlərdə mövcud olan, az-çox məşhurlaşa bilən adamlardandır.

Əgər ilahi ədalət həqiqətən olsaydı, biz heç bu gün Müşfiq Ötgün müzakirəsi aparmazdıq.

Orxan Saffari

Gununsesi.info









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Bu gün, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Bu gün, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Bu gün, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Bu gün, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Bu gün, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Bu gün, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Bu gün, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Bu gün, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Bu gün, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Bu gün, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru