Ermənistan Milli Məclisinin yeni seçilmiş sədri Ruben Rubinyan Türkiyənin şərqində yerləşən Adana şəhərində böyük əks-səda doğurub.
Publika.az xəbər verir ki, erməni siyasətçinin açıqlamasına cavab olaraq, adanalı aşpazı Uğur Aydın Rubinyanı və bütün erməni xalqını Adanaya dəvət edib.
"Əgər hamı oturub kabab yesə, sülh bərqərar olacaq və hər məsələ həll olunacaq. Biz qonşularımızı sevirik və onları layiqincə qonaq etməyə hazırıq. Qoy gəlsinlər və biz buradakı gərginliyə kababla son qoyacağıq", - deyə türk aşpaz qeyd edib.
Yerli sakinlərdən biri də mövzuya toxunaraq qeyd edib ki, Rubinyan İstanbulda kabab dadıb, amma əsl dadı və türk qonaqpərvərliyini yaşamaq üçün Adanaya getmək lazımdır.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Respublikası Milli Məclisinin iclasında "Güclü Ermənistan" fraksiyasının deputatı Şiraz Manukyanla debat zamanı Ruben Rubinyan tədqiqat işi çərçivəsində Türkiyədə qaldığına toxunaraq yerli mətbəxi bəyəndiyini, Adana kababını çox sevdiyini və tez-tez daddığını, həmçinin erməni kilsələrini ziyarət etdiyini qeyd etmişdi.











