Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb .....                     Vaşinqtonda yenilik: .....                     İvanişvili məni və ailəmi məhv etmək istəyir .....                     “Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik .....                     Ermənistanda şaftalı böhranı: .....                     TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır .....                     Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi .....                     Lisenziyadan kənar işlər görülürmüş... .....                     İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" .....                     Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı .....                     Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi .....                     Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ .....                     “David Seliverstov” indi də ayın 20-də gəlir .....                     Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar .....                     Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi .....                     Buğda bahalaşdı: Bəs çörək? .....                     “Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” .....                     Tramp İrana qarşı nüvə silahından istifadə edəcək .....                     Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: .....                     Tiflisdən Qarabağ açıqlaması: .....                     Parisdə dincələn Səmradan .....                     TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı .....                     Səfalı MTK ilə bağlı növbəti qalmaqal .....                     Marketlərdə erməni malları .....                     Sentyabrın əsas xərci: .....                     Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? .....                     Gömrük sistemində ÖZBAŞINALIQ... .....                     Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! .....                     Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib .....                     Palata ikisinin lisenziyasını ləvğ edib, .....                     Sumqayıtda FACİƏ: .....                     Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir .....                     Dünya çempionu niyə azadlıqda qaldı? .....                     Paşinyanın partiyasından Moskvaya cavab: .....                     Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi .....                     AZAL Atırauya ilk reysini həyata keçirib .....                     “Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” .....                     İranşünasdan Bakıya qarşı .....                     “İtirən siz olarsınız, Türkiyə yox” .....                     Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır .....                 

Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? - İTTİHAM VAR...
Tarix: 4-08-2026, 17:23 | Çap et

Son illər Azərbaycanda müxtəlif dövlət qurumlarında çalışan bəzi vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı ortaya çıxan hallar həm dövlətə, həm də cəmiyyətə ciddi zərər vurub. Bir çox sahədə yol verilən nöqsanların operativ müdaxilə ilə aradan qaldırılması mümkün olsa da, təhsil sistemi belə səhvləri bağışlamır. Çünki bu sahədə qəbul edilən yanlış qərarlar və yol verilən qanun pozuntuları uzunmüddətli nəticələr doğurur, gələcək nəsillərin taleyinə birbaşa təsir göstərir.
AFN.az xəbər verir ki, analoji vəziyyət Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi ilə Abşeron Binə Peşə Liseyində də yaşanır.
Liseyin direktoru Fizuli Talıbovun sözlərinə görə, hər iki təhsil müəssisəsində tədris və təlim işləri üzrə direktor müavini vəzifəsində çalışan Lalə Əhmədova əvvəllər Ağsu rayonunun Növcü kənd tam orta məktəbində coğrafiya müəllimi işləyib. O, 2024-cü il yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə işdən çıxarılıb. Lakin iddiaya görə, cəmi bir ay sonra yenidən həmin məktəbdə fəaliyyətini davam etdirib.
Sonradan Lalə Əhmədova Sumqayıt Peşə Təhsil Məktəbinə tərbiyə işləri üzrə direktor müavini təyin olunub. Bu təyinat Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri İlqar Bayramlı agentliyə rəhbər təyin edildikdən sonra baş verib. Sumqayıtdakı peşə məktəbində işlədiyi dövrdə Lalə Əhmədova ümumtəhsil peşə ixtisası üzrə imtahanda iştirak edib. Daha sonra isə direktorun iddiasına görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə tədris işləri üzrə direktor müavini təyin edilib.
Direktor bildirir ki, Lalə Əhmədovanın təhsili həmin vəzifənin tələblərinə uyğun deyil. Onun sözlərinə görə, coğrafiya müəllimi ixtisasına malik şəxsin peşə təhsil müəssisəsində tədris işləri üzrə direktor müavini vəzifəsində saxlanılması ilə yanaşı, mərkəzin əməkdaşlarını müxtəlif vasitələrlə təhdid etməsi kollektivdə ciddi narahatlıq yaradıb.
Şikayətçi iddia edir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı peşə təhsili ilə əlaqəsi olmayan, lakin Ağsu rayonundan şəxsi tanışlığı olan şəxsləri peşə liseylərinə rəhbər vəzifələrə təyin etməklə bu sahəyə zərbə vurur.
İddialara görə, iyulun 9-da Salyan Peşə Liseyinə direktor təyin olunan Arzu Əliyevanın kollektivə təqdimatı zamanı Agentliyin direktoru İlqar Bayramlı, direktor müavini Simnar Məmmədov, İnsan resursları və hüquq sektoru müdiri Murad Məmmədov, eləcə də sektorun daha bir xanım əməkdaşı şəxsən iştirak edib. Bildirilir ki, bu günədək hər hansı direktorun təqdimatı üçün Agentlik rəhbərliyinin bu tərkibdə liseyə getməsi halına rast gəlinməyib və bu fakt təhsil ictimaiyyətində birmənalı qarşılanmayıb.
Direktorun sözlərinə görə, İlqar Bayramlı Ağsu rayonunda "Azqranata" MMC-də çalışdığı dövrdə tanış olduğu insanları sonradan peşə təhsil müəssisələrində rəhbər vəzifələrə təyin etdirməklə də təhsil camiəsində müzakirə mövzusuna çevrilib. İddia olunur ki, Lalə Əhmədova da həmin şəxslərdən biri olub və əvvəlcə direktor müavini vəzifəsinə təyin edilib.
Direktor bildirir ki, Lalə Əhmədova 2026-cı ilin fevral ayından etibarən təhsil mərkəzinin bütün əməkdaşlarını rüşvət almaqda ittiham etməyə başlayıb. Bundan sonra direktor əməkdaşların iştirakı ilə iclas keçirib. Onun sözlərinə görə, iclas zamanı Lalə Əhmədova səsləndirdiyi fikirlərin rüşvətlə bağlı olmadığını bildirib, kollektivdən üzr istəmək əvəzinə isə mövqeyində israr edib. F.Talıbov məsələ ilə bağlı 2026-cı il iyunun 9-da Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə təqdimat göndərib. Lakin, onun iddiasına görə, təqdimatdan təxminən iki ay keçməsinə baxmayaraq, məsələ ilə bağlı hər hansı araşdırma aparılmayıb.
Direktor bildirir ki, 2019-cu ildən Lökbatandakı 7 nömrəli və Qızıldaş qəsəbəsində yerləşən 8 nömrəli peşə liseylərinə rəhbərlik edib. 2021-ci ildə Abşeron Binə Peşə Təhsil Liseyinin rəhbərliyi də ona həvalə olunduqdan sonra əvvəlki iki vəzifəsindən istefa verib.
Onun sözlərinə görə, Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzinə direktor təyin olunduqdan sonra mərkəzdə yol verilən özbaşınalıq və korrupsiya halları ilə bağlı tədbirlər görərək həmin əməllərdə iştirak edən əməkdaşları işdən azad edib. Bundan başqa, təhsil mərkəzinə məxsus 24 hektar torpaq sahəsinin mənimsənilməsi ilə bağlı məhkəməyə müraciət edib. Təhsil müəssisəsinin hüquqlarının müdafiəsi məqsədilə qaldırılan məhkəmə prosesi hazırda da davam edir.
Direktor həmçinin bildirir ki, əvvəllər mövcud olmayan avtodromu şəxsi vəsaiti hesabına yaradıb. Onun sözlərinə görə, mərkəzdə formalaşmış peşəkar kollektiv və iş mühiti də uzun illər ərzində qurduğu əməkdaşlıqların nəticəsidir. O hesab edir ki, görülən bütün bu işlər Agentlik rəhbərinin şəxsi münasibətlər əsasında vəzifəyə gətirdiyi şəxslərin fəaliyyəti nəticəsində kölgədə qalır.
Direktorun sözlərinə görə, ona qarşı qanunsuzluqlar bununla bitmir. O bildirir ki, 2026-cı ilin aprel ayında yeni əmək müqaviləsi ilə bağlı bildiriş göndərilib. Daha sonra Agentliyin İnsan resursları şöbəsinin əməkdaşı telefonla əlaqə saxlayaraq müqaviləni imzalamasının zəruri olduğunu bildirib.
Direktor qeyd edir ki, ona yaşının 67 olması əsas gətirilərək əvvəlki müddətsiz əmək müqaviləsinin müddətli müqavilə ilə əvəz olunacağı və hər il yenilənəcəyi izah edilib. O da bu məlumata inanaraq sənədi imzalayıb. Lakin sonradan müqavilə ilə tanış olarkən görüb ki, sənəd cəmi bir aylıq müddətə bağlanıb: "İyulun 27-də əmr verib məni 2 həftəlik məzuniyyətə çıxarıblar. Yerimə isə Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Məktəbində direktor əvəzi, Abşeronun dorektor müavini Nizami Rüstəmov əvəzedici kimi təyin ediblər. Bu gün köhnə tarixlə əmr verərək məni 27-dən məzuniyyətə çıxarıb, əvəzimə Lalə Əhmədovanı təyin ediblər. Əmrdə yazılır ki, mən 10 avqust tarixində işə başlamalıyam. Bu gün isə yenidən əmr verərək mənim işimə avqustun 4-dən xitam veriblər. Başqa bir əms isə aprel ayında verilib. Bildirilib ki, mayın 25-də mənim müqaviləmə xitam veriləcək. İyunun 2-də mənə zəng edib müqaviləni dəyişiblər. Bildiriblər ki, 1 il olmaqla müqavilə imzalanacaq. Bu qədər başlarını itiriblər. Hamısı da Lalə Əhmədovaya görə".
F.Talıbovun sözlərinə görə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı şəxsi münasibətləri əsasında vəzifəyə gətirdiyi Lalə Əhmədova vasitəsilə onun işgüzar nüfuzuna zərbə vurmağa çalışır. Onun sözlərinə görə, Lalə Əhmədova yaxın vaxtlarda təhsil mərkəzinə direktor təyin ediləcəyi ilə bağlı şayiələr yayır, eyni zamanda bir sıra əməkdaşları işdən çıxaracağı ilə bağlı hədələyir.
Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Peşə Təhsil Mərkəzi və Abşeron Binə Peşə Liseyinin direktoru baş verənlərlə bağlı Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə də məktub ünvanladığını bildirib. Onun sözlərinə görə, iyulun 17-də göndərilən müraciətə indiyədək cavab verilməyib.
Sayt L.Əhmədova ilə əlaqə saxlayıb. Lakin açıqlama verməkdən imtina edib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ceki Çanın çəkildiyi filmin Azərbaycandakı çəkilişləri başa çatıb
Dünən, 18:04
Vaşinqtonda yenilik: - Bakının 34 ildir gözlədiyi qərar verilir?
Dünən, 18:02
İvanişvili məni və ailəmi məhv etmək istəyir - Gürcüstanın keçmiş baş naziri
Dünən, 17:53
“Faytonçu” Nazimin görünüşündə diqqətçəkən dəyişiklik - FOTO
Dünən, 17:51
Ermənistanda şaftalı böhranı: - Fermerlər yolu bağladı
Dünən, 17:49
TƏBİB 1,6 mln. manatlıq tibbi vasitə alır
Dünən, 17:47
Agentlik rəhbəri bu peşə mərkəzinə direktor təyin etdi - FOTO
Dünən, 17:47
Lisenziyadan kənar işlər görülürmüş... - Nazirlik “Medicare” klinikası cərimələndi
Dünən, 17:41
İş adamı Quvat Beybutovun "pulunu yeyənlər" MƏHKƏMƏDƏ DANIŞDI
Dünən, 17:34
Moskvada terrora çağırış edən jurnalistə cinayət işi açıldı
Dünən, 17:33
Paşinyanın yeni təhlükəsizlik şefi müharibə elan etdi - Hədəfdə bu şəxslərdir...
Dünən, 17:22
Akademikin oğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ - FOTO
Dünən, 17:17
“David Seliverstov” indi də ayın 20-də gəlir – “Bir günə həqiqət üzə çıxacaq” nağılı bitəcəkmi?
Dünən, 17:14
Sakinlər 114 sayılı marşrut avtobusundan narazıdırlar - GİLEY
Dünən, 17:06
Fərhad Adıgözəlov 4 ay sonra bu idarəyə rəis əvəzi gətirdi - ƏMR
Dünən, 16:56
Buğda bahalaşdı: Bəs çörək? - AKTUAL
Dünən, 16:53
“Əliyev son açıqlaması ilə əslində bizə xəbərdarlıq edib” - Erməni deputat
Dünən, 16:45
Tramp İrana qarşı nüvə silahından istifadə edəcək - ŞOK İDDİA
Dünən, 16:43
Rusiya asılılığı ilə Azərbaycan alternativi arasında: - Gürcüstanın iqtisadi seçimi
Dünən, 16:39
Tiflisdən Qarabağ açıqlaması: - Məsələnin daha ağır tərəfi Paşinyanla bağlıdır
Dünən, 16:35
Parisdə dincələn Səmradan EHTİRASLI FOTOLAR
Dünən, 16:23
TƏBİB sədri daha iki vəzifəlini işdən çıxardı - YENİ TƏYİNATLAR
Dünən, 16:21
Səfalı MTK ilə bağlı növbəti qalmaqal - Bu binada sakinlər qorxu içindədir
Dünən, 16:17
Marketlərdə erməni malları – Alan olacaqmı?
Dünən, 16:07
Sentyabrın əsas xərci: - Valideynlər bir uşağı məktəbə neçəyə yola salacaqlar?
Dünən, 15:49
Ərzaq məhsulları xaricdən Azərbaycana neçəyə gətirilir? – Qiymətlər
Dünən, 15:42
Gömrük sistemində ÖZBAŞINALIQ... DAVAM EDİR
Dünən, 15:35
Bunu necə Ermənistanla müqayisə etmək olar? Xəyanətdir! - Bakaradze
Dünən, 15:28
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 15:20
Palata ikisinin lisenziyasını ləvğ edib, digər ikisinə lisenziya verib
Dünən, 15:17
Sumqayıtda FACİƏ: - gənc qız binadan düşüb ÖLDÜ
Dünən, 15:07
Arvadı Zelenskiyə təsir edir, “qızıl veto”ya malikdir - “RBK Ukrayna”
Dünən, 15:04
Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
Dünən, 14:59
Paşinyanın partiyasından Moskvaya cavab: - Təşkilatdan çıxmaq qərarı necə veriləcək?
Dünən, 14:56
Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 14:50
AZAL Atırauya ilk reysini həyata keçirib - FOTO
Dünən, 14:45
“Ermənilərin Qarabağa qayıdışı münaqişəni diriltməkdir” – Parlamentin sədri Rubinyandan müxalifətə sərt cavab
Dünən, 14:41
İranşünasdan Bakıya qarşı SƏRSƏMLİK
Dünən, 13:18
“İtirən siz olarsınız, Türkiyə yox” - Ərdoğandan MESAJ
Dünən, 13:16
Azərbaycanda da kuryerlərin gigiyenasına, sağlamlığına ciddi nəzarətdə olmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:09
Azərbaycanda böyürtkən yığan qadınların başına iş gəldi – AÇIQLAMA
Dünən, 13:05
"Cəhənnəmə gedən özünə yoldaş axtarır" - Xarici "ət" və Belarus domeni ".bel"
Dünən, 13:03
Azərbaycan daha az buğda alıb, amma daha çox xərc çəkib
Dünən, 12:59
Azərbaycan xam nefti hansı ölkələrə və neçəyə satıb? - SİYAHI
Dünən, 12:57
“Əsgər formasında rəqs: - Müğənninin görüntüləri etiraz doğurdu”
Dünən, 12:55
"Paşa Bank"dan "Paşa Holdinq"ə... - Əmir Məmmədov menecer təyin edildi
Dünən, 12:51
“Qutusu açılmayıb” deyib köhnə telefon satırlar - Azərbaycanda alıcıları necə aldadırlar?
Dünən, 12:48
Məhkəmə deputatın professor olan qudası ilə bağlı QƏRAR ÇIXARDI
Dünən, 12:40
Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib - İyun ayında saxlanılmışdı...
Dünən, 12:34
“Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum” – meşədəki qətlin TƏFƏRRÜATI
Dünən, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru