Fransa demişkən Fransa heyətindəki afrikalılar hamının diqqətini çəkir. Son iki Dünya Çempionatının finalisti, bu çempioantın da əsas favoriti fransızlar olsa da, heyətlərində orijinal fransız demək olar ki, yoxdur. Start heyətdəki 11 oyunçunun 9-u Afrika mənşəllidir.
Bunun bir çox səbəbi var: Fransanın müstəmləkə keçmişi, daha yaxşı həyat şərtləri üçün Afrikadan bura köçmüş əhali və s. Əgər Fransa əsilli bir uşaq futbolçu olmaq istəyirsə, o uşaq şüur altında bilir ki, futbolçu olmasa, başqa işlərdə də uğur qazana biləcək. Amma afrikalı uşaq bilir ki, futbolçu ola bilməsə onun həyatı elə də yaxşı olmayacaq. Buna görə afrikalı uşaq futbolçu olmaq üçün hər şeyini ortaya qoyur. Genetik olaraq daha güclü olmağın da verdiyi avantajla milyonlarla uşaq arasından seçilib futbolçu olur. Pul qazanmağa başladıqdan sonra nəinki bütün nəslinə, hətta səfalət içində boğulan soydaşlarına da yardımlar edir.
Digər önəmli bir nüas isə Fransa dövlətinin irqçilik etmədən layiq olan kimdirsə onun milliyə alınmağına şərait yaratmasıdır. Əmin olun eyni hal məsələn Türkiyədə olsa, bu ölkə də keçmiş müstəmləkə ölkələrindən futbolçu çıxarmağa çalışsa, milliyə 2-3 suriyalı, ərəb futbolçu alınsa ölkə gündəmi "bu ülkenin kendi çocukları dururken Milli Takımda neden elin çocukları boy gösteriyor?!" deyə inləyərdi. Hazırda Türkiyə heyətinin hamısı öz millətinin uşaqlarıdı, amma pafos və ucuz milliyətçilik DÇ-da Türkiyənin heç qrupdan çıxmağına da kömək etmədi..
Fransa isə futbol başda olmaqla hər sahədə yerlibazlıq, insan ayrımı etmədən peşəkarlara üstünlük verdiyi üçün son 10 ildə bütün çempionatların əsas favoritlərindəndir: ya çempion olur, ya da 2-ci.
Diqqət edin; son 10 ildə oynanan hər çempionatdan söhbət gedir. Son 10 ilə qədər Fransa millisi turnirlərdə çox biabırçı nəticələr alırdı. Nə zaman ki afrikalı topçuların önü açıldı, Fransa canavarlaşmağa başladı.
Müasir dövrdə bir ölkəni tanımaq üçün onun futboluna baxmaq kifayət edir. Fransa millisində baş verənləri araşdıranda Fransanın necə bir yer, Türkiyə millisində olanları araşdıranda Türkiyənin necə bir yer olduğunu anlaya bilirsiz. Elə Azərbaycan millisini araşdıranda da..
Müəllif: Əli Məmmədov - Mənbə: "DİA-AZ"






