"Durduq yerə borc yaradıbkar..." .....                     Əslində Pakistanı O İDARƏ EDİR... .....                     Günə 77 qəpiyə “Nar”dan smartfon! .....                     Dostumuz deyilsən, Rusiya... .....                     "TikTok"da söyüş söydü, həbs edildi .....                     Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub .....                     İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu... .....                     Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə .....                     Tanışını biznes vədi ilə aldadıb 76 min manatını ələ keçirən şəxs .....                     Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi .....                     Xaçmaz İcra Hakimiyyəti damları .....                     Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu .....                     Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq .....                     "Ermənistan Aİ-yə gedirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır" .....                     Şirkətin kapitalı azaldılır .....                     İran tamamilə çökür .....                     Azərbaycan Orta Asiyaya daxil olur: Özbəkistanla ittifaq bölgəni dəyişdirir .....                     Nazirlik əlillərin reabilitasiyasına görə sifariş etdiyi mallara .....                     Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? .....                     Hazır uşaq yeməyi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? .....                     Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? .....                     Onlara xərçəng xəstəsi olduqları deyilməlidirmi? .....                     Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək .....                     Azərbaycanda da satılan bu məhsulda .....                     Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır .....                     Elçibəyin qardaşı qızının evi əlindən alındı .....                     Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər .....                     Ermənistanda daha bir hərbçi intihar edib .....                     Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? .....                     Günə 77 qəpiyə “Nar”dan smartfon! .....                     Paşinyandan kritik bəyanat, Kremlin operativ cavabı .....                     Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək .....                     Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib .....                     Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır .....                     Məhkəmə Rüfət Səfərov barədə qərar verib .....                     Marketlərdə endirimli qiymətlər: .....                     67 yaşlı məmur işçisinə görə cərimələndi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Şuşa sakinləri evlərini kirayə verirlər: Bir günü 150 manata .....                     Paşinyandan QARABAĞ AÇIQLAMASI... .....                 

ABŞ Zəngəzurda "yeni neft" tapıb - GƏLİŞMƏ
Tarix: 10-07-2026, 10:44 | Çap et

"ABŞ ilə Ermənistan arasında may ayının sonunda imzalanmış nadir torpaq metalları üzrə çərçivə memorandumu Cənubi Qafqazda yeni geosiyasi oyunun başlandığını göstərir. Sənəd rəsmi olaraq iqtisadi əməkdaşlıq kimi təqdim edilsə də, onun arxasında qlobal texnologiya yarışının və strateji resurslara nəzarət uğrunda mübarizənin dayandığı açıq görünür".

Musavat.com xəbər verir ki, son günlər erməni mediasında bu narahatlıqdan doğan mövqelər artıb.

Erməni mediası iddia edir ki, son illər ABŞ-ın Ukrayna, Afrika və Latın Amerikasında kritik minerallara yönəlmiş siyasətindən sonra indi də diqqət Ermənistanın yeraltı sərvətlərinə çevrilib. Vaşinqton nadir torpaq metalları uğrunda rəqabətdə Çinin üstünlüyünü zəiflətmək, Rusiyanın təsir dairəsində olan bölgələrdə yeni iqtisadi dayaq nöqtələri yaratmaq və yüksək texnologiyalar sənayesinin gələcəyini təmin etmək məqsədi güdür.

Memoranduma əsasən, ABŞ Ermənistanda nadir torpaq metalları yataqlarının kəşfiyyatına, hasilatına və emalına böyük həcmdə investisiya yatıracaq, yeni texnologiyalar gətirəcək və geoloji araşdırmaları maliyyələşdirəcək. Sənəddə "dayanıqlı təchizat zəncirinin qurulması" ifadəsi işlədilsə də, əslində söhbət gələcəyin ən qiymətli strateji resurslarına uzunmüddətli nəzarətdən gedir.Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan memorandumun ölkə üçün "tarixi imkan" olduğunu bəyan edib. ABŞ dövlət katibi Marko Rubio isə emal sənayesinə sahib ölkələrin gələcək iqtisadi müstəqillik qazanacağını bildirib. Bu açıqlamalar Vaşinqtonun yalnız xammalla deyil, bütün istehsal zəncirinə nəzarət etmək niyyətində olduğunu göstərir.

Məlumatlara görə, Ermənistan ərazisində lantan, serium, neodim, renium, qallium, tellur və selenium kimi strateji metalların əhəmiyyətli ehtiyatları mövcuddur. Hazırda onların əksəriyyəti ayrıca hasil edilmir və mis-molibden, eləcə də qızıl yataqlarının tərkibində yerləşir.

Ən perspektivli yataqlar Teğut, Qacaran və Sotk hesab olunur. Xüsusilə Sünik (Zəngəzur) bölgəsində yerləşən yataqlar həm ehtiyatlarının həcmi, həm də geosiyasi mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu bölgə son illərdə müxtəlif geosiyasi layihələrin və beynəlxalq maraqların kəsişdiyi əsas nöqtələrdən birinə çevrilib. Bəzi qiymətləndirmələrdə Naxçıvanla həmsərhəd dağ massivlərində də oxşar geoloji potensialın olduğu irəli sürülür. Lakin bu barədə hələlik rəsmi təsdiqlənmiş nəticələr yoxdur.

Ermənilər yazır ki, ABŞ diplomatiyası bu prosesi iqtisadi əməkdaşlıq kimi təqdim etsə də, faktlar başqa mənzərə ortaya qoyur.Artıq ABŞ kapitalı ilə Ararat şəhəri yaxınlığında metallurgiya müəssisəsi fəaliyyət göstərir. Növbəti mərhələdə boru, metal profil və digər metallurgiya məhsulları istehsal edən iri sənaye komplekslərinin yaradılması planlaşdırılır. Layihələrin Ermənistan-Amerika mənşəli GTB Holdings və GTB Steel şirkətləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Diqqət çəkən məqam isə budur ki, bu holdinqin real benefisiarları barədə açıq mənbələrdə demək olar ki, heç bir məlumat yoxdur. Bu isə layihələrin arxasında hansı maliyyə və siyasi qrupların dayandığı barədə müxtəlif suallar yaradır.

Nadir torpaq metalları XXI əsrin "yeni nefti" hesab olunur. Elektrik avtomobilləri, süni intellekt sistemləri, mikroçiplər, raket sənayesi, peyk texnologiyaları və müdafiə sənayesi məhz bu resurslardan asılıdır. Bu səbəbdən Vaşinqtonun Ermənistana marağı sadəcə investisiya layihəsi kimi qiymətləndirilmir. Məqsəd kritik xammalın hasilatından başlayaraq emalına və ixrac marşrutlarına qədər bütün zəncir üzərində təsir imkanları əldə etməkdir. ABŞ son illər Çindən asılılığı azaltmaq üçün dünyanın müxtəlif bölgələrində oxşar layihələr həyata keçirir. Ermənistan da həmin strategiyanın Cənubi Qafqazdakı yeni həlqəsinə çevrilməkdədir.

Maraqlıdır ki, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ABŞ-ın bu siyasətini sərt tənqid edib. Onun fikrincə, Vaşinqton hüquqi öhdəliklər götürmədən regionun ən qiymətli sərvətlərini nəzarət altına almağa çalışır. Bu mövqe Kremlin Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi rəqabətin başlandığını qəbul etdiyini göstərir. Əgər əvvəllər mübarizə nəqliyyat dəhlizləri və enerji marşrutları üzərində gedirdisə, indi rəqabətin mərkəzinə nadir torpaq metalları çıxır. Belə görünür ki, Ermənistan artıq təkcə siyasi deyil, həm də mineral ehtiyatlar uğrunda qlobal qarşıdurmanın yeni meydanına çevrilir. Vaşinqton bunu strateji investisiya adlandırır, Moskva isə resursların ələ keçirilməsi cəhdi kimi qiymətləndirir. Hər iki halda aydın olan budur ki, XXI əsrin ən qiymətli sərvətləri uğrunda mübarizə artıq Cənubi Qafqaza da çatıb və bunun regionun siyasi balansına təsiri yaxın illərdə daha qabarıq hiss olunacaq.

Ermənistan hakimiyyəti bu əməkdaşlığı ölkəyə milyardlarla dollar investisiya, yeni iş yerləri, müasir texnologiyalar və dünya bazarına inteqrasiya imkanı kimi təqdim edir. ABŞ isə bunu kritik minerallar üzrə alternativ tədarük mənbələrinin yaradılması strategiyasının tərkib hissəsi hesab edir.

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Durduq yerə borc yaradıbkar..." - GİLEY
Bu gün, 01:28
Əslində Pakistanı O İDARƏ EDİR... - Ona qarşı çıxan isə...
Bu gün, 01:17
Günə 77 qəpiyə “Nar”dan smartfon! - DİQQƏT
Bu gün, 01:09
Dostumuz deyilsən, Rusiya... - REPLİKA
Bu gün, 01:06
"TikTok"da söyüş söydü, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 17:56
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub - BUNDAN SONRA...
Dünən, 17:49
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu... - MƏQALƏ
Dünən, 17:45
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə TƏLTİF EDİLDİ
Dünən, 17:37
Tanışını biznes vədi ilə aldadıb 76 min manatını ələ keçirən şəxs AZADLIĞA BURAXILDI
Dünən, 17:35
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
Dünən, 17:29
Xaçmaz İcra Hakimiyyəti damları 533 minə dəyişəcək
Dünən, 17:25
Erməni leytenant Zəngəzurda çənəsindən vuruldu – Dostları deyir ki…
Dünən, 17:20
Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq - Paşinyan belə deyir...
Dünən, 17:16
"Ermənistan Aİ-yə gedirsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalıdır" - BAŞQA YOLU YOXDUR...
Dünən, 17:13
Şirkətin kapitalı azaldılır – Sərbəst qalan vəsaitlər səhmdarlara qaytarılacaq
Dünən, 17:09
İran tamamilə çökür - Tramp
Dünən, 17:08
Azərbaycan Orta Asiyaya daxil olur: Özbəkistanla ittifaq bölgəni dəyişdirir - GƏLİŞMƏ
Dünən, 17:03
Nazirlik əlillərin reabilitasiyasına görə sifariş etdiyi mallara 16,7 milyon manat xərcləyəcək
Dünən, 16:58
Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
Dünən, 16:54
Hazır uşaq yeməyi Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Dünən, 16:51
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
Dünən, 16:47
Onlara xərçəng xəstəsi olduqları deyilməlidirmi? - Qanuna əsasən...
Dünən, 16:40
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək - DİQQƏT
Dünən, 16:37
Azərbaycanda da satılan bu məhsulda ÖLÜMCÜL BAKTERİYA aşkarlandı
Dünən, 16:36
Avropa mediasından sensasion iddia: Azərbaycan mənşəli iki şəxs İrana görə gözaltında saxlanılır - TƏFƏRRÜAT
Dünən, 16:31
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
Dünən, 16:28
Rusiya Ermənistan dəmir yollarının konsessiya hüququnu 400 milyon dollara sata bilər - Paşinyan
Dünən, 16:25
Ermənistanda daha bir hərbçi intihar edib - “Hraparak”
Dünən, 16:23
Azərbaycanda banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - İqtisadçı şərtləri açıqladı
Dünən, 15:30
Günə 77 qəpiyə “Nar”dan smartfon! - DİQQƏT!
Dünən, 15:26
Paşinyandan kritik bəyanat, Kremlin operativ cavabı – Ermənistan KTMT-dən qopur?
Dünən, 15:25
Ukraynaya dəstək lazım olduğu qədər davam etdiriləcək - Koşta
Dünən, 15:23
Bakı və Daşkənd arasında müttəfiqlik yeni zirvəyə yüksəlib - MƏQALƏ
Dünən, 13:41
Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələrdə inkişafdadır - İsrafil Kərimovun yazısı
Dünən, 13:39
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
Dünən, 12:57
Marketlərdə endirimli qiymətlər: - Alıcılar nəyi bilməlidirlər?
Dünən, 12:50
67 yaşlı məmur işçisinə görə cərimələndi - FOTO
Dünən, 12:48
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:38
Şuşa sakinləri evlərini kirayə verirlər: Bir günü 150 manata - DETALLAR
Dünən, 12:20
Paşinyandan QARABAĞ AÇIQLAMASI... - Ermənistan məhv ola bilərdi
Dünən, 12:16
22 ildir Azərbaycanda fəaliyyət göstərən xarici şirkət ləğv olunur
Dünən, 12:12
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - ƏMR
Dünən, 12:11
Bəylər Eyyubov da Prezidenti Özbəkistanda müşaiyət edir - FOTO
Dünən, 12:05
Yeni konstitusiyamız məhkəmə sistemindəki boşluqları aradan qaldırmağa imkan verəcək - Paşinyan belə deyir...
Dünən, 12:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI... - VİDEO
Dünən, 12:00
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
Dünən, 11:48
Məhkəmə qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxslə bağlı QƏRAR VERDİ
Dünən, 11:42
"Mənim hesablarımda hansı şübhəli əməliyyat var?" - NARAZILIQ VAR...
Dünən, 11:29
Azərbaycan-Türkiyə-ABŞ üçbucağı... Zəngəzur yolu və İran... - Erməni ekspertin şərhi...
Dünən, 11:12
Zabratda BUDAMA adı altında yaşıl soyqırım... - FOTOFAKT
Dünən, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru